Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

İnteraktiv yanaşma ilə konstruktiv təlimlə aparılan dərs modeli

Fatma xanım Bunyatova

Kök və şəkilçi 

 Azərbaycan dili 3-çü sinif. R. İsmayılıov və b.

 

1425656_687795381253361_2122322424_nDərsin məqsədi: 

şagirdlərin kök və  şəkilçi anlamlarını üzə çıxardaraq inkişaf etdirmək;

şagirdlərin yazılı və şifahi nitqlərini qaydalı nizamlamaq;

komandada qarşılıqlı əməkdaşlıq vərdişlərini formalaşdırmaq.

 

“Kök və şəkilçi” mövzusu şagirdlərə  II sinifdən  tanışdır. Dərsin əsas məqsədlərindən biri şagirdlərin “kök” və “şəkilci” anlamlarını üzə cıxartmaq, onları inkişaf etdirərək, hər bir şagirdə onu öz  şəxsi biliklərinə  cevirməyə şərait yaratmaqdır.. Öncə onu qeyd etmək istərdik  ki, müəlliflər tərəfindən  dərs ardıcıllığında mövzunun yeri düzgün secilməyibdir.  Mövzünün  bilik sisteminin tamlığında  yeri  hecadan, sözdən sonra olmalı idi. Sistemli xətt üzrə biliklər məntiqi ardıcıllıqla bu yöndə öyrənməli idilər: səs- hərf-heca-söz- sözün kökü- sözün şəkilcisi — eynimənalı və yaxınmənalı- əksmənalı- çox mənalı sözlər. Bu halda biliklərin bir-biri ilə bağlılığı, assosiativliyi yaranır. Bağlılıq, assosiaativlik olan zaman şagirdlərdə assosiativ təfəkkür formalaşır və bu təfəkkürdə sistemli bilik strukturları qurulur.Sistemlik pozulanda, assosiativlik olmayanda  isə biliklər yaddaşda hissə- hissə, bir brindən əlaqəsiz bir halda yadda qalır.

Dərsin məqsədlərinə çatmaq üçün  şagirdlərin qarşısına bir-biri ilə məntiqi bağlantısı olan suallar qoyulur. Bu suallar bir bilikdən o biri biliyə keçid edir, şagirdləri düıündürərək öz təcrübə və bilgilərinə əsaslandırıb biliklərini yeni bir formada düzənləndirilməsinə təkan verir. Bu dərsin konstruktivliyidir. Bu prosesdə  hər bir şagird öz biliklərini məntiqi suallara tuşlayaraq, düşünərək, biliklərini söküb dağıdıb yeni bir formada qurmağa başlayır. Dərsin interaktivliyi isə  şagirdlərin yaratdıqları yeni şəxsi bilik fopmaları öncə  komanda daxili müzakirədə  və əldə edilən ümümi rəyin sinif müzakirəsinə cıxardılmasında görünülür.  Bu iki mərhələli müzakirədə, yəni öncə dörd nəfər arasında, sonra ümümi sinif müzakirəsində şəxsi biliklər yenədə dəyişkənliyə məruz qalaraq dəqiqləşir, genişlənir və möhkəmlənir.

Dərs kontruktiv yanaşma ilə interaktiv texnologiya ilə kecirilir. http://www.idrak-m.com/?p=4304

Şagirdlərin dərsdə təlim fəaliyyəti: cütlükdə müzakirə; komandada müzakirə; komandada iş birliyi; təqdimat.

 

Dərsin I-ci hissəsi.

Şagirdlərin “kök” sözü haqqqında anlamını üzə cıxartmaq və onu genişləndirmək ücün  sil-silə düşündürücü suallar qoyulur.

S:  Kök deyəndə siz nə başa  düşürsünüz? Nəyin kökü ola bilər?

Cavablar müxtəlif oldu :

Yediyimiz kök, tərəvəz bitkisi , ağacın kökü, sözün kökünün tərifi və s..

Dərsin məqsədindən cıxış edilərək,  cavablar ümumiləşdirilir və şagirdlərin diqqəti sözün kökünə  və  ağacın  kökünə yönəldilir.kok2

Sual: Ağac şəkili və verilən sözlərdə  ortaq fikir hansı ola bilər?

C- Yazı, yazıçı , yazmaq , yazılı sözlərində sözün kökü yaz sözüdür. Burada yaz sözündən yeni sözlər əmələ gəldi.

Ağac sözünə gələndə şagirdlər xeyli tərəddüd etdilər, ortaq bir cəhət tapa bilmədilər. Bu vəziyyətdən çıxmaq üçün onlara istiqamətverici sual verildi:

S: — Ağacda siz nə görürüsünüz?

Bu sual onlara yaxın olduğu üçün  cavablar belə oldu:

C: — yarpaqlar, budaqlar, meyvələr, gövdə.

S: — Bunlar hamısı nəyin üstündədir? –

C- Ağacın kökü üstə

S: O zaman ağac şəkili ilə verilən sözlərin arasında ortaq fikir hansı ola bilər?

C: Yarpaqlar, budaqlar, gövdə  eyni kökdən qidalanırlar;

Yazı, yazıçı , yazmaq , yazılı sözləri isə eyni kökdən yaranıblar.

 

“Kök” barəsində yaranan anlamın  reallıqla əlaqələndirilməsi üçün şagirdlərə belə bir sual verilir:

S:- Canlıların kökü varmı?

Əvvəlcə şagirdlərin cavabı bir mənalı olaraq  belə oldu:

C: Canlıların kökü yoxdur.

Bu cavab şagird təfəkküründə yenicə yaranmış olan  canlı varlığın –ağacın  nəzərdə tutduqları üçün cavabları “yoxdur”  oldu. Sualı bir az da açanda , yəni cavaba yaxınlaşanda razaılaşdılar və təfəkkürdə kök anlamının cərcivəsi genişlənmə prosesi başlandı..

Sual: Ayselin (Aysel şagirdlərin biridi)  kökü, soyu və ya soyadı varmı?

Cavab: Var- Əliyeva.

Müəllim: Bizin hamımızın kökü, soyu , soyadı var. Sizə adınızı kim verib, Soyadınız nəyi göstərir?

Bu sualların cavabları, alınan cavabların müzakirəsi şagirdləri yeni bir anlama gətirdi. Nə vardırsa, istər canlı , istər də cansız  hamısının kökü vardı.

Mövzunun ikinci hissəsinə — “şəkilçi” anlamına  bağ və  bağban şəkillərinin müqayisəsinədən gəlib çıxdıq.kok3

 

 

Sual: Bu iki şəkili bildirən sözlərdə fərq nədədir?

Şagirdlər müzakirədən sonra fərqləri belə izah etdilər:

C.-Birinci şəkildəki bağ , ikinci şəkildə isə bağda çalışan bağbanı göstərir; bu sözlərin kökü eynidir, fərq “ban” Şagirdlərin bu fikirinə əsaslanaraq belə bir əlavə olunur: Bir şəkili , yəni bir sözü başqa bir sözə çevirdikdə , onu anladan sözlər də başqa şəkildə olurlar. Bağ-bağban

Sual: O zaman hər sözü  bir şəkildən başqa bir şəkilə çevirdikdə nədən istifadə edirik?

Cavab: Şəkilçidən. Sözlərə şəkilçi əlavə edilir.

S- Bağban sözünün “bağ” hissəsini  ayrı işlədə bilərik. Sözün mənası itir, yoxsa yox?

Bəs sözün “-ban”hissəsini ayrılıqda işlətsək onun mənası var yoxsa yox?

Müzakirədən sonra belə bir qərara gəlindi: sözün kökü ayrılıqda işlənə bilər, amma şəkilçisi işlənə bilməz.

Alınan biliyi daha da möhkəmləndirmək üçün şagirdlərə əlavə məlumat verilir.kok4

 

 

Alınan bilikləri gələcək biliklərlə əlaqələndirərərək, bilikləri bir-biri ilə bağlayaqraq assosiativ təfəkkürün inkişafı istiqamətində komandalara belə bir sual verirəm:kok5

 

Sual: Əgər biz “dəvə” və “quş” sözlərini götürüb birləşdirsək, o zaman bizdə nə alınar?

Dəvə + Quş =

C- Dəvəquşu

Sual: Dəvəquşu sözündə neçə kök var?

C- 2 kök .

S-Onda bu necə söz ola bilər? Necə sözdür ?  Tərkibində iki kök var, yəni  …………………….. .

Bu suallar şagirdləri öz biliklərinə əsaslanıb düşünərək mürəkkəb  sözlər haqqında öz biliklərini yaratmaqlarına imkan verir .”İki köklü söz” –onlar hamılıqla bu rəyə gəldilər.Burada bir kicik əlavə edildi:” əgər bir sözdə iki əsas hissə vardısa ona mürəkkəb söz deyillir”.

Deməli mürəkkəb söz neçə kökdən ibarətdir?____________________________________

Mürəkkəb söz______________________________________________________

Bir-biri ilə əlaqəli , ardıcıl, əsaslı şəkildə qurulan sualları  cavablandıran şagirdlər bu cavablarla öz biliklərini quraraq özüöyrənmə yoluna düşmüş olurlar.

Şagird təfəkküründə mürəkkəb söz anlamı yaradılandan sonra bu anlamı başqa bir anlamla ortaq bilik dayağı olan mürəkkəb cümlə ilə bağlamaq üçün şagirdlərə məntiqi əsaslar üzrə  belə bir sual verdim.KOK6

 

Sual: Söz sadə və mürəkkəb olur. Söz cümlədə işlənir. Onda siz bilən mürəkkəb cümlə ola bilərmi?

Cavab: xeyir, ola bilməz, o soz deyil, o cümlədir; ola bilər; ola bilməz, axı o söz deyil, cümlədir.

Müəllim: olmaz ,  yoxsa ola bilər? Gəlin, bu cümlələrə baxaq:

Axşam oldu. Uşaqlar kəndə qayıtdılar.

Sual: Burada neçə cümlə var?

Cavab: iki cümlə var.

Sual: biz bu cümlələri birləşdirsək o zaman orada bir cümlə olar, yoxsa iki?

Cavab: Bir cümlə amma içində iki cümlə. Yəni iki cümləli cümlə.

Müəllim: İki cümləli cümlə. Yəni bu cümlənin tərkibində neçə cümlə vardı?

C- İki cümlə

S- Öncə tərkibi sadə olmayan, iki əsas hissədən ibarət olan sözü  necə adlandırdıq?

C- Mürəkkəb söz.

S- Bu cümlənin tərkibi iki hissədən ibarət olduğundan bu cümləni necə adlandırmaq olar?

Bu ardıcıl suallar şagirdləri yeni bir anlama – mürəkkəb cümlə anlamına gətirib cıxartdı.

C- Mürəkkəb cümlə; mürəkkəb cümlə iki cümlədən ibarət olur.

S- Nəyə görə bu cümləyə mürəkkəb cümlə dedik?

C- Burada iki cümlə , iki fikir var. Hər cümlədə bir fikir var.

Bu anlam şagird təfəkküründə necə yarandı ? Bu “mürəkkəb” sözünün anlamını yeni bir bilik forması “iki cümləli bir cümlə” üzərinə tətbiq edərək yeni bir bilik  “mürəkkəb cümlə”yaratmış olduq.

 Tapşırıq: komandada iki mürəkkəb cümlə fikirləşin. Bu tapşırığın yerinə yetirilməsi və onun müzakirəsi şagirdlərin biliklərini daha da möhkəmləndirməyə imkan verir.

Anlamdan biliyə keçəndən sonra  bu biliyi möhkəmləndirmək lazımdır ki, o bir bilik strukturu kimi möhkəmlənsin, onun tətbiq bacarığı yaransın.

Bu məqsədlə şagirdlərə öncədən hazırlanmış paylama materialları verilir. Çünki dərslikdə verilən tapşırıqların azlığı və bəsitliyi ilə əlaqədardır.

Paylama materiallarından nümunə:KOK7

 

Göründüyü kimi  tapşırıqlar biliyin tətbiqinə , ondan düzgün istifadə edilməyinə yönəlmişdir.

Bu tapşırıq komandalarda yerinə yetiriləndən sonra müzakirə olunaraq şagird təfəkküründə anlamlı bilik kimi daha da möhkəmlənir.

 

Dərsin II hissəsi

Dərsin II hissəsinin məqsədi şagirdlərin qazandıqları biliklərin əks etdirilməsidir. Bu əks edilmə sadədən mürəkkəbə doğru gedən bir istiqamətdə olan tapşırıqlardan ibarətdir.  Tapşırıqların bu istiqamətdə qurulması komandanın hər bir üzvünün işçi vərəqlərindəki tapşırıqları öz gücünə arxalanaraq yerinə yetirməsi imkanını yaradır.KOK9

 

 

 

 

Komandada qarşılıqlı əməkdaşlıq zamanı zəif oxuyan şagird də minimum biliyə yiyələnərək öz biliyini bilikyönümlü suallarla göstərməyə çalışacaq, güclü şagirdlər isə düşündürücü, yaradıcı sualları cavablandıraraq , öz düşünmə səviyyəsini , yaradıcılıq potensiallarını üzə çıxarmış olurlar. Komanda da birgə fəaliyyət zamanı  onun  hər bir üzvü fikirlərini bölüşəndə  və bu fikirlərin müzakirəsi zamanı şəxsi biliklər sökülüb dağılaraq yeni bir  bilik formasında  daha da dəqiqləşir, möhkəmlənir, bir-biri ilə zəncirvari birləşmələr əmələ gətirir.

 

Komandaların işçi vərəqlərinin təqdimatı zamanı orada qoyulan sualların və tapşırıqların cavabı ümumi sinif müzakirəsinə çıxarılaraq qiymətləndirilir. Bu qiymətləndirmə prosesində bütün şagirdlərin olan, alınan və qazanılan bilikləri bir daha hərəkətə düşərək düz olan cavablar təsdiqlənir, səhv olanlar düzəldilir və əsaslı surətdə  qiymətləndirilir

 

              QruplarMeyyarlar I II III IV
BilikTətbiq etməkTəqdim etmək
Yaradıcılıq
Əməkdaşlıq
QiymətləndirməYekun.

 

Qiymətləndirmə məqsəddə qoyulan meyarlara əsasən aparılır və bu qiymətləndirmədə komandalarla bərabər müəllim də iştirak edir və yekun qiymət verilən qiymətlər əsasında çıxarılır.

Bu yolla qurulan təfəkkür dərslərinin sonunda şagirdlər refleksiyaya dəvət edilirlər. Onlara müraciət edilir:

-siz bu dərsdə nə qazandınız, özünüz üçün hansı yenilikləri açdınız? sualının cavabında hər bir şagird dərs haqqında öz şəxsi görümünü  üzə çıxardaraq özünün nə əldə etdiyini? , necə etdiyinə? qiymət vevrmiş olur.

 

 

 

Baxış: 5140

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe