Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulmuşdur.

Fatma xanım Bunyatova

Acıq dərs Treninqin əməli hissəsiTN elan etdiyi müsabiqəyə 150 yaxın layihə təqdim edilmişdir.

Müsabiqəyə təklif olunan layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilmişdir.

Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilmişdir  http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=7710

Uğur qazananları təbrik edirik! Yeni-yeni nailiyyətlərə imza atmağı arzulayırıq.

İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq, müsabiqənin əvvəlcədən müəyyənləşdirilmiş şərtlərinə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılmışdır. Növbəti mərhələdə seçilmiş layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilmişdir.

Kənarlaşdırılmış və ya  müsbət  qiymətə tüş gəlməyən layihələrimizi ictimaiətləşdirmək  istəyirik, çünki “İdrak məktəbi”nin təklif etdikləri yenilikləri, pedaqoji prosesdə yeni yanaşmaları , beynəlxalq konfranslarda, jurnallarda, öz saytında  cap olunan məqalələrdən “yerli istifadəcilər” öz yazılarında, məqalələrində genli-bollu ağıllarına gələn bir fikir kimi istifadə etdiklərinin şahidiyik. Buna görədə öncədən layihələrin məzmunlarını  və görüləcək işlərin əhatəsini cap edərək ictimailəşdirmək qərarına gəldik.

 

İdrak Məktəbi Layihənin adı

Innovativ təlim olan konstruktiv təlim texnologiyası ilə öyrənməni öyrənirik və öyrdirik

 Layihənin mövzüsu:

Konstruktiv təlimlə aparılan  dərs prosesində şagird təfəkkürünün inkişafı və  dərk etmə, öyrənmə proseslərinin qurulması ilə kurikulumun təlim strategiyasının genişləndirilməsi  .

Layihənin qısa təsviri

Layihə respublikanın bir qrup müəllimləri ücün əyyani və distant formada əməli şəkildə öyrənmə nəzəriyyəsi əsasında yaradılan  konstruktiv təlim treninqinin kecirilməsi və onların bu təlim texnologiyasıın mexanizmlərini öyrənərək dərslərində tətbiq etməsini   nəzərdə tutur. Treninq əyani və distant keciriləcəkdi. Treninq iki hissədən  ibarət olacaq: 1- ci hissə əməli öyrənmə; 2-ci hissə geriyə bağlanma – treninq iştirakcıların sinif otaqlarında konstruktiv təlimlə qurub apardıqları dərslərin video-yazısını, ssenarisinin və təqdimatının müzakirəsi və korreksiyası.  İştirakcılar tərəfindən aparılan ən yaxşı dərslərdən multimedia resursları yaradılacaq    və müəllimlər ücün “Konstruktiv təlim və öyrənmə yolları”   adlı metodik vəsait buraxılacaqdı.

Layihə iştirakcılarından başqa   müəllimlərin iştirak  coğrafiyasının genişləndirilməsi məqsədi ilə  layihənin vebsaytı yaradılacaq , sosial  şəbəkələrdə səhifəsi acılacaq,  onun gedişatı, metodik materialları  orada  yerləşdiriləcəkdi.

Layihə başa catandan sonra layihə iştirakcılarının konfransı keciriləcək, əldə edilən nailiyyətlərin ictimai hesabatı veriləcəkdi.

 Problemin qoyuluşu  

Koqnitiv nəzəryyə üzərində qurulan konstruktiv təlimlə aparılan dərslər ölkə və beynəlxalq pedaqoji mətbuatın, beynəlxalq təhsil konfransların diqqət mərkəzində olmağına rəğmən  bu nəzəriyyənin kurikulumun təhsil strategiyasına daxil edilməməsi  və Təhsil Nazirliyinin nailiyyətlər reytinqdə göstərilməməsi müəllimlərin bu təlimin öyrənməsi sahəsində  və təlim prosesində tətbiq etməsində ciddi problemləri yaranır.

 

Ölkəmizin təhsil tarixində ilk dəfə 2006 – cı ildə Azərbaycan Respublikasının ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)  hazırlanmışdır. 2008-ci  ildən  bu  zamana qədər  ibtidai sinif müəllimləri və 5 -6 siniflərin fənn müəllimləri təlimdən keçərək  fəal təlim üsuluna  yiyələnmişlər. Bu prossesin tərkib hissəsi kimi də 1-6 siniflər ücün bu üsulla yeni dərsliklər hazırlanmışdı.Fəal təlimdə müəllim şagird münasibəti yenidən qurulur; şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində  bilikləri mənimsəyir,  onu əks etdirir, yenidən  tətbiq  edir və yadda saxlayır.  Bu da  şagirdlərdə — təlim bacarıqları  yaradır. Bu təlim prosesində təfəkkürün  ehtiyatlarından  cüzi istifadə olunduğu ücün  diqqət yaddaşa yönəlir .http://www.vcu.edu/cte/workshops/teaching_learning/2009_resources/Chi_2009.pdfhttp://www.portalus.ru/modules/shkola/rus_readme.php?subaction=showcomments&id=1283190786&archive=&start_from=&ucat=&

Yaşadığımız  XXI  əsr  fərd,  idraki   fəaliyyət əsridir.,. Amerika araşdırmacıları http://www.learning-revolution.com/ Gordon Drayden, Dr. Jeannette Vots  belə bir   nəticəyə  gəliblər ki: “təlim  o  zaman   keyfiyyətli  olar  ki,  hər  bir  öyrənən  şəxs   onu tətbiq edərkən özünə xeyir gətirəcək  və  təlim  özü dərk etməyə, özü öyrənməyə, özü qiymətləndirməyə, özü tətbiq etməyə yönələcəkdir”. Bu o deməkdir ki təlim prosesində öyrənənlərin təfəkkür fəaliyyətlərini irəli cəkərək onun inkişaf etdirmək lazımdır.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında “İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir.

Bu strategiyanın müddəalarından cıxış edərək müəllim və şagirdlərin  zamanın tələb etdiy idraki, akademik və sosial bilik, və bacarıqları əldə etmək  ücün təlimə  innovativ olan    , koqnitiv nəzəriyyənin əsasında qurulan   konstruktiv təlim texnologiyası gətirilməlidir. www.kaynakca.info/…/proceedings-of-9th-inter   Konstruktivizmöyrətmə yolu  yox, öyrənmə yoludur.  Bu təlimlə təlimlənən hər bir şagird öz təfəkküründə öyrənmə yollarını quraraq tədricən onu öz dərk etmə alətinə cevirir.Koqnitiv elmi nəzəriyyənin əsaslarını  İsveçrə psixoloqu Jan Piaje,  rus psixoloqu Vıqotski, qoyubdur, sonrakı dövrdə  Amerikadan C.Bruner, S.Kaqan, BruksBruks , possovet məkanından N.Şatalova, E.Knyazeva ,  F.Bunyatova  və başqaları ayrı-ayrı  baxışdan konstruktiv təlim qurmuşlar http://ru.calameo.com/read/0002151453293995e033b

(http://window.edu.ru/library/pdf2txt/883/77883/58852

 Məqsəd  və  vəzifələr

Layihənin məqsədi: Təhsil startegiyasından  irəli gələn müddəalara  əsasən kurikulumun inkişafı  istiqamətində şagirdlərin təfəkkürünü  inkişaf etdirmək , onlara  öyrənməyi öyrətmək, sosial  bilik  və  bacarıqlara  formalaşdırmaq üçün innovativ təlim olan Bunyatovanın təlimin prinsiplərinin əsasında müəllimlərə  dərsi qurub və  keçirtməyi öyrətmək , onları şagirdlərin təfəkkür inkişafının  ölçü  və  qiymətləndirmə mexanizmlərindən istifadə bacarqıqlarına yiyələndirmək, əldə  etdikləri  bilik  və  bacarıqlarla məktəb mühitində paylaşma  yollarını göstərmək.

Layihənin məramı: Yeni təlim strategiyalarından irəli gələn müddəalara əsaslanaraq Kurikulumun inkişafı istiqamətində öyrənmə , yaradıcı  təlim olan  Konstruktiv təlimiwww.eidos.ru/journal/2007/0301-5.htm

 http://www.academia.edu/789897/Digital_school  http://ru.calameo.com/read/0002151453293995e033b geniş müəllim auditoriyasına , yenilik axtaran müəllimləri bu layihədə iştirak etməyə cəlb etmək və kurikulumda edilə biləcək dəyişiklikləri  göstərməkdir.

Layihədə 75 müəllim – 25-i əyani, 50 müəllim isə distant iştirak  edəcək. Layihəni geniş müəllim ictimai  auditoriyasına çatdırmaq üçün onun  təqdimatı keçiriləcək, KİV vasitəsilə işıqlandırılacaq , vebsaytı və sosial  şəbəkələrdə səhifəsi yaradılacaq. Layihədə iştirak edən müəllimlər onlayn testləşdirmədən keçəcəklər.

Konstruktiv təlimlə dərs qurub keçirtmək,  bilik və bacarıqlara yiyələnmək yiyələnərək  onu sinif otağında  tətbiq etmək  üçün  layihədə iştirak edən müəllimlərə   80 saatlıq təlim treninqləri keçiriləcək və layihə müddəti   onlara onlayn dəstək olunacaq.

Bu treninqlər əyani və region müəllimləri üçün distant  keciriləcək.

 Treninqin nəzəri hissəsi 40%, praktiki hissəsi – canlı dərslərdə əməli öyrənmə isə 60% təşkil edəcəkdir.

Treninq iki hissədə ibarət olacaq. Birinci hissə öyrənmə,( proqramın  75%) ikinci hissə isə geriyə əlaqə-qayıdış ( proqramın 25%). Birinci hissədə  müəllimlər   nəzəri və praktik cəhətdən bilgilər alaraq onların  tətbiq etmə yollarını qurulan və qurduqları  canlı dərslərdə  öyrənəcəklər. İkinci hissədə   müəllimlərin öz sinif otaqlarında apardıqları dərslərin videoyazısını, ssenarisini, təqdimatını, şagird təfəkkürünün inkişafının ölçüsünü   müzakirəyə çıxardılaraq əldə olunan nailiyyətlər  pedaqoji  rəy müqayisə və korreksiya ediləcək.

Layihə çərçivəsində müəllimlərə:

—  treninqin məzmunu üzrə tərtib olunan  iş kitabı hazırlanacaq;

— müəllimlər üçün metodik vəsait və multimedia resursları  hazırlanacaq;

-layihənin nəticələri ictimaətə  çatdırılmaq və gələcəkdə onun davamlı olması  üçün yekun nəticəsi üzrə geniş  konfrans keçiriləcək.

 

 

 

Baxış: 1728

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe