Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Mobil Kurikulum – Mobil Proqram.

 Bu məruzəni  Binəqədi rayonu 182 saylı məktəbin ibtidai sinif müəllimi Əliyeva İ. “İlin ən yaxşı müəllimi” müsabiqəsində  təqdim etmişdi.

Məruzədə qaldırılan problem Kurikulumla işləyən müəllimlərinin diqqətini cəlb edəcəyini nəzərə alaraq müəllimənin izini ilə onun əsas hissəsinin dərc edirik. Düşünürük ki məruzədə qaldırılan problem  təhsildə aparılan islahatların xeyrinə olar.

Hörmətli nazir!

Hörmətli münsiflər heyyəti!

Çalışdığım dövrdə 8 il ənənəvi, 4 il kurikulum üsulu ilə işləmişəm və öz təcrübəmdən çıxış edərək bunları demək istəyirəm:

Ənənəvi dərslər                                        Kurikulum tətbiq olunan dərslər

Müəllim öndə gedən aparıcı                    Müəllim istiqamət verir;şagird

qüvvədir: o dərs soruşur,sual verir,        axtarıb tapır; sual verir,

qiymətləndirir,izah edir.                           sual qoyur;o fəaldır.

Nəticə etibarı ilə ənənəvi üsulda şagirdlər bilik daşıyıcılarıdır. Biliyi tətbiq edib ancaq dərslikdə qoyulmuş tapşırıqları yerinə yetirirlər.

Kurikulumun tətbiqində isə şagirdlər biliyi tətbiq edib müstəqil suallar

qoyur, ortalığa problem çıxarır, əsər qəhrəmanına öz münasibətini bildirir, əsərin bir hissəsini oxuduqdan sonra davamı ilə bağlı öz variantlarını təqdim edir,baş vermiş hadisələrlə bağlı mühakimə xarakterli fikirlər irəli sürür, oxuduğu mətni həyatla əlaqələndirir və s.

Bunlar sözsüz ki, 4  ildə gözə görünən müsbət dəyişikliklərdir. Ancaq fikirləşirəm ki, daha da yaxşı ola bilər. Bu nədən irəli gəlir?

Mart ayında Doğu Ağdeniz Universitetinin professoru Bekir Özerin “Mobile Curriculum” beynəlxalq treninqdə olduğum zaman kurikulumda dəyişikliklərin edilməsi zərurəti olduğunu aşkar etdim.Yəni bu gün dərs prosesində şagirdlərin öz biliklərinə əsaslanaraq özlərinin yeni bilik qazanmalarını,şagirdlərin biliyindən və istəyindən proqram hazırlamağı, şagirdlərin anlayaraq öyrənmələrini təmin etmək,onların sosial həyatı, nə kimi vərdişləri olduğunu, maraq dairəsini nəzərə almaq vacibdir. Bu ona gətirir ki ,bu gün biz dərs məqsədlərimizi dəyişdirməliyik. Deməli əgər məqsədlərimiz dəyişirsə, şagirdlərə yanaşma da dəyişilməlidir.Əgər  şagirdin istəyi  nəzərə alınırsa, deməli onun əldə etdiyi biliyə əsaslanmalıyıq. Onun qavrama sürətinə,düşüncə səviyyəsindən hərəkət  etməliyik.

Məsələn,hər bir şaqird gözəl inşa yazmaq istəyir. Buna necə nail olmaq olar?

Ənənəvi üsulda 4il biz dil qaydalarınını öyrədirdik. İndi isə bu qaydaları əzbərləmirik, ancaq öyrədib  tətbiq etdiririk. Vəziyyət isə eynidir, yəni istənilən nəticəni əldə etmək olmur. Nəyə görə? Nə birinci, nə də ikinci halda şagirdin istəyi, onun dil qabiliyyəti nəzərə alınmır. Biz yaxşı bilirik ki, dil bizə ana tərəfindən ötürülür. Hər bir dilin özünün gizli qaydaları var. Biz bunu nəzərə almırıq ki, hər bir şagird  dil qaydalarını gizli bilir.Əgər biz bunu nəzərə alsaq,onda bizim əsas vəzifəmiz onun bilmədiyi qaydaları araşdırıb tapmaq və düzgün sual qoyaraq hər bir şagirdin öz səhvini düzəltmək, dilin düzgün qurulmasına şərait yaratmaqdır. Bu bir növ şagirdin dilini qrammatik qaydalara yatırtmaq deməkdir.

Məsələn, əgər biz 3-cü sinifdə ismin hallarını keçiriksə, onda hallanmaya məruz qalan başqa nitq hissələrini də hallandırmalıyıq.Nəyə görə?

1.Əgər şagird bilirsə ismin hallanmasını onda o, isimləşmiş sifətlərin, sayın, əvəzliyin və məsdərin hallanmasını da bilir. Çünki şəkilçi etibarı ilə bunlar eynidir və dil də uşağın ana dilidir. Burada böyük bir yarımçıqlıq görünür: ismin hallanmasını 3-cü sinifdə yerdə qalan nitq hissələrinin hallanması 6-7-ci- sinifdə öyrədilir. Məhz bu yarımçıqlığa görə də istədiyimiz rəvan,düzgün nitq alınmır.

Bəs nə etməliyik?

Treninqlərdən sonra belə bir nəticəyə gəldim ki , Mobil kurikulum çərcivəsində  Mobil dərs proqramı olmalıdır. Bu nə deməkdir?

Standart proqram yox ,standart içində səviyyəli proqramlar. Bu proqramlar şagird istəyindən, biliyindən, bacarıq və inkişaf səviyyəsindən asılı olaraq tərtib olunmalıdır. Yəni bir proqram 30 şagirdə yox, hər şagirdin öz proqramı olmalıdır. Deməli biz proqramlarda  da  texnologiyalarda  da dəyişiklik etməli, şagirdlərin varlığını nəzərə almalı, onların istəyindən çıxış edərək proqram qurmalıyıq. Bu baxımdan şagirdlərə “Axşamüstüdür”mövzusunda sərbəst inşa yazmağı tapşırdım. 30 şagird öz şəxsi görümlərini əks etdirdilər. İnşalar dolğun, mənalı, geniş idi. Hər uşaq özü öz inşasından boylanırdı. İnşaların ortaq hissəsi ondan ibarət idi ki, əksəriyyətində 3-5 sözdən ibarət cümlələr vardır, cümlələr sadə idi və sözlər arasında uzlaşma zəif idi. Bu inşa  onların düzgün yazılış səviyyəsinin real göstəricisi idi və mən də bir müəllim kimi düşündüm ki, onlar üçün Mobil proqram tərtib edim.

Bu proqram nədən ibarət  idi:

1.Nitq hissələrinin hallanması.

Əgər şagird hallanmanı bilirsə sözləri bir-biri ilə düzgün uzlaşdırır və cümləsi düzgün olur.

2.Cümləni genişləndirmək üçün sözlərə sual qoymaq və onların mənasını açmaq. Nə qədər söz ehtiyyatı çox olsa nitq də zəngin olar.

3.Fikri dərinləşdirmək və aydınlaşdırmaq üçün sadə cümləni mürəkkəb cümləyə çevirmək. Nə qədər fikri aydınlaşdırsan o qədər fikir anlaşıqlı və aydın olar. Bu proqram üzrə dərslərimi qurmağa başladım. Nitq hissələrinin hallanmasına, cümlənin genişləndirilməsinə ayırdığımız səy çox tezliklə özünü biruzə verməyə başladı. Şagirdlər özləri öz səhvlərini düzəltməyə, nitqlərini nizamlamağa başladılar. Cümlələrini genişləndirməyə, fikirlərini aydınlatmağa calışışırdılar. Onlar 6-7 sinifdə öyrənəcəyi materialları indi öyrəndiklərini və bilib başa düşdüklərinə sevinərək sevinclə çalışırdılar. Sözsüz ki mən bu istiqamətdə görülən işlərin başlanğıcındayam. Amma onu düşünürəmki doğru yoldayam.

Baxış: 2066

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe