Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Təhsildə konstruktiv yanaşma

Təranə Əliyeva. Yaqut Əzimzadə 

 Respublika İncəsənət Gimnaziyası

 Bu məruzə    Qaziantepdə icits2012.                      04-06.2012  Beynəlxalq simpoziumda edilmişdi.

Müasir  dövrdə cəmiyyətin  inkişafı üçün yaradıcı,müstəqil, sərbəst  düşüncəli  və proqressiv şəxsiyyət   böyüdülməli və yetişdirilməlidir.  Bu məqsədə catmaq ücün Azərbaycan Respublikasında təhsidə köklü islahatlar aparılır. 2008 ci-ildən təlim prosesinə yeni təhsil  standartı olan Kurikulumum tətbiqi bu dəyişmə prosesinin dahada aktivləşdirdi. Ənənəvi tədris üsulu ilə aparılan dərslərin yerinə yeni üsullu fəal təlimli dərslər gəldi. İKT- ilə qurulan bu dərslərdə şagirdlər  təlim fəaliyyətində olub,
biik toplayaraq qoyulan problemin həllinə calışırlar.  Fəal təlimdə müəllim şagirdlərin diqqətini mövzuya cəlb etmək, dərsi onlara maraqlı etmək  ücün dərsin motivasiya hissəsinə cox diqqət verir. Motivasiyanın nəticəsi isə adətən şagirdərin nə öyrənəcəklərnin? tapmaqdan ibarət olur. Problemin qoyuluşu və onun həlli bundan sonra başlanır. Dərs prosesində  fəal təlimlə işlədiyimiz dövrdə  onun ənənəvi təlimdən nə qədər fərqli olmasını gördük. Bu təlimin nəticəsi ondan ibarət oldu ki şagirdər dərsdə fəal olurlar, müəllimin ötürdüyü bilikləri almağa meyilli olurlar, qruplarda işləmək vərdişlərinə yiyələnirlər, ictimailləşilrər. Bu isə bir növ şagirdlərdə yaxşı icracı xususiyyətlərin formalaşması deməkdir. Lakin bu dəyişiklər zamanın tələbini ödəyə bilmir.  Bu dəyişiklər şagird yaradıcılığını, müstəqil, sərbəst düşüncəsini inkişaf etdirməyə qadir deyildir. Düşüncə, təfəkkür o vaxt inkişaf edir ki o arrdıcıllıqla biiklər üzərində əməliyyatlar aparır.  Əməliyyat zamanı bir bilik başqa biliyə cevriləndə onda  keyfiyyətcə yeni  bilik alınır(3). Proqram dili ilə desək əyər biz bu gün  3 sinif materialını keciriksə,onun üzərində məntiqi əməliyyat aparanda alınan  bilikər yuxarı siniflərdə öyrənilən dərs  materialları olur.Müasir dünya pedaqoji məkanında müasir  təhsil konsepsiyası təfəkkürün inkişafını şagirdlərin əqli inkişafının başlıca məqsəd sayır.

Bu inkişaf J.Piajenin koqnitiv nəzəriyyəsi əsasında aparılır.

Koqnitiv inkişaf  konteksində tədris materialın məzmunu, həcmi və sisteminin müəyyənləşdirilməsi önəmli psixopedaqoji problemdir .  Onun nəzərincə  şagirdlərdə təfəkkürün inkişafı üçün ayrı-ayrı fənlər üzrə sistemli semantik tapşırıqlar batareyası yaradılmalıdır. (Piaje)

Azərbaycanlı müəllim Fatma xanım Bunyatovanın Piajenin nəzəriyyəsi əsasında yaratdığı Konstruktiv təlimin mexanizmlərindən istifadə edərək  dərsləri yeni üsulda qurmağa başladıq. Fatma xanım Bunyatovanın Konstruktiv  təlimi şagirdlərə interaktiv fəaliyyətdə oaraq    biliyi düşünərək qazanma yollarını öyrədir. Bu yolar isə fənnlər üzrə yeni, ardıcıl və bir-birinə kecidli  semantik, məntiqi tapşırıqlardan kecir. Bu texnoloquyanı İKT iə birlikdə  təlim prosesində həyata kecirməyə nail olduqda  qısa bir zamanda şagird təfəkkürünün inkişafını praktiki cəhətdən  üzə cıxartmaq  mümkün oldu.

İnkişaf  isə Bunyatovnın Konstruktiv təliminə əsasən bu yollardan kecməlidir:

Anlamın yaradılması və genişləndirilməsi;

Anlamın biliyə cevrilməsi;

Biliyi bacarıqla tətbiq edilməsi;

Bilkdən yeni biliklərin yaradıması

Bu inkişafa aparan  yolu riyaziyyat və ana dili dərslərindən gətirdiyimiz fraqmentlərdə göstərmək istərdik.

Konstruktiv təlimdə dərs mövzünün semantik mənasının araşdırması  ilə başlayır  və əgər söz alınmadırsa onda onunün lüğəti mənasi izah edilir..

Mövzunun mənasının axtarışı,  məsələn, riyaziyyatdan “Koordinat şəbəkəsi”mövzusunu kecəndə   koordinat sözü latın mənşəli  olduğu ücün onun mənası izah olunur:  ko-birlikdə, ordinat –nizamlama deməkdir. (Yəni iki tərəfdən bir əşyanı obyektiv nizamlamaqdır).

Sonra  “ şəbəkə” sözünün mənasını araşdırıb anlamı ortalığa cıxartmaq  ücün şagirdlərə  belə bir sualla  müraciət edilir:

-Koordinat  əşyanı iki tərəfdən nizamlaması deməkdir. Onda siz bilən bəs şəbəkə nə deməkdir? Bu söz sizə nə anladır?

Komandada İnteraktiv müzakirədən   sonra alınan cavablar bu sözün müxtəlif semantik mənasını ortalığa cıxartdı. Yəni burada bir  fərdin görümü yox, bütün şagirdlərin fikri müzakirəyə obyekti oldu.. Cavabların  müxtəlifliyi (şəbəkə; yayılma; şəbəkə-pencərə olur;) anlamı dahada genişləndirmiş olur. Koordinat şəbəkisinin anlamı yaradılandan sonra bu anlam konkret biliyə cevriməlidir.

Bu cevrilmənin sualları adətən belə olur:

-əşyanın korrdinatını tapın?  Cütlükəri 7.3;  8,4; 6,4;   koordinat şəbəkəsində yerləşdirin? Bu tipli tapşırıqlar  konkret biliklərin yaradılmasına xidmət edir.;

Şagirdlərin əldə etdikləri biliklərin tətbiq etmə vərdişlərinin inkişafı ücün qoyulan sual belə oldu:

-Koordinat cütlüyünün hasili 35; 25: 12: 19 olarsa onda bu cütlüklər hansılardır? Bu məntiqi şərtdir və bu şərtə əsasən şagirdlər nəticəyə gələrək təhlil edərək cütlükləri tapmağa  başlayırlar.

Bir biliyi başqa biliklə əvəz edilməsi keyfiyyətcə yeni bilik yəni kələcəkdə öyrənilən bilik  yaradır.Yeni bilik yaratmaq ücün aşağıdakı addımlar atılır::

Öncə onu qeyd etmək istərdik ki dərslikdə koordinat şəbəkəsi üfuqi və şaqulu ox kimi verilir. Oxlar  X və Y işarəsi ilə göstərilmir. Burada yumşaq bir kecidlə bu işarələr göstərilərək yeni bir bilik yaranır. Bu yeni bilik  gələcək biikləri bugünki biliklərlə  inteqrasiya edir və şagird təfəkküründə biliyin  tamlıq sxeminin yaradılmasına xidmət edir.

Şagirdlər qarşısında belə bir şərti sual qoyulur:

— əyər biz şaqulu oxu Y-la , üfügi  oxu isə X –lə adlandırsaq (x və y riyaziyyatda məchul ədədlərdir), onda biz bu şəbəkəni qısaca necə işarə edərik?

Alınan cavablar müxtəlif olsada, şərtə əsasən adətən düzgün olur.

Y-şaqulu, X- isə üfüqu anlayışı şagird təfəkküründə yaranandan sonra bu yaranmanın saxlanılması ücün onlara belə bir yaradıcı tapşırıq verilir:

X və Y  istədiyiniz ədədləri  yazın və onu koordinat şəbəkəsində yerləşdirin.

Bu tapşırığın  komandalarda  şagirdlər birgəfəaliyyətdə yerinə yetirirəndə, onların görümləri daha da dərin,  dahada geniş olur, cünki burada hər bir şagird öz fikirləri ilə paylaşır.   Komandada görülən işlərin  sinifdə  təqdimatı müxtəlif şəbəkələin qurulma yolarının  göstərilməsi şagirdlərə  bir necə həll yolu göstərmək   demək  idi. Bu yolların gedişatından hər bir şagird həm fərdi olaraq , həmdə komandada birgəfəaliyyətdə olaraq bəhrələnmiş oldu.

Təlim bu usulla aparılanda  şagird təfəkküru tədricən bu yolu öz təfəkküründə qurmağa başlayır. Bunun göstəriciləri onların cavabların əsaslığı,  sualların məntiqi qoyuluşu, bir bilikdən o biri biliyə kecidləri, tapşırıqların özünə məxsus yolla həll edilməsi, qeyri adi əsasları  və s. olur.

Təfəkkürün inkişafında olan yeni konstruktiv  yanaşmanı ana dili dərslərində də tətbiq edilmişdi. Məsələn dil dərslərində nitq hissələrini  kodlaşdırılandan sonra

(1-isim;2-sifət; 3-say; 4-əvəzlik; 5-feil; 6-əvəzlik;)

şagird təfəkküründə nitq hissələri haqqında tam anlam yaradılır. Əyər  dərsin mövzusu  “Sifət”dirsə onda öncə” sifət” in bu sistemdə başqa nitq hissələri ilə əlaqəsi ortalığa cıxarılır. Bundan  sonra  sifətə aid  olan yeni   biliklər məntiqi sualarla yaradılır.

Bu usulla müəllim şagirdlərə yeni bilik  ötürmür, o şərait yaradır,  əsaslı

məntiqi suallar qoyur ki onun əsasında şagirdlər özləri  öz biliklərini yaratsınlar.

Təhsildə bu yeni konstruktiv  yanaşma standart proqramını keyfiyyətcə inkişaf etdirməyə yönəmiş olur.  Bu üsulla inkişaf edən təfəkkür tədricən bu yolun alətlərini öz düşüncə alətlərinə cevirmiş olur.

Yaşadığımız XXI əsrdə fərdin düşüncəli olması, onun bilikləri mobil olması, öz biikərindən cıxış edib yeni bilik yaratması, ünsiyyətli olması vacib bilik və bacarıqlardandır. Və bu məsələdə bu gün hər bir müəllimin həll edəcəyi vacib məsələlərdən biri olmalıdır

Baxış: 4619

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe