Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Formal, qeyri-formal və informal təhsil

Fatma xanım Bunyatova

 Azərbaycanın Təhsil Qanunda təhsili formal, qeyri- formal və informal almaq olar. Formal təhsili dövlət təşkilatlarında almaq olar və təhsili başa vurandan sonra dövlət sənədi verilir. Qeyri- formal təhsili təhsil mərkəzlərində alırlar. Bu təhsili alana  sənəd verilmir. İnformal təhsil isə elə bir təhsil formasıdır ki onu ancaq peşəkarın yanında və yaxud istehsalatda almaq olur. Qeyri formal təhsildə təşkil olunan fəaliyyət məktəblərdə təşkil olunan fəaliyyətlə üst-üstə düşə bilməz. Məktəblərə  getməyə imkanı olmayan  uşaqlar ücün qeyri-formal təhsilin rolu çox böyükdür. Lakin yaşadığımız döv rdə imkanı olan valideyinlər öz üşaqlarına qeyri-formal təhsil verməyi üstün sayırlar. Rusiyada 100.000 minə yaxın şagird evlərində və yaxud təhsil mərkəzlərində təhsil alırlar. Biliklərini təsdiq etmək üçün hər rübdə qeydiyyatda olduqları məktəbdə yoxlama işi yazır, testən keçirlər. Amerikada isə böyük bir şəbəkə -“Home school” qeyri  formal təhsili verir. Qeyri- formal təhsilin bir çox üstünlüyü vardır. Vaxt sərbəstliyi, proqramdan əlavə bilik secimi, fərdi məşqələ və sairə. Azərbaycanda qeyri-formal təhsil əsasən repetitorluq formasında geniş yayılmışdır. Valideyinin istəyinə uyğun olaraq uşaqlar bilik alırlar. Repetitorluq formasında alınan əlavə biliklər abiturientlərin yüksək bal almasına səbəb olur. Bu ondan irəli gəlir ki TQDK dünyada surətlə gedən dəyişmə prosesindən geri qalmamaq üçün hər il qəbul imtahanlarına yenilik gətirir. Formal təhsil alanlar bu yenilikləri ala bilmir, çünki dövlət proqramınında dəyişiklik aparmaq çox çətin işdir. Repetitorluqa reallıqda bu gün ibtidai məktəbdən müraciət olunur. Bir növ ölkəmizdə iki təhsilin simbiozu formal və qeyri-formal vüsət alıb. Dövlət qurumları istəsələrdə -istəməsələrdə bu reallıqdır. Və bunun faydasını da görməmək mümkün deyildir.

Baxış: 10816

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe