Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Yeni Kurikulum üzrə təlimin keçirilməsində istifadə olunan texnologiya.

Fatma xanım Bünyatova

Nəyə görə təlimlərdə fəal (interaktiv) metodlar istifadə edilir?

Tədris prosesinə psixopedağoju  yönümdən baxanda, uşaqların təfəkkür fəaliyəti,  onun inkişafı   biri birindən seçilərək ayrı- ayrı səviyyədə olur və bu şagirdlər arasında  məsafə yaradır.

Azərbaycan Respublikasının təhsil İslahatının  istigamətləri təhsil standartı  olan Milli Kurikulumda əks edilmişdir. İbtidai təhsil  Kurikulumu Konseptual sənəd kimi ibtidai təhsilin məzmununda standartları, zəruri minimumu, təhsil alanların hazırlığına qoyulan tələbləri, texnologiya və qiymətləndirmə məsələlərini əhatə edir.  Son üç ildə müəllimlərin bu istiqamətdə nəticə etibarı ilə səmərəliliyinin təyin olunması üçün təlim kursları keçirilmişdir.Təşkil olunan öyrədici treninqlərdə fənn kurikulumlarının, təlim standartlarının mahiyyəti və məzmunu, kurikulumlarla işləməyin metodikası, yeni kurikulumlar əsasında yazılan dərsliklərin xüsusiyyətləri, qiymətləndirmə mexanizmləri haqqında zəruri məlumatlar müəllimlərin diqqətinə çatdırılmış və müvafiq praktik məşğələlər keçilmişdir.  Son üç ildə bu  treninqlər  Kurikulum Mərkəzinin hazırladığı “Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi Proqramı” çərcivəsində aparılmışdır. Bu program Təhsil Nazirliyinin islahatların uğurla həyata keçirilməsi, müəllimlərə əməli kömək göstərmək istiqamətində hazırlanmışdır. Proqramda müəllimlərin istifadə edəcəyi fəal (interaktiv) təlim tövsiyə edilir.

Fəal təlimdə şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində  bilikləri mənimsəyir; onu əks etdirir; yenidən  tətbiq  edir və yadda saxlayır; uyğunluğu tapır. Müəllim qarşısına  qoyduğu məqsədə biliyi bir başa şagirdlərə  ötürmək üsülu ilə çatmır. O, bu məqsədə çatmaq üçün onların qarşısında elə suallar qoyur ki, onların özündə, birbaşa örtülü cavabları olur. Şagirdlərin  bu suallara assosiativ cavabları onları bu gün nə öyrənəcəyinin əsasına gətirib çıxardır. Şagirdlərin qarşısına qoyulan suallar əsasən onların bilik dairəsində olur.

Fəal təlimdə şakirdlərin dərs fəaliyyəti müəllimin rəhbərliyi altında onun göstərdiyi istiqamətdə, cütlükdə, qrupda fəal (interaktiv) işlərdən ibarətdir. Onlar təlim materialını yeni formaya salaraq, onun altından xətt çəkir, dəyişdirir, eyniliyi  və yaxud fərqi tapır, müqayisə edir, material axtarıb tapırlar. Ancaq bunun hamısı proqram çərçivəsində görülür.

Milli Kurikulumda verilən standartlar minium biliyin göstəricisi kimi götürülmüşdür.

Lakin tədris prosesinə psixoloju yönümdən baxanda, uşaqların təfəkkür fəaliyəti,  onun inkişafı   biri birindən seçilərək ayrı- ayrı səviyyədə olur və bu şagirdlər arasında  məsafə yaradır.

Proqram materiallarında, dərsliklərdə bu fərq nəzərə alınmadığı üçün inkişaf edən şagird inkişafından qalır, o birisi isə ona çata bilmir. Sözsüz ki, fəal təlimin ənənəvi təlimdən üstünlüyünü bir növ şagirdi təlimdə passiv bilik qəbul etməkdən fəal əməllə bilik  almağa yönəldir, müəllim – şagird əməkdaşlığı ortalığa çıxır.  Fəal təlimin interaktivliyi isə şagirdlərdə sosial bacarıq və vərdişlər yaradır, onlarda ünsiyyət formalaşdırır.

Bunula belə yaşadığımız XXI əsr fərd, idrakı fəaliyyət əsridir. İKT sürətli  inkişafı, elmin inkişafının göstəricisi  kimi cəmiyyət qarşısında zamanın nəbzini  tutan, onunla ayaqlaşan nəsil yetişdirmək tələbini irəli   sürmüşdür. İdrakı fəaliyyət, fərdin inkişafı təhsilin psixopedaqoji  yanaşması olan koqnitiv (dərketmə) nəzəriyyəsi əsasında qurulur. Müasir psixopedaqoji cəmiyyətdə idrakın, təfəkkürün inkişafı, təlim-tərbiyyə prosesində ağıla önəm verilməsinə konstruktivizm deyilir və təlimdə konstruktiv təlim kimi qəbul olunur.

Zamanla ayaglaşmag ücün , zamanın tələb etdiyi yolla  ketmək lazımdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin apardığı İslahatın əsas məqsədi, ana xətti  təlim prosesində şagird təfəkkürünün inkişafı üçün ona bilik ötürməyi yox, bilik qazanmaq üçün şərait yaratmaqdır.

“…və bu gün Azərbaycan təhsili qarşısında duran vacib məsələlərdən biri də yaddaş məktəbini təfəkkür məktəbinə çevirməkdir”. (Abdulla Mehrabov, Ənvər Abbasov)

Konstruktiv Təlim bu xəttlə gedən, bu məqsədə çatan əsas yollardan biridir. Konstruktiv Təlimin  əsas məqsədləri öncə şagird təffəküründə, onun təmasda olduğu bilik haqqında anlam yaratmaq, sonra anlamı biliyə çevirmək, onun üzərində çoxlu iş apararaq, təkrarlayaraq bacarıq yaratmaqla bərabər, həm də onun başqa biliklərlə ortaq münasibətlərini, elementlərini taparaq, onu yeni formada tərtib edib yeni biliklər yaratmaqdır. (F. Bunyatova)

Amerika Araşdırmacısı  Miclene T.H.Chi “Active-Constructive-Interactive: A Conceptual Framework for Differentiating Learning Activities “

(Psychology in Education, Arizona State University Received 22 July 2008; received in revised form 11 November 2008; accepted 11 November 2008)

məqaləsində aktiv-konstruktiv-interaktiv təlimlərin fərqlərini  göstərmişdir. Miclene T.H.Chi öz  araşdırmalarında  aşağıdakı meyarları   göstərmişdir:

Aktiv – Construktiv- İnteraktiv təlimlərin fərqi.

Aktiv təlim -    şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir; onu əks etdirir; yenidən tətbiq

edir və yadda saxlayır; uyğunluğu tapır,

İnteraktiv təlim - təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır; fikir mübadiləsi aparılır; yeni fikir yaradılır; işlərin düzgün bölünməsi aparılır; məsuliyyət  hissi yaradır;

Konstruktiv təlim-       şagird öz yaradıçı fəaliyyəti ilə:

proqram çərçivəsindən kənara çıxır;  yeni

perspektivlər görür; öz biliklərindən çıxış edərək

yeni bilik yaradır; qarşılıqlı dioloji əlaqədə

biliklərini genişləndirib, möhkəmləndirir;

biliklərini bərpa edərək, səhvlərini düzəldir;

biliklər arasında məntiqi əlaqələr yaradır;

müzakirədə yaranan biliyin quruluşuna

uyğunlaşmış biliyini yaradır; sosial bilik və vərdişlər

aşılanır.

Bu araşdırmadan belə bir nəticəyə gəlmək olur ki, konstruktiv təlim özündə fəal və interaktiv təlimlərin verdiyi göstəricilərlə yanaşı, fərdin təfəkkür inkişafına , onun özü öz biliyinin qurucusuna çevrildiyinində göstərir.

….bütün bunlar nəzərə alınaraq Azərbaycan təhsil sistemində tədris-təlim prosesinin səmərəli qurulması, keyfiyyət göstəricilərinin yüksəldilməsi, təhsil müəssisələrinin, təfəkkür, idrak məktəbinə çevrilməsi üçün konstruktiv təlimin tətbiqi genişləndirilməli və o, aparıcı mövqe qazanmalıdır.”

Abdulla Mehrabov RTPİ direktoru,
professor, Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü,əməkdar müəllim

Milli Kurikulum acıq bir çərçivə sənədi olduğu üçün hər bir yeniliyə, yeni texnologiyalara acıqdır. (Misir Mərdanov). Hörmətli nazirimizin bu tövsiyəsini əsas götürərək Kurikulum Mərkəzinin hazırladığı “Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi Proqramı”nı  fəal (interaktiv) təlimlə yanaşı  yeni pedaqoji texnologiya – Konstruktiv təlim texnologiyası ilə aparmağı təklif edirik.

“İdrak məktəbi”nin   Konstruktiv təlim Mərkəzi son on ildə bu təlimin Azərbaycan pedaqoji mühitində öz yerini tutmasında məqsədyönlu iş aparır. Belə ki, məktəblərdə treninqlər, acıq dərslər apararaq bu təlimin mahiyyətini müəllimlərə, məktəb müdürlərinə əyani olaraq göstərmişdi.

Son illərdə Respublika səviyyəsində aparılan “İlin müəllimi” müsabiqəsində Mərkəzin apardığı fərdi treninqlərin 9 iştirakçısından 8-u müsabiqəni uğurla başa vuraraq ilin müəllimi adını qazanmışdır.

İradə Əliyeva 189№  məktəbin  ibtidai sinif müəllimi:

“Mən bir cox treninqlərdə olmuşam və həmişə də arzulamışdım ki treninqdə əyani olaraq dərsin quruluşu və keçirilməsi göstərilsin. Və buna əsalanaraq mən dərs qurmaq bacarığına yiyələnim. Mən Konstruktiv təlimə treninqdə əməli olarag yiyələndim”.

Nurlan Quliyeva   Köy-Köl rayonu Üc təpə kənd orta məktəbi riyaziyyat və informatika müəllimi:

“Konstruktiv təlim texnologiyası haqqinda  mən internetdən  məlumatlandım.  Konstruktiv təlim mərkəzinin distant kurslarına yazılaraq onu müvəffəqiyətlə qurtardım. İndi  bu usuldan dərslərimdə istifadə edirəm. Ən başlıcası odur ki mən və mənim tələbələrim riyaziyyatı abstrakt bir elm kimi yox, kündəlik həyatda qarşılaşdığımız problemin həlli acarı kim görməyə başladıq”.

Konstruktiv təlim mərkəzinin saytında  (www.idrak-m.com)  Konstruktiv təlim üsülu ilə  dərsin qurulması və keçirilməsi haqqında yazılar, müəllimlərin acıq video-dərsləri, təqdimatları, yazıları, pedaqoji görümləri və s. yerləşdirilmişdi və bu istiqamətdə iş davamlı olaraq gedir.

Kurikulum  mərkəzində aparılan seminarın təqdimatından.   (2010)www.kurikulun.az

Baxış: 9439

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe