Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Archive for the ‘Müəllimdən müəllimə’ Category

Sdu-nun riyaziyyat fakultəsinin riyaziyyatın metodikası kafedrasında işguzar bir gün.

Sdu-nun riyaziyyat fakultəsinin riyaziyyatın metodikası kafedrasında işguzar bir gün.
Baxış: 269

Bünyatovanın universal taqları ilə təbii Azərbaycan dilinin emalı və süni dilə çevrilməsi.

Bu məqalədə təbii Azərbaycan dilinin morfoloji cəhətdən universal taqlarla təbii və süni emalından bəhs edilir. Məqalə dörd hissədən: giriş, əsas hissə, müqayisə və nəticədən ibarətdir. Giriş hissəsində NLP inkişafının vacibliyindən, ingilis, rus və Azərbaycan dillərinin milli  korpuslarının yaradılmasında istifadə edilən taqlara nəzər salınlr. Bu  taqlara alternativ olaraq Bunyatovanın yeni «x1-xny1-yn»    «x0,1-xny0,1-y0,n» universal taqlarının hansı zərurətdən necə və nə cür yaradılması və harada tətbiq edilməsi haqqında qısa məlumat verilmişdi. Əsas hissə 3 bölümdən ibarətdir.1. Azərbaycan dilini morfoloji səviyyədə universal x y taqlarla taqlanmasının metodologiyası. Bu bölümdə Azərbaycan dilinin qaydalarının təsnifatı və onlara  taq (kod, işarə) verilməsində Bunyatovanın universal taqlarından necə istifadə edİməsi göstərilir. Universal taqlar rəqəmlərlə indeksləndirilmiş iki riyazi işarələrindən – x y-dən ibarətdi. İsveç gsixoloqu J, Piajenin idrak nəzəriyyəsinin anlamlarına əsaslanaraq Azərbaycan dilinin tamlıq modeli (ADTM) -təbii dil modeli qurulmuşdu. Bu modeldə  x1-x11-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y1-y8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi.

Azərbaycan dilinin tamlıq modelinə əsasan Lütfü –Zadənin qeyri səlis məntiqinin alətləri ilə Azərbaycan dilinin tamlıq və qeyri səlis modeli (süni dil modeli)  (ADTvəQSM) yaradılmışdı. Bu modeldə  x0,1-x1,1-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y0,1-y0,8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi.  Natural və süni Azərbaycan dilinin morfoloji qaydalarının dilin təbii və süni  modelində taq edilməsi, 11 nitq hissələrinin emalının nümunələri  və dil trafaretlərinin nəyə xidmət etdiyi göstərilmişdi.3-cü hissədə ADTvəQSM-nin qaydalarının  taq edilməsinin  nəticələri ingilis və  rus dillərinin morfoloji emalında istifadə edilən taqlarla müqayisə edilir. Dördüncü  hissə universal taqlardan harada istifadə edilməsindən və onun əsasında yeni kompüter texnologiyalarının  yaradılması barəsində bəhs edilir..

təbii və süni dil;  5.modelləşdirmə; 6. qaydalı trafaretlər.

Baxış: 49

Öyrətmədən öyrənməyə keçid

Fatma xanım Bunyatova.

«Öyrətmədən öyrənməyə keçid» kitabı Bakı şəhəri T. Həsənov adına 23 nömrəli tam orta məktəbində keçirilmiş “Öyrətmədən öyrənməyə keçid” layihəsi çərçivəsində görülən işləri özündə ehtiva edir.

Kitabda kurikulumun inkişafı istiqamətində konstruktiv təlimlə şagirdlərdə öyrənmə üsüllarını və sosial bacarıqlarını   formalaşdırmaq üçün ibtidai sinif müəllimlərinin bu texnologiya əsasında  yeni  təlim fəaliyyətinə , metod və üsullara yiyələnməsi yolları əks edilmiş, şagird təfəkkürünün inkişafının ölçü və qiymətləndirmə  mexanizmlərindən istifadəetmə bacarıqlarının yiyələnmə yolları göstərilmişdir.

Bu istiqamətdə onlara  koqnitivizm (dərketmə) və konstruktivizm (öyrənmə)  nəzəriyyələrinin prinsipləri əsasında:

  • təlim prosesi qurulmuş;
  •  treninq, açıq, öyrədici və nümunəvi dərslər  keçirilmiş və mentorluq edilmişdi;

Kitabda Azərbaycan dili və riyaziyyat fənn proqramları tamlıq (Piaje) və qeyri səlis (Lütfi-Zadə) məntiqləri əsasında  yeni model  quruluşunda verilmişdi və müəllimlərin nümünə dərslərində bu quruluş öz əksini göstərmişdi.

Yeni model proqramla təlim alan şagirdlərin akademik, intellektual, sosial bilik və  bacarıqların inkişafını  ölçülməsi üçün meyarlar yaradılmışdı.

J.Piajenin “Klinik metodu”, C.Blumun “İdrak taksonomiyası”nı  və  H.Hardnerin  “Çoxsahəli zəka” nəzəriyyəsini əsas  götürərək, proqramlara uyğun yeni  tapşırıqlar  batareyası  yaradılmışdı.

https://www.researchgate.net/publication/364380842_Azrbaycan_Respublikasi_Thsil_Nazirliyi_T_Hsnov_adina_23_No-li_tam_orta_eksperimental_mktbi_Idrak_mktbi_Fatma_xanim_Bunyatova_Oyrtmdn_oyrnmy_kecid Kitab Resarech Gate portalında predprint halında yerləşdirilmişdi.

Baxış: 759

SMART TƏHSIL-SMART GƏNCLIK

            SMART Təhsilin və SMART Rəqamsal proqramlarının

                                           anlamı nədir?

  1. Dünyanın istənilən nöqtəsindən bilik kontentinə girib keyfiyyətli bilik almaq – SMART təhsildir.
  2. SMART təhsil təlim prosesini, metod və texnologiyaların modernləşdirmə prosesinin konsepsiyasıdır.
  3. SMART təhsil proqramları ənənəvi təlim proqramlarının rəqamsal restruksasiyası.
  4. SMART Azərbaycan dili rəqəmsal proqramları təbii və süni idrak mexanizmləri ilə qurulan –“Tamlıq və qeyri səlis Azərbaycan dili”  TQSAD proqram  modelı əsasında qurulmuşdur.
  5. SMART təhsilin –SMART rəqəmsal proqramları- proqramın istənilən nöqtəsindən istənilən biliyi  interqrativ olaraq tam bir şəkildə  əldə edilərək öyrənilməsi  deməkdir
  6. “SMART Azərbaycan dili” rəqəmsal proqramlarının məqsədi şagirdlərin öyrənmə mühitində öz təfəkkür  bacarıqlarını inkişaf etdirərək biliklərini yaradıb qurmasıdır.

Baxış: 989

Distant təlimin yaxın və uzaq perspektiv inkişafı.

Fatma xanım Bunyatova

Distant learning- Distant öyrənmə

Məktəblərin pandemiya ilə əlaqədar bağlanması və vəziyyətdən çıxış yolu kimi  internet araclarından istifadə edərək şagirdlərə uzaqdan təlim vermək təhsilin inkişafını yeni bir müstəviyə internet və  onun aracları üzərinə keçirmişdi.

Aydındır ki yaxın perspektivdə gibrid formatlı üz-üzə və on-layın, of-layın – on-layın təlimləri  təhsilin aparıcı forması kimi qalacaqdır. Lakin bu təhsil formatlarında tətbiq edilən ənənəvi təlim yanaşmaları   tam şəkildə işləmədiyini və dəyişilməyə labud olmasını teledərslərdə görmüş olduq. Bu yaranmış uyğunsuzluğu aradan götürmək üçün əsas diqqət ancaq çox saylı internet qurğularından istifadə edilməsində görüldüyü üçün bütün diqqət müəllimlərin bu araclarla işləmək bacarığına yiyələnməsinə yönəlibdir.  Lakin yaranmış situasiyaya bir az dərindən baxanda müəllimin ənənəvi bacarığı distant təlimdə yer almadığını görmək olur və perspektivdə müəllimlərin öz təlim bacarıqlarının dəyişdirməsi labuddur. Müəllim öz təlim bacarıqlarını dəyişəndə bu dəyişmə də öz tərəfindən distant təlimin gedişatını dəyişdirir.

Perspektivdə distant təlimdə nə dəyişilməlidir, müəllımlər hansı yeni bacarıqlara yiyələnməlidirlər?

Gözlənilən dəyişiklik 4 istiqamətdə olacaqdır:

1.Təlim məqsədi dəyişəcəkdir.                                           

  Öyrətmə məqsədi daşıyan fəal təlim uzaqdan aparılan təlimdə özünü doğrultmur. Bütün dünyanın biliklərini şagirdlərə vermək olmaz. Amma onları bu biliklərin öyrənmə yollarına,  bu bilikləri həyatı biliklərə  çevirərək yaşam tərzində tətbiq etmə bacarığına   yiyələndirmək  olar.   Məhz buna görə də ənənəvi öyrətmə texnologiyası  distant  təlimdə öyrənmə texnologiyası ilə sintez edilməlidir.  Müəllim öyrətmə ilə öyrənmənin  arasındakı balansı 40-60% arasında etməlidır. Müəllimin məqsədi şagirdlərdə  verilənlərin  mənimsəmə bacarıqlarınin formalaşması ilə yanaşı onlarda verilmişlərdən  öz biliklərini qurma bacarıqılarının   yaradılması olacaqdır.

Distant təlimin məqsədi öyrətmə-öyrənmə olacaqdır.

2. Fənn biliklərinin kontenti və onların quruluşu yeniləşəcəkdir.

Fənn biliklərinin kontentindən nə yeniləşəcəkdir?

  • Fənn biliklərinin məzmununda seçim edilməli  və ikinci , üçüncü dərəcəli biliklər kontentdən çıxarılmalıdır.

 Vacib şərt: 100 bilik  daşıyıcısı olmaqdansa,   yüz bilik yaratma əməllərin sahibi olasan..

  • Təbii və  süni idrakın hərəkət mexanizmlərindən istifadə edərək  fənn bilikləri çözülüb invariant və dəyişən biliklərə ayrılacaq  və nömrələnəcəkdi. Ayrılmış və nömrələnmiş  biliklər tamlıq sxemində, tam bir şəkildə koordinat şəbəkəsində qurulacaqdır. Şəbəkənin bilik  yuvaları  hər tədris ili yeni biliklərlə genişlənəcəkdir. Məsələn: Azərbaycan dili fənn biliklərinin tamlıq sxemi fonetika, leksika, morfologiya və sintaksisə aid olan biliklərdən ibarətdir. Hər tədris ilində 1-1X siniflərə kimi sxemdə ki bilik yuvalarına yeni biliklər yerləşdirilir.  Bu daxili genişlənmədə biliklər idrakın inkişaf səviyyələrinə uyğun olaraq tək bir bilik vahidi kimi yox bir-biri ilə əlaqəli tətbiq, təhlil edilib öyrənilir və operasional əməllərdən keçirilərək keyfiyyətcə yeni bir biliyə çevrilirlər.
Read the rest of this entry »Baxış: 1659

Evladlarının distant təhsil almasını istəyən Valideynlərin nəzərinə !

“İdrak məktəbi” təhsil mərkəzi

            “Mini məktəb” proqramına

Distant təhsilə keçən I-IV sinif şagirdlərin  qəbulunu elan edir.

Dərslər gibrid formatda- üzbəüz və on-layın, of-layin formatda keçirilir.

  • Dərslər  hər bir şagirdin inkişaf səviyyəsinə   uyğun dövlət proqramına əsasən tərtib edilən personal proqramla tədris ediləcək.
  • Şagirdlərin   düşüncə tərzlərini, sosial və emosional idraklarının inkişafı üçün  ən qabaqcıl pedaqoji texnologiya- konstruktiv təlim texnologiyasından istifadə ediləcək.
  • Hər bir şagirdin  inkişafı ön, aralıq  və son testlərlə izlənəcək.
  • Dövlət  proqramına əsasən kiçik və böyük summativlərə hazırlıq aparılacaq.
  • Müəllimlə üzbəüz təlim 5-6 nəfərlik kiçik qruplarda , başqa qruplarla təmassız şəraitdə keçiriləcək.
Read the rest of this entry »Baxış: 1139

Təhsil naziri Emin müəllimin “Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti haqqında» ictimaiyyətə ünvanlanan müraciətinə cavab.

Fatma xanım Bunyatova

TƏKLİFLƏR.

 ARTPl  hazırladığı təkliflər paketində dünyada inkişaf edilən proseslər əsasında  təhsilin aparılmasına iki ssenari təklif edib.  Burada təhsilin hansı formada aparılmasını, önəmli fənlərin   keçirilməsinə ayrılan saatların miqdarına  və proqramların dəyişdirilməsinə diqqət edilir, amma necə və nə cür? göstərilmir..

Bu təkliflərə əlavə olaraq əməli təkliflərimiz.

I. Dövlət məktəblərinin şagird yükünü azaltmaq.

  1. Təhsil qanununda  son dəyişikliyə əsasən  ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsil almanın əyani forması sırasına sərbəst (eksternat) təhsil forması daxil edilib. Məktəbin şagird yükünü azaltmaq üçün sərbəst təhsilin hüquqi əsasları tezliklə hazırlansın və buna əsasən dünya təcrübəsindən bəhrələnərək  “mini məktəblər”, “ailə məktəbləri”. “alternativ məktəblər”  kimi qurumlarda  ibtidai məktəb şagirdləri kiçik qruplarda öz təhsillərini davam etsinlər.
  2. Eksternat formasında təhsil alan natamam orta məktəb şagirdlərinin verməli olduqları imtahanlara nəzər salmaq və ən vacib olan fənləri saxlamaq.
Read the rest of this entry »Baxış: 1621

Язык математики

Фатма ханум Бунятова


Представленная вам книга «Язык математики» предназначена для детей дошкольного возраста. Книга на двух языках – на азербайджанском и русском. Эта книга была утверждена Министерством образования Азербайджана в 1994 году и была одним из первых пособий  для развития  мышления дошкольников.  В 2018 году книга вышла во второй раз, но уже в сокращенном виде на Азербайджанском языке.

 Эта книга — бессловесная книга. Учение  здесь происходит  при помощи показательных знаков героев сказок: показываем, делаем вместе, укрепляем свои знания , затем:  продолжайте и творите самостоятельно.

Read the rest of this entry »Baxış: 1366

Искусственный интеллект.Что имеем и где можно их применить?

Фатма ханум Бунятова.

Исследователи в области ИИ из Турции проявили научный интерес к моим работам о применении ИИ в образовании и попросили кратко изложить свое видение и применение ИИ в образовании.

Что я предлагаю?

  1. Целостную и нечеткую модель языка –языка естественного интеллекта -ЕИ и Искусственного интеллекта- ИИ».

 Эта модель построена в двух этапах:

1 Этап.

Построение «Целостной, естественной модели языка» на основании теории интеллекта Ж. Пиаже. Полученная модель является моделью естественного языка- языка естественного интеллекта-ЕИ

2 Этап.

Замещение понятий «Целостно — естественной модели языка»-языка ЕИ математическими понятиями нечеткой логики Заде и преобразование ее в «Целостно- нечеткую модель языка- языка искусственного интеллекта- ИИ»

1.Построение «Целостно- естественной модели языка- языка -ЕИ». Шаги:

  • Дидактические понятия и термины языка были  замещены психологическими понятиями логики целостности Ж. Пиаже. При этом замещении  дидактические понятия и термины  превращаются в психо-дидактические понятия и термины .
  • Психо-дидактические понятия и термины языка оцифровываются.
  • Создается координатная плоскость целостно-естественного языка.
  • Оцифрованные психо-дидактические понятия и термины строятся на координатной плоскости изоморфно  структурам интеллекта.
  • Полученная модель естественного языка называется «Целостно —  естественная модель языка – языка естественного интеллекта -ЕИ».

2. Замещение психо-дидактических понятий «Целостно- естественной модели языка языка -ЕИ» математическими понятиями нечеткой логики Заде и преобразования ее в «-Целостно-нечеткую модель языка«.

Это замещение преобразовывает   «Целостно —  естественную модель языка»   в «Целостную и нечеткую модель языка». Полученная модель является языковой  моделью искусственного интеллекта- ИИ, которая построена  изоморфно языковой модели естественного интеллекта -ЕИ

Где можно применять языковую модель искусственного интеллекта -ИИ?

  1. Всякая наука излагается посредством языка. Используя механизмы языковой модели ЕИ и ИИ   можно построить естественную и искусственную модель любой науки.
  2. В образовании при помощи ЕИ и ИИ создано нами:

-целостная и нечеткая технология моделирования знаний; https://www.researchgate.net/publication/329561725_Technology_of_modeling_of_integrity_and_fuzzy_model_of_knowledge_-_IFMK

— целостная и нечеткая модель образования; http://journal.edu.az/files/Preschool%20and%20Primary%20Education/2019/Fatmakhanim%20Bunyatova,%20Yulia%20Karimova.pdf

— целостная и  нечеткая модель предметных программ;

— целостная и нечеткая модель учебников;

— целостная и нечеткая модель е-учебника в 3Д; https://www.academia.edu/31107783/_Whole_integral_and_fuzzy_model_of_e_textbook_in_3D_

— целостная и нечеткая модель дистантного образования;

Новая стратегия дистанного образования.  https://www.researchgate.net/publication/330887188_Strategy_of_distance_education;

-генетическая программа  предметных знаний.

-целостная и нечеткая модель машинного обучения https://books.google.az/books?id=jPeZDwAAQBAJ&pg=PA149&lpg=PA149&dq=F.ATMA+KHANIM+BUNYATOVA&source=bl&ots=qv36uZ9DDe&sig=ACfU3U0JoeuSUp_YAVB4oi6INCWDqfsqqw&hl=ru&sa=X&ved=2ahUKEwjK4ofWiqTqAhUKVBUIHXy7DTc4ChDoATAAegQIChAB#v=onepage&q=F.ATMA%20KHANIM%20BUNYATOVA&f=false

— — цифровая программа целостной и нечеткой  модели азербайджанского языка  http://www.idrak-m.com/?p=5584

Применение целостную и нечеткую логику в образовании

Eğitimde Bütünlük ve Bulanık Mantığın Uygulanması http://www.idrak-m.com/?p=5345

Цифровая школа  https://www.researchgate.net/publication/240644938_Digital_school/stats

Учебные программы:

  1. нечеткая программа азербайджанского языка;
  2. нечеткая программа биологии;
  3. в стадии разработки нечеткая программа русского языка, математики.

Все эти целостно-нечеткие модели созданы ручным способом. Следующий этап работы- это преобразования ручной модели естественного языка-языка ЕИ и искусственной модели языка-ИИ в компьютерные программы ЕИ и ИИ.

Baxış: 1522

Təhsilin transformasiyası.Tamlıq və qeyri səlis Azərbaycan dilinin Rəqəmsal proqramı

Fatma xanım Bunyatova

TQSAD-Rəqəmsal Proqramı

2008- ci ildən qəbul olunan və bu günə kimi təlim prosesində tətbiq olunan kurikulum proqramları dövlət tərəfindən dəstəkləndiyi üçün dayanıqlı təhsil sisteminin işlək proqramıdır. Hər dörd ildən bir proqramlarda düzəlişlər aparılır, yenilənir və aşkarlanan çatışmamazlıq aradan götürülür. Lakin düzəlişlər kosmetik xarakterini daşıdığı üçün, o keyfiyyətcə  müsbət dəyişikliklər gətirmir. Buna səbəb isə  proqram biliklərinin özüldən məntiqsiz,  natamam bir sxemdə öyrətmə və bilik ötürmə yollarında qurulmasıdır.

COVİD-19 üz-bəüz təhsili ildırım surəti ilə dəyşdirərək distant təhsilə çevirdi. Təhsilin yeni forması yeni görümləri, yeni baxışlarları tələb edir. Köhnə proqram quruluşunda olan dərsliklərdəki bilikləri süni idrak modeli ilə yaradılan internet qurğularına köçürdüb şagirdlərdən onları əzbərləyib yadda saxlamaq, onları eyni müstəvidə tətbiq etmək kimi tələblər artıq effektsizdi. Fənn proqramları yüksək texnologiyalar əsasında qurulan internet qurğularına  adekvat olaraq elmi əsaslarla qurulmalıdı.

Bu  problemin həll yollarından biri kimi  Alternativ “Tamlıq və qeyri səlis Azərbaycan dili”  Rəqəmsal proqramıdır. Bu proqramı Azərbaycanda dayanıqlı təhsil sisteminin elmi əsaslarla transformasiyasına (köklü dəyişikliyə) atılan ilk addım  kimi  qiymətləndirmək olar. Proqram Jan Piajenin təbii idrak  və Lütfi Zadənin süni idak nəzəriyyələri əsasında qurulmuşdu. Bu proqramı Azərbaycanda dayanıqlı təhsil sisteminin elmi əsaslarla transformasiyasına (köklü dəyişikliyə) atılan ilk addımlardan biri  kimi  dəyərləndirmək olar

Read the rest of this entry »Baxış: 1862
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe