Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

«Liderlik, innovativ müəllim və innovativ dərs» treninqi

Fevral  ayının 15-i  İrşad otelin Konfrans  zalında   “Azərbaycan- Türkiyə Yeni ortaq Eğitim Sistemi  -YOES” layihəsi çərçivəsində  “Liderlik, innovativ  müəllim və innovativ dərs”  mövzusunda   növbəti  treniniqimiz keçirildi.  Treninqi  Türkiyədən- Morfo Akademisinin Yaradıcısı, Eğitmen,  Koç   Arzu  Aktaş və  Özəl “İdrak məktəbi”nin  direktoru ,  Konstruktiv   Təlim Mərkəzinin  yaradıcısı Fatma  xanım Bunyatova apardı.  Treninqdə  Bakı  şəhərinin  müəllimləri  ilə  bərabər   Təhsil  Nazirinin müşaviri  Ağababa İbrahimov  iştirak edirdi.

Treninqdə  liderlik  keyfiyyətləri  hansılardır  və  ona  hansı  yollarla  yiyələnməyi    göstərən Arzu  xanımdan  sonra,   Fatma  xanım  bu  keyfiyyətləri  sinif  otağında  şagirdlərdə  necə  yaradılmasını,  hansı təlim  və  əqli  fəaliyyətlərin   formalaşmasının   əsaslarını  göstərdi.  Treninqdə  yaradılan  yeni  yanaşma ilə  dərs  modelini   ənənəvi   və  fəal təlimlə aparılan dərs modelləri  ilə  müqayisə  edən müəllimlər konstruktiv   yanaşma  ilə  interaktiv  təlimin nə qədər  sadə,  anlamlı  olduğu  ilə  bərabər,  nə qədər keyfiyyətli ,  şagirdlərə  başa  düşüləsi  və  rahat olduğunu  dərk etdilər.  Qurulan hər  bir  dərs  modeli,  müzakirə  obyektinə  çevrilib ,  düşüncələrdən  süzülərək iştirakçıların təlim strategiyaları  haqqında  biliklərini  daha da genişləndirdi.  Müəllimlər  tərəfindən qurulan Azərbaycan  dili   və  riyaziyyat   dərs modelləri  müəllimlərin  fəal  təlimlə  apardıqları  dərs  anlayışlarını  söküb- tökərək ,  yeni  bir formada,  konstruktiv  təlimlə  aparılan  interaktiv  dərs  modelində   qurmağa  imkan  yaratmış  oldu.  Bu quruluşun  möhkəmlənməsi,  onun  bacarıq  halına çevrilməsi  isə müəllimlərin bu quruluşda işləmələrindən asılı  olduğu qeyd edildi.

 

Baxış: 922

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe