Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Üçüncü sinifdə riyaziyyat dərsi

Nurlan Quliyeva

Göygöl rayonu Üçtəpə kənd orta məktəbinin riyaziyyat və informatika müəllimi

Müasir yeniyetmə qlobal dünyada, informasiya cəmiyyətində yaşayır. Onun təfəkkürü inkişaf etməsə, ətrafında baş verən hadisələri dərk etmək iqtidarında olmaz. Sağlam düşüncəli fərd yetişdirmək ailə və məktəbin birgə fəaliyyəti nəticəsində mümkündür. Məktəblərdə həmişə təlim və tərbiyə işləri paralel aparılıb. Lakin bu gün dünya ilə ayaqlaşmaqçün tələblər dəyişib. Ailədə və məktəbdə yeniyetməyə yetgin, sərbəst fikir yürüdəcək, qərar verəcək şəxs kimi baxmaq tələb olunur. Ölkəmizdə keçirilən təhsil islahatlarının da məqsədi budur.
Müasir tələblərə cavab vermək üçün dərsləri yeni pedaqoji texnologiyaların və IKT tətbiqi ilə tədris etmək lazımdır. Kurikulumla keçirilən bu cür interaktiv dərslərdə təfəkkür inkişaf edir, köhnə biliklər əsasında yeni biliklər yaranır. Yeni interaktiv texnologiyalardan-əsas müddaları Fatma xanım Bunyatova təfəfindən işlənmiş konstruktiv təlim metodu fikrimcə daha səmərəlidir. Fatma xanım uzun illərin təcrübəsinə əsaslanaraq təhsilimizə öz töhfəsini vermiş və konstruktiv təlimdə məntiqi bilik strukturlarını yaratmışdır.
Yeni interaktiv texnologiyalar nəinki müəllim və şagirdlərə, hətta dərsliklərə müasir tələblər baxımından yanaşmağı tələb edir.
Məktəblərimizdə zamanın tələbinə uyğun olaraq interaktiv dərslər keçirilir. Lakin yeni pedaqoji texnologiyalara əsaslanaraq tərtib edilmiş dərsliklərimiz əsasən ibtidai sinfi əhatə edir. Dərsliklərlə ilə tanış oldum və riyaziyyat kitabındakı bəzi məqamlar diqqətimi çəkdi.
Dərsliklər keyfiyyətlidir. Nəfis tərtibatla işlənmişdir. Riyaziyyatda dərslərarası bağlılıq var. Kitabdakı mövzularda pilləlik prinsipi gözlənmış, yeni pedaqoji texnologiyaların tələbinə uyğun olaraq mövzulararası, fənlərarası əlaqə genişləndirilmişdir. Dərslik yaxşı mənada elmi baxımdan çərçivədən çıxır. Bu şagirdlərinin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətlidir. Digər təfəfdən tapşırıqların mətnlərində millilik var. Dərslikdə həndəsə, fizika tipli məsələlərlə yanaşı vətənimizin coğrafiyasını öyrədən, işğal olunmuş ərazilərini xatırladan tapşırıqlar da yer alır.
Dərsliyin birinci bölməsində II sinifdə keçirilənlərin təkrarı verilib-100 dairəsində hesab əməlləri, müxtəlif tip məsələlərin həlli, müstəvi və fəza-həndəsi fiqurları.
Sonrakı bölmələrində 1000 dairəsində ədədlər üzərində əməllər, sürətli hesablama üsulları, uzunluq, kütlə, zaman, tutum-həcm anlayışları aydın izah olunub. Vurma və bölməyə həm riyazi, həm də məntiqi cəhətdən baxılıb. Qalıqlı bölmə və yuvarlaqlaşdırma sinfə uyğundur. Tənlik qurma ilə məsələ həlli mövzusunda ağır məsələlər var.
Dərsliyin bir bölməsində bütün həndəsə kursu konspetləşdirilib. Söz ehtiyat hissəsinə baxaq: nöqtə , düz xətt, parça, şua, bucaq(növləri), paralel düz xətlər, kəsişən düz xətlər, perpendikulyar düz xətlər, üçbucaq, bərabərtərəfli üçbucaq, bərabəryanlı üçbucaq, müxtəliftərəfli üçbucaq, çoxbucaqlı, dördbucaqlı, trapesiya, paraleloqram, düzbucaqlı, kvadrat, romb, kub, düzbucaqlı prizma, piramida, konus, silindr, kürə, fəza fiqurlarının elementləri( təpə, til, üz) və açılışı, perimetr, sahə, simmetriya… Bunlar sadəcə söz deyillər. Hər birinin arxasıda biliklər sistemi durur. Anlayışlar və fiqurlar haqqında məlumatlar sadə şəkildə verildiyindən müstəvi fiqurlarını müəyyən mənada başa düşmək olar. Lakin stereometriyanın üçüncü sinif şagirdi tərəfindən qavranılması bir müəllim kimi məndə şübhə yaradır. Əsasən 10-11 siniflərdə tədris olunan kub, düzbucaqlı prizma, piramida, konus, silindr, kürə, fəza fiqurlarının elementləri( təpə, til, üz) və onların açılışı yuxarı sinif şagirdləri tərəfindən də çətinliklə anlaşılır. Şagirdlər xəyalən fiqurları təsvir edə bilmədiklərinə görə məsələ həllərində yanlış nəticələr alırlar.
Fikrimcə əgər fəza fiqurlarını keçmək vacibdirsə kub, piramida və kürə haqqında məlumat vermək kifayətdir. Müəllim dərsi texnologiyanın tətbiqi ilə keçdiyindən kvadratdan kubun, çoxbucaqlıdan piramidanın, dairədən kürənin alındığını əyanı göstərə bilər. Şagirddə cismin elementləri haqqında təsəvvür yaranar. Mövzu anlaşılarsa kubu prizma və onun novləri, piramidanı tetraedr, kürəni sfera ilə əlaqələndirib dərsi genişləndirmək olar.
3-cü sinifdə “Paralel və kəsişən düz xətlər” mövzusunda konstruktiv təlimlə dərs keçməyi planlaşdırdım. Metodun prinsiplərini nəzərə alaraq dərsi layihələndirdim. Təlimə görə dərs iki hissədən ibarət olmalıdır. Birinci hissədə mövzu araşdırılmalı, şagirdin keçmiş biliyi və təfəkkürü əsasında yeni bilikləri yaranmalı, gələcək biliklərə körpü salınmalıdır. İkinci hissəsində qazanılmış biliklər əks etdirilməlidir.
Şagirdləri qruplara bölərək “Paralel və kəsişən düz xətlər” mövzusunda dərs keçdim. Kitabda mövzu kurikuluma uyğun olaraq əhatəli şəkildə verilmişdi.
Konstruktiv təlimin prinsiplərinə görə açar sözlər müəyyənləşdirilir və mövzunun adı araşdırılır-xətt, paralel, kəsişmə. Xəttin açıqlaması zamanı şüa və parça keçirilir. İki xəttin qarşılıqlı vəziyyətinin araşdırılması paralellik və perpendikulyarlığı izah edir. Çarpaz düz xətlər-kəsişən xüsusi halda-düz bucaq altında kəsısəndə perpendikulyar olurlar. Ona görə dərsdə iti, kor, düz, açıq və tam bucaqlar da izah edilməlidir. Mövzunun əhatə dairəsi geniş olduğundan dərsin iki saata keçirilməsi məqsədəuyğun olardı.
Movzunu araşdıraraq yeni bilikləri yaradırıq. Dərsin bu hissəsinə 20 dəqiqə vaxt sərf olunur.
Sual:
Hansı düz xətlər var?
Cavab:
Düz xətlər var.
Əyri xətlər var.
Xətlər uzun olur.
Kiçik xətlər olur.
Müəllimin şərhi: Düz xətt hər iki tərəfə sonsuz uzanır.
Xətt çəkirəm. Şagirdlərə onu bir neçə hissəyə bölməyi tapşırıram.
Sual:
Şəkildəki xətlər haqqında nə deyə bilərsiniz?
Cavab:
Xətt hər iki tərəfə uzanır.
Bir tərəfdən uzanır.
Sağa və ya sola uzanır.
Heç bir tərəfə uzanmır.

Müəllimin şərhi: Hər iki tərəfdən məhdud ( yəni-heç bir tərəfdən uzanmayan xətlər) düz xətt parçadır.
Şuanın başlanğıc nöqtəsi var. Şua bir istiqamətdə sonsuz uzanır- Gunəş işıq şüası saçır.
Dərslikdə parça- parça düz xəttin bir hissəsidir, onun başlanğıc və son nöqtəsi var kimi izah edilir. Bu isə vektor anlayışına uyğundur. Parçaya aid edilirsə vahid parçanın nə olduğu izah edilməlidir. Bu isə dərsi tamamilə başqa istiqamətə yönəldəcəkdir( miqyas, ədəd oxu…).
Sual:
Düz xətlər hansı vəziyyətdə olur?
Cavab:
Düz xətlər kəsişmir.
Düz xətlər üst-üstə düşür.
Düz xətlər kəsişir.
Müəllimin şərhi: Kəsişməyən düz xətlər paraleldir. Kitab və dəftərlərimizin qarşı-qarşıya olan tərəfləri paraleldir.
Muxtəlif vəziyyətdə kəsişən düz xətlər çəkirəm.
Sual:
Kəşişən xətlər haqqında nə deyə bilərsiniz?
Cavab:
İki kəsişən düz xəttin bir ortaq nöqtəsi var.
Düz xətlər müxtəlif bucaq altında kəsişirlər.
Düz xətlər düz bucaq altında kəsişirlər.
Müəllimin şərhi: İki duz xətt düz bucaq altında kəsişirsə perpendikulyardır.
Şagirdlər-dərsliklə işləyərək( 5-7 dəqiqə) kəsişmədə alınan bucaqları işarələyib adlarını söylədilər. Kəsişən düz xətlərdən alınan şüaları göstərdilər. Küçəni paralel məktəbi isə küçəyə perpendikulyar düz xətlə təsvir edib məktəbimizin yerini göstərdilər.
Dərsin “ Təsəvvürlərin əks olunması” hissəsində şagirdlər komandaların işçi vərəqlərində tərtib olunmuş misalları həll etdilər. Dərsin 7-10 dəqiqəsi bu mərhələyə sərf olundu.
Komandalarin işci vərəqlərindən birinin nümünəsi:
Komanda 1.
1) Düz xətt çəkin.
2) Şüanı necə təsəvvür edirsiniz?
3) Düz xətlərin qarşılıqlı vəziyyətini göstərin.
4) Ətrafinizdakı paralel düz xətləri göstərin.
5) Bucaqların növlərinı deyin.
6) Perpendikulyar düz xətlər hansı bucaq altında kəsişirlər?
Şagirdlər işçi vərəqlərində olan tapşırıqları yerinə yetirdikdən sonra hər komandadan bir seçilmiş şagird işi təqdim etdi. 10 dəqiqəlik təqdimat komandaların üzvləri və müəllim tərəfindən qiymətləndirildi. Səhvlər araşdırılaraq düzəldildi.

Baxış: 7645

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe