Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Dərs təqdimatı. Həyat bilgisi — II sinif

Bakı şəhər Səbail rayonu E. Məmmədov adına

189 № li  orta məktəbin ibtidai sinif müəllimi

Əliyeva İradə Qurban qızı

Mövzu: Çörək

Dərs proyekt texnologiyası üzrə qurulmuşdur. Bu texnologiya üzrə aparılan iş sinif çərçivəsində bitmir. Verilən tapşırıqlara əsasən şagirdlər öz araşdırmaları üzrə yerinə yetirirlər. Məlumat toplamaq üçün onlar dərslikdən əlavə uşaq ensiklopediyasından, valideynin köməyilə internet resurslardan maraqlı materiallar toplayıb birlikdə ümumiləşdirirlər.Sonra hər qrup sinif qarşısında öz təqdimatını edir.Bu texnologiyada şagirdlər araşdırma vərdişlərini yaradır, informasiyanı biliyə çevirmək və onları təqdim etmək kimi bacarıqları aşılayır.Əməkdaşlıq şəraitində aparılan bu cür iş şagirdlərdə məsuliyyət , düzgün iş bölgüsü və s. kimi sosial vərdişlərini yaradır.

Dərsin məqsədi: Şagirdlərin çörək haqqında bilgisini üzə çıxartmaq, onların axtarış prosesində biliklərini dərinləşdirmək və genişləndirmək.

İstifadə olunan texnologiya: Proyekt  texnologiyası İKT. Word. PowerPoint

Dərsə uşaqlarda mövzuya maraq oyatmaq üçün “O nədir ki, öz müqəddəsliyini həmişə qoruyub saxlayır?” sualı ilə başladım. (slayd 2)

Şagirdlərdən cavablar aldıqdan sonra çörək haqqında qısa məlumatlar verdim və onların qarşısına r araşdırmalar ücün belə bir suallar qoydum.(slayd 3)

Bu suallar cavablandıqdan sonra sinif iki qrupa bölünərək, mövzu üzrə materialların toplanması üçün axtarışa başlayırlar. Bu işdə evdə  valideynlər də onlara böyük köməkçi olur, internetdən, ensiklopediyadan  material toplayırlar.. Araşdırmanın nəticəsini hər qrup sinif qarşısında təqdim edir( slayd 4,5,6,7)

Müzakirədən sonra  sinif  ümümi bir nəticəyə gəlir ( slayd 8).

Sonda müqəddəslik anlayışını daha da genişləndirmək ücün şagirdlərlə belə bir sorğu aparıram:

Sizin ücün nə müqəddəsdir və nəyə körə?

Sorğunun cavabları belə oldu. (slayd 9)

Baxış: 6592

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe