Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

«Azərbaycan-Türkiyə YOES» layihəsinin ikinci mərhələsi

Fatma xanım Bunyatova

«Azərbaycan-Türkiyə YOES» layihəsinin əsas məramı  layihədə iştirak edən hər bir müəllimi innovator etməkdir. İnnovativ üsülları, innovativ mədəniyyəti  məktəbə gətirən hər bir müəllim böyüyən nəslin azad, yaradıcı və sağlam düşüncəli böyüməsinə xidmət edərək,  təhsilimizin catışmayan cəhətlərini aradan götürmələsinə köməklik göstərir.

Şagirdləri öyrənməyi və düşünməyi  öyrətmək yoluna düşən müəllimlər, təlimi sevincək edərək hər bir şagirdi müvəffəq, özünə inamlı edir.

Layihənin birinci mərhələsi təlimdə İKT istifadə yollarını öyrədən “Yenilikci öyrətmən proqramı” YOP kursundan 80 yuxarı müəllim iştirak edibdir. Əməli şəraitdə kecən bu treninqdə müəllimlər praktiki olaraq layihənin yaradılmasını, onu həyata kecirmə yollarını öyrəndilər. Offise-2010 proqramının bütün yeniliklərini əməli olaraq öyrəndilər. Kursun əməli nəticəsi olaraq hər bir müəllim cütlükdə hazıladığı layihəsini təqdim edərək onu müdafiə edib internetdə yayımladı.

Layihənin ikinci mərhələsi İnnovativ üsullarla — İKT və pedağoji texnologiyalarla  dərslərin qurulması  və aparılmasına həsr ediləcəkdir.

Bu mərhələdə müəllimlər pedaqoji texnologiyalar və onların tətbiq dairələri ilə tanış olacaqlar.

Treninqdə   müəllimlər praktik olaraq əməli şəkildə  interaktiv, layihə, problemli təlimlə aparılan dərslərin qurulub aparılma bacarığına yiyələnəcəklər.

Treninqdə hər bir müəllim  öz  fənni üzrə qarşılıqlı fəaliyyət, yüksək işbiriyi , daxili motivasiya , fənlərarası problem çözümü əsasında  təqdimat hazırlayacaq, komandanın qurduğu numayiş dərsi aparacaq. Nəticə etibarı ilə sonda  bu mərhənin iştirakcıları öz məktəblərində apardıqları innovativ dərslərin video yazısı, dərslərin təqdimatı fasebookda “İnnovative müəllimər” və “Azərbaycan-Türkiyə YOES” səhifəsinə yerləşdirilərək qrupda müzakirəyə cıxardılacaqlar.Ən yaxşı dərslərin təqdimatı və onun praktiki təqdim  yolu, dərslərin video yazısı, verilən kriteriyaya uyğun secilərək cap olunacaq və lahiyə loqlu disklərə köcürüləcəkdir.

 

Baxış: 1968

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe