Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Elektron təhsil müsabiqəsi və “Viktoriyanın” qiymət meyarları

Fatma xanım Bünyatova

Bir neçə gündür ETM nominantlarının işi müzakirə edilir. Çox gözəl haldır ki, müzakirə acıq şəkildə aparılır, ruslar demişkən: ”не ищи не существующего черного кота в темной комнате.”

Müsabiqənin bu mərhələsinin gedişini alqışlamaq olar və əgər iştirakçılar müzakirə mədəniyyətinə riayət etsələr, sözsüz ki, bir neçə iş üzərində xeyirli bir diskussiya gedər və bundan da hamı faydalanar.

Nominant N.Mustafazadənin “Сайт учителя начальных классов” saytında Bela 23 x _adlı iştirakçı çox gözəl bir şərh başlığı goymuşdu “ Пусть Виктория погладит Вас по голове ” . Və bu şərhin qarşısına mən «Viktoriyanın» seçim kriteriyaların yazanda həqiqətən də müsabiqənin «Viktoriyası» hərtərəfli yanaşma meyarları ilə, bu müsabiqəyə gəlibdir. Və bu yanaşmalar əsasinda rəy verəndə mənə bəziləri” Mən sənə köstərərəm “ gocu Əskər fikrində bulununlar.

Amma bəs seçim edənlər, ekspertlər və münsiflər heyyəti , məcazı mənada Bela xanımın təbiri ilə demişkən “viktorlar” Viktoriyanı onun giymət meyyarları ilə necə seciblər?

Nominantların işlərinə baxanda, rəyləri oxuyanda buna bir mənalı cavab vermək çətindir. Amma onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq belə bir müsabiqə keçirilir və yəqin ki, təşkilatçılar bu dərəcədə fəallıq gözləmirdilər.

“İdrak məktəbi” tərəfindən 7 iş müsabiqəyə təqdim olunmuşdu. Müəllimlərin bloquna bunlardan:

1.www.İdrak – m.com – “ İdrak məktəbi. F.Bünyatovanın Konstruktiv təlim mərkəzi”

2.Ре – конструкция образования – www.pedsovet.orq.

3.Моя консультация www.pedsovet.orq.

Galanları isə o biri nominasiyalara təgdim olunmuşdu. Bunlar:

4.Имя пригательное.-Ф.Бунятова

5.Алгоритм сложения. Ф.Д.Бунятова

6.Цифровая школа — Ф.Д.Бунятова.

7.İsmin hallanması.Hallanma. — Həsənova İ.

Bütün təqdim olunan işlər haqqında geniş təfsilat vermək olar, amma buna ehtiyac duymayaraq qısaca bir arayış vermək istərdik.

1.www.İdrak — m.com saytında yerləşdirilən pedoqoji yazılar, təqdimatlar, texnologiyalar, tamamilə orijinal və secilən bir tərzdə yazılmışdır. Onlar təfəkkürün inkişaf yolunda qurulan fərgli bir yolun üslübunda köstərilmişdir. Təfəkkür, idrak Azərbaycan Təhsil İslahatının, Kurikulumun ana xəttidir “bu sənəd şagirdlərin idrakı imkanlarının üzə çıxarılması, onun inkişaf etdirilməsi üçün real təlim şəraitinin əmələ gəlməsini şərtləndirir, fəal təlim prosesinin, yeni qiymətləndirmə mexanizmlərinin ən ümumi aspektlərini əhatə edir”

( bax:Ümumtəhsil məktəblərinin I — IV sinifləri üçün fənn kurikumları,səh.10) Və əgər müsabiqənin əsas məqsədlərindən biri olan “Milli kurikulumun tələblərinə uyğunluğu, məzmunun orijinallığı və yeniliyi” burada açılırsa, onda bloqu müsabiqədən kənarlaşdırmaq Münsiflər heyyətinin və ekspert qrupunun dövlətin, Təhsil Nazirliyinin və şəxsən hörmətli nazir Misir Mərdanovun Təhsil İslahatı siyasətinə, yumşaq desək, qarşı çıxmag deməkdir.

Müzakirə meydanını, daraltmaq, onu bir düşüncə axarına yönəltmək, yəqin ki, müsabiqəyə, onun yeni fikirlərin yaranma arenasına çevirilməsi ümidini ancaq azaltmış olardı. Və bu da müzakirədə görünür. Bəzi halda müzakirə ideya, f ikir müstəvisindən cıxarag şəxsiyyət müstəvisinə keçir.

Hörmətli münsiflər heyyəti və ekspert qrupu, “ Azərbaycanın Rəqəmsal məktəb modeli” layihəsini müsabiqədən kənarlaşdıraraq nə düşünürdülər? Əgər dövlətin siyasəti rəqəmsal mühiti yartmaqdısa, Elektron məktəb pilot layihələrini genişləndirməkdirsə rəgəmsal təhsilə keciddirsə , onda niyə bu layihə Azərbaycanın təhsil sisteminin gələcək modeli kimi müsabiqədən kənarlaşdırarag onu müzakirə obyektinə cevrilməyə goymasınlar. Təvazökarlıqdan çox da uzaq olsa, bu layihə ABŞ konqresinin kitabxanasına salınıb, Rusiya prezidentinin himayəsi ilə Rusiyada “Цифровая школа” proyektinin pedağoji texnologiyası kimi müzakirəyə cıxarılmıdır. Bax: (www.pedsovet.orq. Цифровая школа). Bununla bərabər bir çox saytlarda yerləşdirilmişdir (www.idrak-m.com. Презентация “Цифровая школа” www.pedsovet.org

IEEE Explore TM.
Номер IEEE каталога: CFP0956H, ISBN: 978-1-4244-4740-4 и библиотека Конгресса США: 2009905189

Müəllim tərəfindən müsabiqəyə təqdim olunan “Ре — конструкция образования” bloqunda Azərbaycan pedoqoji məkanında yaranan pedoqoji görümlər beynəlxalq müzakirəyə çıxarılır, bu müsabiqədə isə kənarlaşdırılır. Ola bilər ki, deyərlər orada buna təlabat var, burada yox, amma onu deyə bilərəm ki, ictimaiyyətdə yaradıcılıq mühiti, yenilik ruhu yaradılıb dəstəklənməlidir. Və bu da Rusiya araşdırmacılarının daimə nəzərindədir , həm də bizimkilərin , və XX əsrdə dünya pedoqoji mühitinə yenilik gətirən insanlar arasında bu işlərin müəllifinin adı da vardı. Bu yenilik onun yaratdığı yeni təhsil sistemi, texnologiyası və iki dünya migyaslı korifey olan Zadə və Piayenin məntiqlərindən yararlanıb yaratdığı təlim məzmunun məntiqi modelinin yaratması olur .

Təqdim olunan dərs təqdimatları “Имя проилагательное” , ”Toplama və çıxma alqoritmi” , “İsmin halı.Hallanma” öz məzmunu və quruluş tərəfindən təqdim olunan dərslərdən seçilir. Bu seçilmə dərsin idraki proseslərin axarı yolunda qurulmasından, bilikləri kontekstə (hissə — hissə yox) təqdim etməkdə, düşündürücü suallarla biliklərini yeni formada qurmaqla seçilir. “Имя проилагательное” dərsin video yazısı, “Kurikulum portalında” ustad dərsi kimi yerləşdirilib. “İsmin halı.Hallanma” dərsi eyni kökənli dərsdir, burada interaktiv fəaliyyətlə əqli əməliyyat aparan şagirdlər özləri öz yeni biliklərini qururlar. Bu yön Kurikulumun aparıcı xəttidir, hər bir müəllimin hansıı yolla olursa olsun ona catmag məqsəddir.

Və sonda onu geyd etmək istəyirəm ki, 6 təqdimat “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatova tərəfindən təqdim olunub, biri isə “İsimin hallanması. Hallanma” (2 nominat ) “İdrak məktəbi”nin müəllimi Həsənova İradə tərəfindən təgdim olunmuşdu.

.Sadəcə bu təqdimatın müsabiqədən kənarlaşdırılmaması müəllifin Bünyatova yox Həsənova olması və “İdrak -m.com” nəzərdən gacırılması səbəblərindən də ola bilər.

Baxış: 2545

One Response to “Elektron təhsil müsabiqəsi və “Viktoriyanın” qiymət meyarları”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe