Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

«Nitq hissələri» mövzusunda 189 № li məktəbdə aparılan açıq dərsin təqdimatı

Nitq hissələri“İdrak məktəbi”nin direktoru Fatma xanım Bünyatovanın 189 № li məktəbdə ustad dərsinin təqdimatı. Dərs “Müəllimdən müəllimə” layihəsi çərçivəsində  III sinifdə Kurikulumla keçirilmişdir. Dərsin quruluşunda Konstruktiv təlim texnologiyası və İKT istifadə edilmişdi. Konstruktiv təlim texnologiyasında biliklər şagirdlərə tamlıq sxemi çərçivəsində təqdim olunur. Bu prinsipə əsaslansraq mövzü dərslikdəki kimi 4 nitq hissəsini yox, 6 nitq hissəsini əhatə edir. Dərsin məqsədi: şagirdlərin nitq hissələri haqqında biliklərini araşdırıb üzə çıxartmaq və genişləndirmək; şagirdlərin sosial bacarıqlarını inkişaf etdirərək komandada və cütlükdə müzakirə vərdişlərini yaratmaq. Dərs iki hissədən ibarətdir. Birinci hissədə  şagirdlərlə  mövzü üzrə iş aparılaraq, onların nitq haqqında anlamını ortalığa çıxarıldı, komandada və cütlükdə müzakirə zamanı  şagirdlər yaranan anlamı  biliyə çevirdilər. Sonra şagirdlər alınan bilik  üzərində  çoxlu iş apararaq onun ayrı biliklərlə ortaqlığını  tapıb yeni biliklırinin  yaratdılar. Dərsin ikinci hissəsində  şagirdlərə verilən işçi vərəqlərındəki tapşırıqlar onların yaratdıqları biliklərin düzgünlüyünə, ardıcıllığına, tətbiqi və yaradıcılıq səviyyəsinin üzə çıxarılmasına istiqamətlənmişdir.Dərsdə məntiqi keçidlərdən, əsaslanmalardan istifadə edərək, nitq hissələrini bir tamlıq şəklində təqdimatı və bu nitq hissələlərinin adlarının rəqəmlə göstərilməsi, şagirdlərin təfəkkürlərini, düşüncələrini bir yox, bir neçə yönə istiqamətləndirərək onları məntiqi inkişafına zəmin yaradılmışdır. Bu baxımdan  mövzünün  standartları təbii olaraq genişlənir.

Dərs üç strukturda qurulmuşdur.

1.Biliklərin məntiqi strukturları- biliklər bir- biri ilə birləşirlər, ayrılırlar, assosiasiyalara girirlər və bəzəndə ləğv olunurlar.

2.Təfəkkürün məntiqi əməliyatları – yəni  məntiqi əsaslar, çevirmələr, zənginləşmələr və sairə. Bu davamlı əməliyatlar müəllimin şagird qarşısında qoyduğu suallardan və məntiqi əsaslardan yaranır.

3. Fəalliyət strukturları- müəllim dərsin formalaşmasına yönəlib, məqsədinə  uyğun olaraq fəalliyət strukturlarını seçir. Hər bir fəaliyyət stukturu özündə hansısa sosil bilik və bacarığın yaradılmasını ehtiva edir.

Dərsin konstruktiv təlimlə quruluşu fəal(interaktiv)  təlimdən fərqi bunlardır:

1. Mövzü tamlıq şəklində verilərək, proqram çərçivəsindən çıxaraq standartları genişləndirir.

2. Dərsdə şagirdlər öz biliklərinə əsaslanaraq  yeni  biliklərini yaradırlar.

3 Dərsdə qoyulan məntiqi  suallar məntiqi keçidlər şagird təfəkkürünü düşüncə yoluna salaraq onu bu yolun  yolçusu edərək, dərketmə zamanı bu məntiqi alətlərdən istifadə etmək vərdişi yaradır.

4.Komandada  müzakirələr və bu müzakirənin nəticəsi açıqlanan  zaman  biliklər sosiallaşaraq hamının biliyinə çevrilir. Fərq burada ancaq hər bir şagirdin daxili imkanlarından asılı olacaq.

Baxış: 4933

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe