Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Orta məktəb müəlliminin təcrübi mülahizələri

Nurlan Quliyeva,
Göygöl rayonu Üçtəpə kənd orta məktəbinin müəllimi

Müasir zəmanənin yeniyetməsi qlobal dünyada, informasiya cəmiyyətində yaşayır. Onun təfəkkürü inkişaf etməsə, ətrafında baş verən hadisələri lazımınca anlamaq  iqtidarında olmaz. Sağlam düşüncəli fərd yetişdirmək isə ailə və məktəbin birgə fəaliyyəti nəticəsində mümkündür. Məktəblərdə həmişə təlim və tərbiyə işləri paralel aparılıb. Lakin bu gün dünya ilə ayaqlaşmaq üçün pedaqoji-sosial tələblər dəyişib. Artıq həm ailədə, həm də məktəbdə yeniyetmə yaşına çatmış şagirdlərə yetgin, sərbəst fikir yürüdəcək, qərar verəcək şəxs kimi baxmaq tələb olunur. Müstəqillik dönəmində ölkəmizdə keçirilən mütərəqqi təhsil islahatlarının da əsas məqsədlərindən biri də məhz budur.
Müasir tələblərə uyğun olaraq dərsləri yeni pedaqoji texnologiyaların və İKT tətbiqi ilə tədris etmək lazımdır. Kurikulumla keçirilən bu cür interaktiv dərslərdə şagirdlərin təfəkkürü inkişafına xüsusi fikir verilir, köhnə biliklər əsasında yeni biliklər yaranır.
Yeni interaktiv texnologiyalardan biri də əsas müddaları tanınmış pedoqoq-metodist Fatma Bunyatova təfəfindən işlənmiş konstruktiv təlim metodu, fikrimizcə, milli təhsil sistemində daha səmərəli sayıla bilər. F.Bünyatova çoxillik təcrübəsinə əsaslanaraq, konstruktiv təlimdə məntiqi bilik strukturlarını yarada bilmişdir. Yeni interaktiv texnologiyalar nəinki müəllim və şagirdlərə, hətta dərsliklərə, eləcə də dərs vəsaitlərinə, metodiki ədəbiyyata da müasir tələblər baxımından yanaşmağı tələb edir.
Məktəblərimizdə zamanın tələbinə uyğun olaraq interaktiv dərslər keçirilir. Lakin yeni pedaqoji texnologiyalara əsaslanaraq tərtib edilmiş dərsliklərimiz əsasən ibtidai sinfi əhatə edir. Son illər müxtəlif sinif şagirdləri üçün nəşr olunmuş dərsliklər ilə tanış oldum və riyaziyyat kitabındakı bəzi məqamlar diqqətimi çəkdi. Üçüncü sinif üçün dərslik kitabı keyfiyyətli və nəfis tərtibatla işlənmişdir. Riyaziyyatda dərslərarası bağlılıq var. Kitabdakı mövzularda pilləlik prinsipi gözlənmış, yeni pedaqoji texnologiyaların tələbinə uyğun olaraq mövzulararası, fənlərarası əlaqə genişləndirilmişdir. Dərslik, yaxşı mənada, elmi baxımdan dar çərçivədən çıxır. Bu isə şagirdlərinin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətlidir. Digər təfəfdən tapşırıqların mətnlərində millilik var. Kitabda həndəsə, fizika tipli məsələlərlə yanaşı vətənimizin coğrafiyasını öyrədən, işğal olunmuş ərazilərini xatırladan tapşırıqlar da yer alır. Dərsliyin birinci bölməsində II sinifdə keçirilənlərin təkrarı verilib: 100 dairəsində hesab əməlləri, müxtəlif tip məsələlərin həlli, müstəvi və fəza-həndəsi fiqurları yada salınır. Sonrakı bölmələrində 1000 dairəsində ədədlər üzərində əməllər, sürətli hesablama üsulları, uzunluq, kütlə, zaman, tutum-həcm anlayışları aydın izah olunub. Vurma və bölməyə həm riyazi, həm də məntiqi cəhətdən baxılıb. Qalıqlı bölmə və yuvarlaqlaşdırma sinfə uyğundur. Tənlik qurma ilə məsələ həlli mövzusunda ağır məsələlər var.
Dərsliyin bir bölməsində bütün həndəsə kursu konspetləşdirilib. Söz ehtiyat hissəsinə baxaq: nöqtə , düz xətt, parça, şüa, bucaq (növləri), paralel düz xətlər, kəsişən düz xətlər, perpendikulyar düz xətlər, üçbucaq, bərabərtərəfli üçbucaq, bərabəryanlı üçbucaq, müxtəliftərəfli üçbucaq, çoxbucaqlı, dördbucaqlı, trapesiya, paraleloqram, düzbucaqlı, kvadrat, romb, kub, düzbucaqlı prizma, piramida, konus, silindr, kürə, fəza fiqurlarının elementləri (təpə, til, üz) və açılışı, perimetr, sahə, simmetriya… Bunlar, sadəcə sözlər deyil, hər birinin arxasıda biliklər sistemi durur. Anlayışlar və fiqurlar haqqında məlumatlar sadə şəkildə verildiyindən müstəvi fiqurlarını müəyyən mənada başa düşmək olar. Lakin stereometriyanın üçüncü sinif şagirdi tərəfindən qavranılması bir müəllim kimi bizdə şübhə yaradır. Əsasən 10-11 siniflərdə tədris olunan kub, düzbucaqlı prizma, piramida, konus, silindr, kürə, fəza fiqurlarının elementləri (təpə, til, üz) və onların açılışı yuxarı sinif şagirdləri tərəfindən də çətinliklə anlaşılır. Şagirdlər xəyalən fiqurları təsvir edə bilmədiklərinə görə məsələ həllərində yanlış nəticələr alırlar.
Fikrimizcə, əgər fəza fiqurlarını keçmək vacibdirsə, kub, piramida və kürə haqqında məlumat vermək kifayətdir. Müəllim dərsi texnologiyanın tətbiqi ilə keçdiyindən kvadratdan kubun, çoxbucaqlıdan piramidanın, dairədən kürənin alındığını əyanı göstərə bilər. Şagirddə cismin elementləri haqqında təsəvvür yaranar. Mövzu anlaşılarsa, kubu prizma və onun növləri, piramidanı tetraedr, kürəni sfera ilə əlaqələndirib dərsi genişləndirmək mümkündür…

V-XI siniflər informatika dərslikləri haqqında

Müasir insan informasiya cəmiyyətində yaşayır və o informasiya mədəniyyətinə yiyələnməlidir. Yeni nəsildə informasiya mədəniyyətini isə insanların intellektual inkişafını təmin edən yeni təhsil sistemi, İKT- dan istifadə bacarığı, kompyuter və İnternet texnologiyalarından bəhrələnərək məlumat vasitələrini asan və tez əldə etmək imkanı formalaşdırır. Bunları nəzərə alaraq, orta məktəbdə çalışan bir müəllim kimi təhsil sistemində xüsusi yeri olan və gələcək intellektuallarımızı formalaşdıracaq informatika dərsliklərini araşdırıb fikirlərimizi bölüşmək istəyirik.
Orta məktəb informatika dərslikləri aşağıdakı sahələr üzrə işlənmişdir: 1) İnformatika və onun tarixi; 2) Proqramlaşdırma; 3) Sistem və tətbiqi proqramlar; 4) İnternet və kompyuter texnologiyaları.
Dərsliklərdə informasiyann qəbulu, emalı, saxlanması və ötürülməsinin üsul və vasitələri tədris olunur: informatikanın əsas məqsədi də budur. Yerli məktəblər üçün nəzərdə tutulan kitablarda milliliyə xüsusi önəm verilib. Mövzuların izahında qədim tariximizə, milli mədəniyyətimizə istinadlar edilib. Fənlərarasi əlaqələr çox uğurlu alınıb. İKT həyatın, elmin bütün sahələrini əhatə etdiyindən, bu çox vacib amil sayılmalıdır və X-XI sinif dərsliklərində xüsusilə aydın görünür. Kompyuterlər hesablama qurğusu kimi yaranandığından informatika riyaziyyat, dünyaşöhrətli yerlimiz Lütfi Zadənin qeyri-səlis məntiqinə görə isə məntiq elmi ilə də bağlıdır.
V siniflər üçün nəzərdə tutulmuş dərslikdə kompyuterin geniş imkanları və obyekt haqqında yetərincə məlumat verilib. “Windows” əməliyyat sistemi haqqında qısa məlumatdan sonra əsas menyuya (başla) nəzər salınmış, “Paint” və “Word Pad” proqramları ətraflı izah olunur. Bu amil isə gələcəkdə şagirdlərin informatika bilgilərinin inkişaf etdirilməsi üçün çox vacibdir. Təkrar və biliklərin möhkəmlənməsi üçün verilən testlər dərsliyi tam əhatə edir. İnformatika I sinifdən tədris edildiyindən iş masası və əsas piktoproqramlar – simgələr haqqında şagirdlərin məlumatı olur. Lakin V sinifdə bütün elmlərin bünövrəsi möhkəmləndiyindən belə məsələlər dərindən, ətraflı izah edilməlidir. “Windows” əməliyyat sistemi ilə paralel əvvəlki (“MS-DOS”) və yeni yaradılan (“Windows Vista”) əməliyyat sistemlərindən də geniş məlumat vermək lazımdır. Fikrimizcə, proqramlaşdırmanın izahında “MS-DOS” proqramının böyük köməyi var.
VI sinif dərsliyinin I bölməsındə keçilmişlərə ötəri baxılır. İnformatikaya aid vacıb və gərəkli məlumatlar təkrarlanır. Belə bölmə dərsliklərin hamısında olmalıdır. Sonrakı bölmələrdə “Microsoft Word” – mətn prosessoru və “Microsoft Power Point” proqramları ətraflı tədris olunur. Tədris prosesinə dair mətnlər Azərbaycan Respublikası Prezidentinini sərəncamlarına, tarixə, dövlət atributlarına və b. aiddir. Proqramların yüngül şəkildə aşağı siniflərdən tədris olunması məqsədəuyğundur. Çünki yeni təlim texnologiyalarına əsasən tədris olunan dərslərdə təqdimatlar “Microsoft Power Point” proqramında hazırlanır. “Microsoft Word” isə paketin ilk tədris olunan mətn redaktorudur. Dərsliyin artırmasında “Window”sun simğələri haqqında vacib qisa izahatlar var.
VII sinifdə inrormatika elminin əsasında duran informasiya və informasiya prosesləri tədris olunur. Kompyuterin aparat təminatı – mikropressor və qurğuları, proqram təminatı – əsasən sistem proqramlarından olan “Windows” sistem mühiti ətraflı izah edilmişdir. Tətbiqi proqramlardan “Paint” qrafik redaktoru verilmişdir. Düşünürük ki, bu mövzu ayrıca bölmə kimi deyil iş masasın piktoproqramlarının izahı zamanı uyğun yerlərdə verilməlidir: proqram haqqında məlumatları xatırlatmaq və genişləndirmək şərtilə. Alqoritmin izahı gələcək proqramlaşdırmaya hazırlıq üçün vacibdir. Hər mövzunun sonunda yoxlama sualları və tapşırıqlar var. Lakin onlar testləri əvəz etmir. Yekunlaşdırıcı testlər mütləq olmalıdır.
VIII sinfin informasiya və proqramlaşdırmaya aid bölmələri VII sinfin uyğun bölmələrinin davamı və daha ətraflı izahıdır. Alqoritmik dil proqramlaşdırma dillərindən biri ilə paralel izah olunarsa, daha effektli alınar. Kömpyuterin riyazi əsasları say sistemlərini, ölçü vahidlərini – ikilik ölçü sistemi üzərində, məntiqi əsasları klassik məntiqə əsaslanan, Doğru (1), Yalan (0) ikili hesabın simvolları ilə ifadə edilməsini göstərir və Lütfi Zadənin qeyri-səlis məntiqi ilə yekunlaşır. Nəhayət kitabın sonunda kommunikasiya texnologiyaları, İnternet, “Outlook Express” proqramı haqqında geniş məlumat verilir. Bu cəhətlər təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Praktik işlər də bu baxımdan əhəmiyyətlidir. İnternetin əsaslarının VIII sinifdə tədrisi gecikmiş hal sayıla bilər, fikrimizcə bu bilikləri daha tez öyrətmək lazımdır. Müasir dərslərdə şagirdlər təqdimat hazırlayarkən, təcrübi olaraq 7-8 dəqiqə İnternetdən istifadə etməli, məlumat axtarmalıdırlar.
IX sinifdə proqramlaşdırmaya geniş yer verilib. “Turbo Pascal” redaktoru ilə “Pascal” proqramlaşdırma dilinin operatorları izah edilib, proqram hazırlığı tam aydınlaşdırılıb. Dərslikdə bacarıqlı proqramçı işi var. Kitabın sonrakı bölmələri “Microsoft Office” proqramlar paketinin “Microsoft Word”, “Microsoft Excel” proqramları və informasiya cəmiyyəti haqqındadır. Hər üç bölümdə məlumatlar qisa və yığcamdır. Aşağı siniflərdə “Microsoft Word” və informasiya cəmiyyəti mövzuları tədris olunduğundan, onlar haqqında verilən məlumatlar kifayət qədər sayıla bilər. “Microsoft Excel” isə paketin ən böyük, çoxfunksiyalı proqramıdır. Bu mənada dərslikdə tədris materialının azlığı hiss olunur, praktk testlər isə ümumiyyətlə yoxdur.
X sinif dərsliyinin I bölümündə İnternet xidmətləri geniş yer alıb. Bölmədə elektron təhsil və elektron poçtdan şəbəkəyə qədər mövzulara qısa nəzəri məlumat verilir. İnternetin potensial istifadəçisi və gələcəyin tələbəsi üçün bu məlumatlar yetərincə deyil. “Microsoft Office” proqramlarından “Misrosoft Access” və “Misrosoft Publisher” hissələri ətraflı izah edilib. “Misrosoft Access”də məlumatlar bazası yaradarkən, coğrafiyaya istinad edilib. Fənlərarası əlaqə, biliklərin möhkəmlədilməsi üçün maraqlı və faydalı forma sayıla bilər. Lakin dərsin tədrisində zəif oxuyan şagirdlər coğrafiya biliklərini ortaya qoyub proqramın öhdəsindən gələ bilmirlər. Fikrimizcə, belə halda sadə tapşırıq vermək lazımdır. Məsələn, sinifin anket və imtahan cədvəlini hazırlamaq kimi sadə tapşırıqlar. Qoy şagirdlər bunu məlumatlar bazasaı əsasında işləsinlər. Veb proqramlaşdırmada əsasən HTML faylları və onların yaradılmasında istifadə olunun proqrama baxılır. Sadəlik üçün hazır veb-saytlar təklif edən şəbəkə resurslarına da baxmaq olar. Kitabda məlumatların qorunmasını təmin edəcək maraqlı mətnlər var.
XI sinif dərsliyi müasir tələblərə cavab verir. Şagirdlərdə informasiya mədəniyyətini formalaşdırmaq istəyən müəlliflər təhsildə texnologiyaların əhəmiyyətini xüsusi vurğulayır, TİMS – təhsilin idarə olunma sistemini izah edir, elmi və texniki innovasiyalardan geniş söhbət açırlar. Şəbəkə texnologiyaları şəbəkə əməliyyat sistemi, modelləşmə kompyuter modelinin qurulması ilə yekunlaşır. Geniş tətbiq sahəsinə malik olan kompyuter qrafikasının növləri – rastr, vektor, fraktal qrafikalar nəzəri aydınlaşdırılır. Qrafikaya aid görüntüləri almaq üçün istifadə olunan “Paint”, “Adoble PhotoShop”, “OpenOffice.org” və s. proqramlarına baxılır. Fikrimizcə, dərslik tələbolunan səviyyədədir və onun özünəməxsusluğu fəsillərin sonundakı tarixi məlumatlarda, testlərdə, layihələrdə, tənqidi baxışlardadır.
Əlbəttə, ən yüksək səviyyəli dərslik belə orta məktəbdə dərsi keçən müəllimin təcrübəsinə, biliyinə, metod və dərsi aparma bacarığı ilə birləşdirilmirsə, tədris və təlimdə yüksək nəticələr əldə edilə bilməz. Bu mülahizələrimizi də məhz milli təhsilimizdə yüksək nəticələr əldə etmək məqsədi ilə qələmə aldıq…

Mənbə: www.adalet-az.com

Baxış: 4636

2 комментария to “Orta məktəb müəlliminin təcrübi mülahizələri”

  • Orta məktəb müəlliminin təcrübi mülahizələri

    Üçüncü sinif riyaziyyat dərsliyi barədə

    Müasir zəmanənin yeniyetməsi qlobal dünyada, informasiya cəmiyyətində yaşayır. Onun təfəkkürü inkişaf etməsə, ətrafında baş verən hadisələri lazımınca anlamaq iqtidarında olmaz. Sağlam düşüncəli fərd yetişdirmək isə ailə və məktəbin birgə fəaliyyəti nəticəsində mümkündür. Məktəblərdə həmişə təlim və tərbiyə işləri paralel aparılıb. Lakin bu gün dünya ilə ayaqlaşmaq üçün pedoqoji-sosial tələblər dəyişib. Artıq həm ailədə, həm də məktəbdə yeniyetmə yaşına çatmış şagirdlərə yetgin, sərbəst fikir yürüdəcək, qərar verəcək şəxs kimi baxmaq tələb olunur. Müstəqillik dönəmində ölkəmizdə keçirilən mütərəqqi təhsil islahatlarının da əsas məqsədlərindən biri də məhz budur.
    Müasir tələblərə uyğun olaraq dərsləri yeni pedaqoji texnologiyaların və İKT tətbiqi ilə tədris etmək lazımdır. Kurikulumla keçirilən bu cür interaktiv dərslərdə şagirdlərin təfəkkürü inkişafına xüsusi fikir verilir, köhnə biliklər əsasında yeni biliklər yaranır.
    Yeni interaktiv texnologiyalardan biri də əsas müddaları tanınmış pedoqoq-metodist Fatma Bunyatova təfəfindən işlənmiş konstruktiv təlim metodu, fikrimizcə, milli təhsil sistemində daha səmərəli sayıla bilər. F.Bünyatova çoxillik təcrübəsinə əsaslanaraq, konstruktiv təlimdə məntiqi bilik strukturlarını yarada bilmişdir. Yeni interaktiv texnologiyalar nəinki müəllim və şagirdlərə, hətta dərsliklərə, eləcə də dərs vəsaitlərinə, metodiki ədəbiyyata da müasir tələblər baxımından yanaşmağı tələb edir.
    Məktəblərimizdə zamanın tələbinə uyğun olaraq interaktiv dərslər keçirilir. Lakin yeni pedaqoji texnologiyalara əsaslanaraq tərtib edilmiş dərsliklərimiz əsasən ibtidai sinfi əhatə edir. Son illər müxtəlif sinif şagirdləri üçün nəşr olunmuş dərsliklər ilə tanış oldum və riyaziyyat kitabındakı bəzi məqamlar diqqətimi çəkdi. Üçüncü sinif üçün dərslik kitabı keyfiyyətli və nəfis tərtibatla işlənmişdir. Riyaziyyatda dərslərarası bağlılıq var. Kitabdakı mövzularda pilləlik prinsipi gözlənmış, yeni pedaqoji texnologiyaların tələbinə uyğun olaraq mövzulararası, fənlərarası əlaqə genişləndirilmişdir. Dərslik, yaxşı mənada, elmi baxımdan dar çərçivədən çıxır. Bu isə şagirdlərinin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətlidir. Digər təfəfdən tapşırıqların mətnlərində millilik var. Kitabda həndəsə, fizika tipli məsələlərlə yanaşı vətənimizin coğrafiyasını öyrədən, işğal olunmuş ərazilərini xatırladan tapşırıqlar da yer alır. Dərsliyin birinci bölməsində II sinifdə keçirilənlərin təkrarı verilib: 100 dairəsində hesab əməlləri, müxtəlif tip məsələlərin həlli, müstəvi və fəza-həndəsi fiqurları yada salınır. Sonrakı bölmələrində 1000 dairəsində ədədlər üzərində əməllər, sürətli hesablama üsulları, uzunluq, kütlə, zaman, tutum-həcm anlayışları aydın izah olunub. Vurma və bölməyə həm riyazi, həm də məntiqi cəhətdən baxılıb. Qalıqlı bölmə və yuvarlaqlaşdırma sinfə uyğundur. Tənlik qurma ilə məsələ həlli mövzusunda ağır məsələlər var.
    Dərsliyin bir bölməsində bütün həndəsə kursu konspetləşdirilib. Söz ehtiyat hissəsinə baxaq: nöqtə , düz xətt, parça, şüa, bucaq (növləri), paralel düz xətlər, kəsişən düz xətlər, perpendikulyar düz xətlər, üçbucaq, bərabərtərəfli üçbucaq, bərabəryanlı üçbucaq, müxtəliftərəfli üçbucaq, çoxbucaqlı, dördbucaqlı, trapesiya, paraleloqram, düzbucaqlı, kvadrat, romb, kub, düzbucaqlı prizma, piramida, konus, silindr, kürə, fəza fiqurlarının elementləri (təpə, til, üz) və açılışı, perimetr, sahə, simmetriya… Bunlar, sadəcə sözlər deyil, hər birinin arxasıda biliklər sistemi durur. Anlayışlar və fiqurlar haqqında məlumatlar sadə şəkildə verildiyindən müstəvi fiqurlarını müəyyən mənada başa düşmək olar. Lakin stereometriyanın üçüncü sinif şagirdi tərəfindən qavranılması bir müəllim kimi bizdə şübhə yaradır. Əsasən 10-11 siniflərdə tədris olunan kub, düzbucaqlı prizma, piramida, konus, silindr, kürə, fəza fiqurlarının elementləri (təpə, til, üz) və onların açılışı yuxarı sinif şagirdləri tərəfindən də çətinliklə anlaşılır. Şagirdlər xəyalən fiqurları təsvir edə bilmədiklərinə görə məsələ həllərində yanlış nəticələr alırlar.
    Fikrimizcə, əgər fəza fiqurlarını keçmək vacibdirsə, kub, piramida və kürə haqqında məlumat vermək kifayətdir. Müəllim dərsi texnologiyanın tətbiqi ilə keçdiyindən kvadratdan kubun, çoxbucaqlıdan piramidanın, dairədən kürənin alındığını əyanı göstərə bilər. Şagirddə cismin elementləri haqqında təsəvvür yaranar. Mövzu anlaşılarsa, kubu prizma və onun növləri, piramidanı tetraedr, kürəni sfera ilə əlaqələndirib dərsi genişləndirmək mümkündür…

    V-XI siniflər informatika dərslikləri haqqında

    Müasir insan informasiya cəmiyyətində yaşayır və o informasiya mədəniyyətinə yiyələnməlidir. Yeni nəsildə informasiya mədəniyyətini isə insanların intellektual inkişafını təmin edən yeni təhsil sistemi, İKT- dan istifadə bacarığı, kompyuter və İnternet texnologiyalarından bəhrələnərək məlumat vasitələrini asan və tez əldə etmək imkanı formalaşdırır. Bunları nəzərə alaraq, orta məktəbdə çalışan bir müəllim kimi təhsil sistemində xüsusi yeri olan və gələcək intellektuallarımızı formalaşdıracaq informatika dərsliklərini araşdırıb fikirlərimizi bölüşmək istəyirik.
    Orta məktəb informatika dərslikləri aşağıdakı sahələr üzrə işlənmişdir: 1) İnformatika və onun tarixi; 2) Proqramlaşdırma; 3) Sistem və tətbiqi proqramlar; 4) İnternet və kompyuter texnologiyaları.
    Dərsliklərdə informasiyann qəbulu, emalı, saxlanması və ötürülməsinin üsul və vasitələri tədris olunur: informatikanın əsas məqsədi də budur. Yerli məktəblər üçün nəzərdə tutulan kitablarda milliliyə xüsusi önəm verilib. Mövzuların izahında qədim tariximizə, milli mədəniyyətimizə istinadlar edilib. Fənlərarasi əlaqələr çox uğurlu alınıb. İKT həyatın, elmin bütün sahələrini əhatə etdiyindən, bu çox vacib amil sayılmalıdır və X-XI sinif dərsliklərində xüsusilə aydın görünür. Kompyuterlər hesablama qurğusu kimi yaranandığından informatika riyaziyyat, dünyaşöhrətli yerlimiz Lütfi Zadənin qeyri-səlis məntiqinə görə isə məntiq elmi ilə də bağlıdır.
    V siniflər üçün nəzərdə tutulmuş dərslikdə kompyuterin geniş imkanları və obyekt haqqında yetərincə məlumat verilib. “Windows” əməliyyat sistemi haqqında qısa məlumatdan sonra əsas menyuya (başla) nəzər salınmış, “Paint” və “Word Pad” proqramları ətraflı izah olunur. Bu amil isə gələcəkdə şagirdlərin informatika bilgilərinin inkişaf etdirilməsi üçün çox vacibdir. Təkrar və biliklərin möhkəmlənməsi üçün verilən testlər dərsliyi tam əhatə edir. İnformatika I sinifdən tədris edildiyindən iş masası və əsas piktoproqramlar — simgələr haqqında şagirdlərin məlumatı olur. Lakin V sinifdə bütün elmlərin bünövrəsi möhkəmləndiyindən belə məsələlər dərindən, ətraflı izah edilməlidir. “Windows” əməliyyat sistemi ilə paralel əvvəlki (“MS-DOS”) və yeni yaradılan (“Windows Vista”) əməliyyat sistemlərindən də geniş məlumat vermək lazımdır. Fikrimizcə, proqramlaşdırmanın izahında “MS-DOS” proqramının böyük köməyi var.
    VI sinif dərsliyinin I bölməsındə keçilmişlərə ötəri baxılır. İnformatikaya aid vacıb və gərəkli məlumatlar təkrarlanır. Belə bölmə dərsliklərin hamısında olmalıdır. Sonrakı bölmələrdə “Microsoft Word” – mətn prosessoru və “Microsoft Power Point” proqramları ətraflı tədris olunur. Tədris prosesinə dair mətnlər Azərbaycan Respublikası Prezidentinini sərəncamlarına, tarixə, dövlət atributlarına və b. aiddir. Proqramların yüngül şəkildə aşağı siniflərdən tədris olunması məqsədəuyğundur. Çünki yeni təlim texnologiyalarına əsasən tədris olunan dərslərdə təqdimatlar “Microsoft Power Point” proqramında hazırlanır. “Microsoft Word” isə paketin ilk tədris olunan mətn redaktorudur. Dərsliyin artırmasında “Window”sun simğələri haqqında vacib qisa izahatlar var.
    VII sinifdə inrormatika elminin əsasında duran informasiya və informasiya prosesləri tədris olunur. Kompyuterin aparat təminatı — mikropressor və qurğuları, proqram təminatı — əsasən sistem proqramlarından olan “Windows” sistem mühiti ətraflı izah edilmişdir. Tətbiqi proqramlardan “Paint” qrafik redaktoru verilmişdir. Düşünürük ki, bu mövzu ayrıca bölmə kimi deyil iş masasın piktoproqramlarının izahı zamanı uyğun yerlərdə verilməlidir: proqram haqqında məlumatları xatırlatmaq və genişləndirmək şərtilə. Alqoritmin izahı gələcək proqramlaşdırmaya hazırlıq üçün vacibdir. Hər mövzunun sonunda yoxlama sualları və tapşırıqlar var. Lakin onlar testləri əvəz etmir. Yekunlaşdırıcı testlər mütləq olmalıdır.
    VIII sinfin informasiya və proqramlaşdırmaya aid bölmələri VII sinfin uyğun bölmələrinin davamı və daha ətraflı izahıdır. Alqoritmik dil proqramlaşdırma dillərindən biri ilə paralel izah olunarsa, daha effektli alınar. Kömpyuterin riyazi əsasları say sistemlərini, ölçü vahidlərini – ikilik ölçü sistemi üzərində, məntiqi əsasları klassik məntiqə əsaslanan, Doğru (1), Yalan (0) ikili hesabın simvolları ilə ifadə edilməsini göstərir və Lütfi Zadənin qeyri-səlis məntiqi ilə yekunlaşır. Nəhayət kitabın sonunda kommunikasiya texnologiyaları, İnternet, “Outlook Express” proqramı haqqında geniş məlumat verilir. Bu cəhətlər təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Praktik işlər də bu baxımdan əhəmiyyətlidir. İnternetin əsaslarının VIII sinifdə tədrisi gecikmiş hal sayıla bilər, fikrimizcə bu bilikləri daha tez öyrətmək lazımdır. Müasir dərslərdə şagirdlər təqdimat hazırlayarkən, təcrübi olaraq 7-8 dəqiqə İnternetdən istifadə etməli, məlumat axtarmalıdırlar.
    IX sinifdə proqramlaşdırmaya geniş yer verilib. “Turbo Pascal” redaktoru ilə “Pascal” proqramlaşdırma dilinin operatorları izah edilib, proqram hazırlığı tam aydınlaşdırılıb. Dərslikdə bacarıqlı proqramçı işi var. Kitabın sonrakı bölmələri “Microsoft Office” proqramlar paketinin “Microsoft Word”, “Microsoft Excel” proqramları və informasiya cəmiyyəti haqqındadır. Hər üç bölümdə məlumatlar qisa və yığcamdır. Aşağı siniflərdə “Microsoft Word” və informasiya cəmiyyəti mövzuları tədris olunduğundan, onlar haqqında verilən məlumatlar kifayət qədər sayıla bilər. “Microsoft Excel” isə paketin ən böyük, çoxfunksiyalı proqramıdır. Bu mənada dərslikdə tədris materialının azlığı hiss olunur, praktk testlər isə ümumiyyətlə yoxdur.
    X sinif dərsliyinin I bölümündə İnternet xidmətləri geniş yer alıb. Bölmədə elektron təhsil və elektron poçtdan şəbəkəyə qədər mövzulara qısa nəzəri məlumat verilir. İnternetin potensial istifadəçisi və gələcəyin tələbəsi üçün bu məlumatlar yetərincə deyil. “Microsoft Office” proqramlarından “Misrosoft Access” və “Misrosoft Publisher” hissələri ətraflı izah edilib. “Misrosoft Access”də məlumatlar bazası yaradarkən, coğrafiyaya istinad edilib. Fənlərarası əlaqə, biliklərin möhkəmlədilməsi üçün maraqlı və faydalı forma sayıla bilər. Lakin dərsin tədrisində zəif oxuyan şagirdlər coğrafiya biliklərini ortaya qoyub proqramın öhdəsindən gələ bilmirlər. Fikrimizcə, belə halda sadə tapşırıq vermək lazımdır. Məsələn, sinifin anket və imtahan cədvəlini hazırlamaq kimi sadə tapşırıqlar. Qoy şagirdlər bunu məlumatlar bazasaı əsasında işləsinlər. Veb proqramlaşdırmada əsasən HTML faylları və onların yaradılmasında istifadə olunun proqrama baxılır. Sadəlik üçün hazır veb-saytlar təklif edən şəbəkə resurslarına da baxmaq olar. Kitabda məlumatların qorunmasını təmin edəcək maraqlı mətnlər var.
    XI sinif dərsliyi müasir tələblərə cavab verir. Şagirdlərdə informasiya mədəniyyətini formalaşdırmaq istəyən müəlliflər təhsildə texnologiyaların əhəmiyyətini xüsusi vurğulayır, TİMS – təhsilin idarə olunma sistemini izah edir, elmi və texniki innovasiyalardan geniş söhbət açırlar. Şəbəkə texnologiyaları şəbəkə əməliyyat sistemi, modelləşmə kompyuter modelinin qurulması ilə yekunlaşır. Geniş tətbiq sahəsinə malik olan kompyuter qrafikasının növləri — rastr, vektor, fraktal qrafikalar nəzəri aydınlaşdırılır. Qrafikaya aid görüntüləri almaq üçün istifadə olunan “Paint”, “Adoble PhotoShop”, “OpenOffice.org” və s. proqramlarına baxılır. Fikrimizcə, dərslik tələbolunan səviyyədədir və onun özünəməxsusluğu fəsillərin sonundakı tarixi məlumatlarda, testlərdə, layihələrdə, tənqidi baxışlardadır.
    Əlbəttə, ən yüksək səviyyəli dərslik belə orta məktəbdə dərsi keçən müəllimin təcrübəsinə, biliyinə, metod və dərsi aparma bacarığı ilə birləşdirilmirsə, tədris və təlimdə yüksək nəticələr əldə edilə bilməz. Bu mülahizələrimizi də məhz milli təhsilimizdə yüksək nəticələr əldə etmək məqsədi ilə qələmə aldıq…

    Nurlan Quliyeva,
    Göygöl rayonu Üçtəpə kənd orta məktəbinin müəllimi

  • Fantastic points altogether, you simply gained a emblem new reader. What may you suggest in regards to your publish that you just made a few days in the past? Any sure?

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe