Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

İLHAM ƏLİYEV 5 NAZİRİ NƏZARƏTƏ GÖTÜRDÜ!

Prezidentin bu qurumların fəaliyyətini şəxsi nəzarətinə götürdüyü deyilir. Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin yanvarın 27-də korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının iclasından sonra ölkədə korrupsiya və rüşvətxorluğun qarşısını almaq üçün demək olar ki, bütün dövlət qurumları hərəkətə keçiblər. Müxtəlif nazirliklər, komitələr, hüquq-mühafizə orqanlarının yüzlərlər əməkdaşı işindəki nöqsanlarına görə tutduqları vəzifədən azad olunublar.

Bəziləri barəsində isə cinayət işi açılıb. Dünən Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Eldəniz Qəhrəmanov və şəhərin baş memarı Yusif Abdurahmanovun da həbsi bu qəbildəndir.

Korrupsiyaya və digər neqativ hallara qarşı mübarizə tədbirləri bu sahədə hansı dövlət qurumlarının daha çətin və problemli vəziyyətdə olduğu məsələsini də gündəmə gətirib. Qaynar.info bu sualla məlumatlı mənbələrə müraciət edib. Mənbənin sözlərinə görə, hazırda Prezident Adminstrasiyasına ən çox şikayət olunan dövlət qurumları Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Təhsil, Vergilər nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsidir. Məlumata görə, bu dövlət qurumlarından şikayətlərin hədsiz çoxluğu onlarla bağlı məsələnin ölkə prezidentinin masasına yatırılmasına səbəb olub. İlham Əliyevin baş verənlərlə bağlı bu dövlət qurumlarının rəhbərlərinə sərt xəbərdarlıq etdiyi və onların fəaliyyətini şəxsi nəzarətinə götürdüyü deyilir.

Adı çəkilən dövlət qurumlarında bu günlərdə keçirilmiş geniş kollegiya iclasları da bunu sübut edir. Çünki, bu qurumların rəhbərlərinin etiraflarından da aydın görünür ki, ölkə rəhbərliyi onların fəaliyyətindən narazıdır və qarşıya bu sahədəki ciddi problemlərin tezliklə həll olunması tələbi qoyulub.

Qaynar.info-ya daxil olan məlumata görə, fəaliyyəti ciddi vətəndaş narazılığına səbəb olan və birbaşa prezident tərəfindən nəzarətə götürülən təxminən 10-a yaxın icra hakimiyyəti orqanları da var. Hansı ki, onlardan bir neçəsinin yaxın həftələrdə istefaya göndəriləcəyi gözlənilir…

Mənbə: www.almazhasret.com

Baxış: 1582

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe