Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

İstanbul görüşləri.

 

Fatma xanım Bunyatova

IMG_0437Ankaradan İstanbula günorta vaxtı çatdıq. Samandara dayanacağında bizi  «Ögretmen Akademisi Vagfı» qenel başqanı  və təsisçisi Kayhan Karlı qarşıladı  və  İstanbulun modern mərkəzlərindən biri olan Ataşehirə gətirdi.
Nahar  zaman süfrə arxasında işgüzar söhbətimiz başladı. Kayhan  bəy İstanbulda  və ümuiyyətlə  Türkiyədə təhsilin inkişafı barəsində ətraflı söhbət etdi.  Harvard və Oksford universitetlərində təhsilin yeniləşdirilməsi yolları , aldığı  biliklər haqqında danışdı. Mənim ona bu yenilikləri necə həyata keçirirsiniz sualıma belə cavab verdi. “Bir neçə il bundan əvvəl bir bankdan ödül qazanmışdım. O ödülün köməyi ilə bir Vaqf yaratdım və müəllimlərə kouçluq eləməyə başladım. Kouçdan keçən hər bir müəllim öz məktəbində bu biliklərli paylaşaraq məktəblərinə yeni düşüncə mədəniyyəti gətirmiş oldular. Bax,  bu yolla hər kouçinqdən sonra müəllimlər öz sinif otaqlarında təlim mühitini dəyişdirərək iş yoldaşları ilə öz biliklərini paylaşaraq onlara məktəbdə kouçluq eləməyə başladılar.”
-Bu kouçinqlərdə iştirak edən müəllimlər dövlət məktəbinin müəllimləri, yoxsa özəl məktəblərin müəllimləri idi  sualına Kayhan hoca  belə cavab verdi: “Əsasən özəl məktəblərin müəllimləri.  Türkiyədə  3000  yaxın özəl məktəblər vardır. (Azərbaycanın əhalisi Türkiyənin əhalisindən 10 dəfə azdır və Azərbaycanda olar olmaz 20 yaxın özəl məktəblər vardı ki , bunlar da böyük cinli məmurların “pəsvandlığı” altında işləyirlər) və bunların da arasında böyük rəqabət vardır.  Məhz buna görə məktəb müdürləri maliyə imkanları taparaq öz məktəblərinə  təhsil kouçlarını dəvət edərək,  məktəbin eko sistemini dəyişdirirlər. Yeni ekosistem — yeni təfəkkürün formalaşması deməkdir.  Əgər müəllimlər bu sistemdə calışırlarsa, onda şagirdlərin də təfəkkürləri yeni bir quruluşda formalaşmağa başlayır.
-Onda bir növ məktəbin ekosistemi şagirdlərin eqosistemlərinin quruluşunu düzənləyir dedikdə,  Kayhan Karlı:

“Evet, bunlar bir-biri ilə bağlı , sıx əlaqəli bir quruluşdular.” Deyərək cavablandırdı.
“Evdə sakitlik və əmin amanlıq olanda evin hər bir üzvünün daxili aləmidə sakit olaraq, təbiətindən gələn enerji ilə inkişaf edər”-  onun fikirlərini təsdiqləyərək davam etdim:
-“Bu ekosistemdə hər bir şagirdə konstruktiv yanaşma olanda, o dərs prosesində konstruktiv bir öyrənmə mühitində olanda , onda o öz biliklərini sistematik şəkildə dəyişərək, yeniləşdirərək onun qurucusu olur .”
Kayhan bəyin Azərbaycanda bu işlər necə gedir sualına cavab olaraq , təhsil islahatlarından söhbət açdım,  Azərbaycanda gedən yeniliklərdən danışdım. Müəllimlərin yeni bir pedaqoji təfəkkürə yiyələnməsi islahatın əsas məqsədlərindən biri olduğunu qeyd etdim. Ortalığa çıxan çətinliklərin çözmə yollarından söhbət açdıq. Bu yolun nə qədər çətin olduğunu və bir o qədər də lazımlı olduğunu vurğulayaraq,  çağdaş dövrdə dünya pedaqoji məkanında bu işə necə yanaşıldığı   bilgilərimizlə  paylaşaraq bu istiqamətdə gördüyümüz işlər haqqında danışdıq.
Kayhan bəyə  “Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Sistemi – YOES” layihəsi barədə qısaca bir məlumat verdim. Layihənin məramı və həyata keçirmə yolları ilə çox maraqlandı. Ortaq bir iş görmək üçün təkliflər verdi.  Birincisi o oldu ki , sentyabr ayında müəllimlərə “yeni formalı təlimlər”adlı tanıtım konfransı keçirək. İkincisi bu işi genişləndirmək üçün birlikdə “Kouç müəllimlər” (yəni trener müəllimlər) layihəsi hazırlamaq və bu kouçinqdən keçən hər bir müəllim kouç –yəni  trener olaraq öz məktəbində bu bilgilərlə  paylaşmaq hüququna malik olacaqdır.

 

Baxış: 1647

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe