Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Ankara görüşləri

neneFatma xanım Bunyatova

“Azərbaycan –Türkiyə Yeni Ortaq Egitim Sistemi – YOES layihəsi”nin   Türkiyə pedaqoji ictimaiyyətinə tanıtım mərhələsi başlamışdır. Layihə haqqında ilk söz Sakarya Universitetindən  Prof.Dr.. Aytəkin İşmandan gəldi:
-“Merhaba Fatma hanım,
Projenizi okudum ve çok etkilendim. Hayata kolaylıkla geçirilebilecek bir proje. Bu proje sayesinde Azerbeycan eğitim sistemi hızla kürsel dünya eğitim sistemi ile entegre olabilir.
Bu projeye ben nasıl katkı sağlayabilirim ve sizin için ne yapabilirim? Benden beklenenler nedir?”
Prof.Dr. Aytəkin İşman “The Turkish Online Journal of Educational Technology – TOJET “Jurnalının baş redaktoru, İSTEC konfranslarının təşkilatcılarından biridir və  sözsüz ki, Türkiyədə və dünya pedaqoji cəmiyyətində gedən proseslərdən xəbərdardır. Hörmətli professorun bu layihənin həyata keçirilməsində yardımçı olması əlbəttə ki, məni çox sevindirdi.
Layihəyə ikinci dəstək Dəngə Mərkəzin rəhbəri və təsisçisi  Dr . Zerrin Beşerdən gəldi. Hörmətli Zerrin xanım Beynəlxalq Kouçinq Assosiyasının üzvüdür  və kouçinqlə məşğuldur.

Kouçinq nədir  və “Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Sistemi-YOES layihəsi”  ilə nə ortaq təması ola bilər?  fikri  yarana  bilər.  Kouçlar (bir növ trenerlər) insan potensialının açılması istiqamətində kollektiv və ya fərdi iş aparırlar. Azərbaycanda ilk dəfə təhsildə kouçinqi biz apardığımız üçün Zerrin xanımla söhbətimiz və fikir bölüşməmiz çox səmərəli oldu.  Müəllimin sinifdə şagirdlərlə münasibət qurma yolları, onların hər bir şagirdin fərdi xüsusiyyətlərini, bilik alma və onu dəyişdirmə imkanlarının nəzərə alınması çağdaş təhsilimizin ən əsas prioritetlərindən biridir. Müəllimlərin təhsil koucinqindən keçməsi, hər bir məktəbdə kouçun ya da mentorun olması  Finlandiya təhsil sisteminin bu gün  dünyada öncül olmasına  gətirib çıxardığı vurqulandı.

Dr. Zerrin Beşerlə işgüzar söhbətimizin nəticəsi  isə o odur  ki , Denge Merkezi ilə “İdrak məktəbi”  sentyabr –oktyabr aylarında “Beynəlxalq tanıtım təhsil kouçinqi” keçirsin. Kouçinqin məqsədi müəllimləri ənənvi pedaqoji düşüncə təfəkküründən innovativ düşüncə təfəkkürünə keçirilməsi olacaqdır. Sözsüz ki, müəllimlərin hazırlığına bu cür yanaşma , müəllimlərin özlərinin öz daxili potensiallarının açılmasına təkan verərək onları innovativ, yeni düşüncə sahibi olmasına gətirib çıxardacaqdır.

 

 

Baxış: 1404

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe