Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv yanaşma ilə interaktiv dərsin quruluşu

Fatma xanım Bunyatova

Konstruktiv yanaşma ilə interaktiv  təlimlə aparılan dərs iki hissədən ibarətdir:

 Dərsin birinci hissəsi 3 mərhələdən ibarətdir:

1) anlamı üzə çıxartmaq (müəllimin sualları; sual  elə qurulur ki, o  hamıya aid olur)

2) anlamı müəllimin  əlavələri və şərhi ilə genişləndirmək (müəllimin əlavələri)

3) anlamı biliyə çevirmək  (şagirdlər  dərslik və  paylama  materialları üzərində verilən tapşırıqları yerinə yetirərək  öz anlamlarını biliyə çevirirlər)

Dərsin ikinci hissəsi:

1)şagirdlər işçi vərəqləri üzrə komandada işləyirlər  (aldıqları bilikləri tətbiq edərək, o biliklərin düzgünlüyünü, yanlışlığını əks etdirirlər);

2) təqdimat: komandalar  öz işlərini təqdim edirlər;

3) işlərin yerinə yetirilmə səviyyəsi komandalar tərəfindən müzakirə edilir;

Müzakirədə iştirak edən hər bir şagird öz biliklərini tənzimləyir.

Müəllim isə bu müzakirədə şagirdlərin biliklərinin tətbiqi səviyyəsinin izləyicisi, əlaqələndirici, qiymətləndirici olaraq özü üçün  nəticə çıxardır.

3) qiymətləndirmə;

hər bir komandanın təqdimatı  qiymətləndirmə meyarları ilə  şagird və müəllim tərəfindən  tərəfinindən qiymətləndirilir. Təqdimat və yaxud müzakirə zamanı səhv cavab olursa, müəllim səhvi özü düzəltmir, səhv və düzgün hesab etdiyi cavabları bir də ortalığa çıxardır və onları müqayisəli müzakirə etməyi komandalara təklif edir, müzakirə nəticəsində şagirdlər öz biliklərində düzəliş edərək düzgün fikrə gəlirlər.

Dərsin hər iki hissəsində şagirdlər komandada ən azı 4-5 ceşidli interaktiv təlim fəaliyyətində olurlar.

Baxış: 1182

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe