Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

TDQK-dan Təhsil Nazirliyinin ittihamına cavab

“TQDK-nın dərsliklərin monitorinqlərinin müzakirəsini qapalı saxlaması barədə deyilən fikirlər tamamailə əsassızdır”. Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlının TQDK barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, hazırda yeni layihə əsasında bu müzakirələr internet saytında canlı yayımlanır.

“Bu dəqiqə orada canlı müzakirələr gedir və hörmətli Faiq Şahbazlı da orada iştirak edir. Bu qədər açıq olan prosesi biz guya kimin üçünsə qapalı saxlayırıq. Bu fikirlər tamamilə əsassızdır. Jurnalistlərin iştirakına gəlincə, TDQK dəfələlərlə jurnalistləri bu prosesdə iştirak etməyə dəvət edib və gələnlər də var”.   E. Nağızadə vurğulayıb ki, TQDK tərəfindən keçirilən dərsliklərin monitorinqləri ilə bağlı bütün müzakirələr hər bir mütəxəssis və orta məktəbdə işləyən hər bir müəllim üçün açıqdır. “Təkcə Bakı şəhərindən deyil, regionlarda çalışan müəllimlərin də iştirakının təmin etmək üçün Komissiyanın regional bölmələri ilə paralel olaraq müzakirələr aparılırdı. Bu zaman TDQK-nın mərkəzi binasında gedən müzakirələrə canlı bağlantı ilə qoşularaq bölgə müəllimləri də öz fikirlərini bildirdilər”.TDQK təmsilçisi qeyd edib ki, hazırda dərsliklərlə bağlı bildirilən iradlara və haqlı narazılıqlara, çatışmazlıqlarla bağlı irəli sürülən fikirlər dərslik müəllifləri və müvafiq nazirliyin nümayəndələrini narahat edir və onlar məsələnin mahiyyətindən fikirləri uzaqlaşdırmaq üçün bunun ətrafında möhtəkirlik etməyə çalışırlar. “Yəni bunu TDQK-nın şousu kimi qiymətləndirirlər və ya guya narazı qüvvələri Komissiyaya dəvət etmişik.

Biz iştirakçıları yalnız dərsliklərdən razı qalanlar və narazı qalanlara bölmürük. Əvvəla, hazırda Komissiyanın nəzdində xüsusi ekspert qrupu fəaliyyət göstərir ki, onlar əvvəlki dərslik müəllifləri deyil. Amma buradakı müzakirələrdə əksəriyyətini orta məktəb müəllimləri təşkil edən müəllimlər və pedaqoji ictimaiyyətin nümayəndələri iştirak edir”.  Qeyd edək ki, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı TQDK tərəfindən aparılan müzakirələrin gözdənsalma kampaniyasına xidmət etdiyini və onların şou yaratdığını bildirib.

http://modern.az/articles/33742/1/

Baxış: 2333

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe