Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Koordinat şəbəkəsi

Yaqut Əzimzadə
 Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi

   

İdrak məktəbinin  “Konstruktiv təlim” mərkəzində əməli treninqlərdən keçəndən sonra belə   bir nəticəyə gəldim  ki, konstruktiv təlim şagidlərə öz üzərlərində işləməyə daha geniş meydan açır. Hər bir şagirdin özü ücün yaratdığı bu bilik meydaninda onlar müəllimin verdiyi istiqamət üzrə yeni bilik yaradırlar.Yaradılan bilik isə daha da uzunmüddətli  olur və möhkəm yadda qalaraq təlim  bacarığına çevrilir.  Bu bacarıqlara, yəni quraşdırmaq ,yenidən yaratmaq üsullarına  yiyələnən  hər  bir  şagird gələcək həyatın hər bir sahəsində çox sərbəst surətdə addımlayacaq.

 Treniq müddətində praktiki olaraq dərslikdə olan ayrı-ayrı mövzuları konstruktiv təlimin əsaslarına uyğun işləyərək dərslərdə kecmişəm. Təlim zamanı qurduğum  və kecdiyim dərslərdən birini sizə təqdim edirəm.  

Təqdim edəcəyim dərs III sinifdə riyaziyyat fənnindən  “Koordinat şəbəkəsi”dir .

 Mövzu “Koordinat şəbəkəsi”

Məqsəd:        1. Şagirdlərin koordinat haqqında anlayışlarını üzə çıxartmaq və onu yeni bilikləriə  genişləndirmək.

2. Qarşılıqlı əməkdaşlıq bacarıqlarının inkişafı.

Dərsin quruluşu və gedişi:

1.Yeni komandaların yaranması

Dərsi müvəqqəti komandaların yaranması fəaliyyəti ilə başlayıram.Burada məqsədim şagirdlərin ayrı- ayrı iş birliyində bacarıqlarını inkişaf etdirmək və eyni zamanda onlara öz riyazi biliklərini yoxlayaraq nümayiş etdirməyə şərait yaratmaqdır. Şagirdlər cavabları 1- dən 7-yə qədər olan riyazi əməllərindən ibarət misallar yazılmlş kartları cavablandıraraq cavaba uyğun olan rəqəm yazılmış stolların arxasında əyləşirlər.

Uşaqlar komandalarda yerlərini tutandan sonra mən onların diqqətini yeni dərsin mövzusuna yönəldirəm və koordinat sözünün mənasını açıqlayıram.

 Koordinat sözünün mənası: ko -birlikdə, ordinat — nizamlama deməkdir.(Yəni iki tərəfdən bir əşyanı, obyekti nizamlamaqdır.

Koordinat  sözünün mənasını izah edəndən sonra sinfə        

belə bir sualla müraciət edirəm:

S-Biz öyrəndik ki, koordinat nizamlama deməkdir.  Bəs ,şəbəkə deyəndə siz nə ba.a düşürsünüz?

Şagirdlər komandalarda cütlükdə müzakirə edərək orta məxrəcə gəlirlər və  hər bir komandanın nümayəndəsi komandanın rəyini belə bildirir:

C-Şəbəkə yayılma ,birləşmədir ;

— şəbəkə pəncərə olur.

M:  Deməli,əyər şəbəkə birləşmədirsə, onda  Koordinat şəbəkəsi nizamlı birləşmə deməkdir

.Mövzunun mənasının  anlamını üzə çıxardandan sonra şagirdlərə belə bir sualla müraciət edirəm.                                                                                     M-Gördüyünüz bu slaytda kı şəkli necə adlandırmaq olar?   Bu şəkildə nə nizamlanır?

 

 

 

Bu sualı qoymaqda məqsədim şagirdlərin anlamını real biliyə çevirməkdir.Cavablar belə alındı:

C- Burada fiqurların yerləri göstərilib. Məsələn, dördbucaqlı fiqur (2,1) ,kub (4,7), dairə (7,7);

prizma (4,4),səkkizbucaglı(6,5);

bu fiqurlar nizamlanmışdır, yerləşmişdir;

bu şəbəkədə fiqurların yeri məlumdur; bu koordinat şəbəkəsidir.

M: -Deməli,bu sxem koordinat şəbəkəsidir. İndi isə verilmiş koordinat  şəbəkəsində tapşiriqları yerinə yetirin.                                                                               tapşırıq: 1 .Koordinat şəbəkəsi üzərində yerləşən fiqurların koordinatlarını  müəyyənləşdirib yazın.

 

Tapşırıq komandalarda  yerinə  yetirilir və onların özləri  tərəfindən  yoxlanılır.

 

   tapşırıq:2

1.Koordinat cütlüyünün hasili 35, 25, 32, 12, 9 olarsa, bu cütlüklər hansılardır?

2.Koordinat şəbəkəsində onların yerini müəyyənləşdirin.                                                                                Bu tapşırığı verməkdə məqsədim  şagirdlərin əldə etdikləri biliklərin tətbiq etmə vərdişlərinin inkişafıdır.

Şagirdlər komandada verilən  tapşırıqları  yerinə yetirəndən  sonra işi ekranda açıqladığım düzgün cavabla tutuşdururlar. Bu tapşırıqlar  yerinə yetirləndən  sonra şagirdlərə gələcək biliklərə  körpü  atmaq üçün şagirdlərə sualla müraciət edirəm:- 

 S-koordinat şəbəkəsi necə oxdan ibarətdir?

C. 2 oxdan; biri üfüqüdir, o birisi isə şaqulidir.

 

Onda əgər biz üfüqi xətti  x, şaquli xətti isə y adlandırsaq, onda bizim şəbəkəmiz xy  oıacaq.

Riyaziyyatda məchul ,məlum olmayan ədədləri x və ya y ilə işarə edirlər.

Bu halda x və y-ə istənilən ədədləri yazıb koordinat cütlüyünü müəyyənləşdirə bilərik.


Məsələn,  x- 4,5,6,7,9;                                                                               y – 8,7,6,4,3; qiymətlərində koordnat cütlüklərini şəbəkə üzərində qeyd edin.

Bu tapşırığı yerinə yetirəndən sonra hər bir komandaya koordnat şəbəkəsinin təsviri olan vərəq paylayıram və koordinat .əbəkəsini qurmağş tapşırıram  Bu tapşırığı  verməkdədə məqsədim  şagirdlərin özlərinin öz  görümlərindən çıxış edərək yeni bilik yaratmaqlarıdır.

Komandaların cavabı müxtəlif oldu. Bu ondan irəli gəlir di ki hər komanda öz istədiyi tərzdə, öz görümlərindən cıxış edərək  tapşırığı yerinə yetirdi. Cavabların  müxtəifliyi, verilən tapşırığın bir necə yanaşmadan yerinə yetirilməsini göstərir.

Bu tapşırıqlar yerinə yetiriləndən sonra dərsliyə müraciət edib bir məsələ həll etmələrini tapşırıram.

 

Cütlərlə iş: Koordinat şəbəkəsi üzərindəki fiqurların yerlərini (koordinat cütlərini) müəyyənləşdirin.

Verilmiş məsələnin həllindən və yoxlanılmasından sonra komandalara işçi vərəqləri paylayiram. Məqsədim şagirdlərin öz zəkalarında yaratdıqları biliklərin nə qədər düzgün və möhkəm olmasının yoxlamaqla bərabər onların komandada birgəfəaliyyətdə olmaq bacarıqlarını inkişaf etdirməkdir.

İşçi  vərəqlərindən nümunə          

1.Cədvəldən istifadə edərək   fiqurun təpə nöqtələrinə uyğun koordinat          cütlərini yazın.

2.

                                         

 

4.  x, y — in  qarşısında istədiyiniz ədədləri  yazın  və  buna  əsasən şəbəkə qurun.

x________________________

 y_________________

 

Tapşırıq yerinə yetiriləndən sonra “nömrələnmiş şagirdlər” fəaliyyətindən istifadə edilir. Bu o deməkdir ki carxı-fələyi fırladaraq ox hansı rəqəm üstündə dayansa onda komandanı o nömrəli şagird təmsil edəcək. Bu fəaliyyət komanda üzvlərini  məsuliyyətli olmasını tələb edir, cünki alınan qiymət komandanın qiyməti hesab olunur. 

     Hər komandanın nümayəndəsi  verilmiş tapşırıqları yerinə yetirəndən sonra işi təqdim edir və işçi vərəqini yazı  taxtasından asır.Təqdimatlar bir-birindən rənga-rəngliyinə görə fərqlənir.

 

Qiymətləndirmə komandalar və müəllim tərəfindən aparılır .  

 Qiymətləndirmənin bu cür aparılmasında məqsədim şagirdlərin bir-birinə diqqətlə qulaq asmaq bacarığını  inkişaf etdirmək və onlara  birinin  digərinə qarşı  obyektiv yanaşmasını  öyrətməkdir.

Kecdiyim bu dərs fəal təlimlə apardığım  dərslərdən cox fərqləniridi.

1. Mövzunun adını tapmaq ücün motivasiyay ayrılan vaxt mövzunun mənasına, yeni sözlərə aydınlıq gətirməyə sərf olunaraq şagirdlərin anlamını genişləndirmiş oldu.

2.Suallar acıq olduğu ücün şablon yox , şəxsi ,fərqli cavablar alındı. Buda qoyulan sualı bir necə cəhətdə acılmasına gətirib cıxardır.

3. Məntiqi əsaslarla qoyulan suallar şagirdləri düşünərək , öz bilik meydanlarında yeni bilik yaratmağa imkan verir və gələcək biliklərə körpü atır.

4. İnteraktiv şəraitdə işləyən şagirdlər bir-biri ilə ünsiyyət quraraq, acta danışmağ, bir-birinə qulaq asmaq, məsuliyyətli olmaqvə b. bacarıqlarını inkişaf etdirirlər.

5. Şagirdlər dərs zamanı ayrı-ayrı fəaliyyətdə olduqları ücün dərs onlara yorucu yox maraqlı və anlamlı olur., 

Baxış: 2642

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe