Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

YENİ TƏLİM TEXNOLOGİYALARI – Konstruktiv yanaşma ilə interaktiv dərs.

Svetlana Əliyeva

Xızı rayonu Giləzi kənd tam orta məktəin  ibtidai sinif müəllimisvet

a.svetlana@box.az

 

Müasir dərsi layihələşdirərkən calışıram  ki, yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edim. Bu inteqrativ yanaşmada  bir çox   və  eyni zamanda müxtəlif  sayda texnoloji proqramları təlim   texnologiyaları   ilə   sintez   edərək   yeni   kontekstdə istifadə etmək  bir   pedaqoq    kimi   müəllimdən yüksək bilik və bacarıq tələb edir. Bu bacarıqlara yiyələnmək üçün daima   öz    üzərində    işləməli ,  müxtəlif   treninqlərdən,  kurslardan keçərək öz biliklərimi  artırmalıyam.

XXI  əsrin  texnologiyalar  əsri  olması   təhsilimizə  bir  çox  yeniliklər gətirdi.  Azərbaycan Respublikasının  “Təhsil Sahəsindiə İslahatlar Proqramı “ çərçivəsində Təhsil Nazirliyi tərəfindən aparılan treninqlər və digər təşkilatların  bu sahədə apardıqları iş   biz   müəllimlərə yardımçı olmuşdur.

Alınan biliklər  —  təlimdə  yeni yanaşmalar tədris prosesində tətbiq   edərkən   şagirdlərin marağına səbəb olur.  Şübhəsiz ki, uşaqlar    maraqlarına səbəb olan  hər  bir   görüntünü   yüksək həvəslə öyrənməyə çalışırlar.

Artıq  beş  ildir   ki,  məktəblərimizdə dərslər  fəal (interaktiv)  təlim əsasında qurulur. Bununla yanaşı  yeni təlim təlim texnologiyaları  da tətbiq edilməyə başlanıbdır. Bunlardan biri də “Konstruktiv  yananaşma ilə interaktiv təlim”dir.

“Konstruktiv   yanaşma   və   interaktiv   təlim”   treninqin iştirakçısı olduqdan sonra dərslərimi  bu  təlimin  verdiyi  istiqamətdə   qururam.  Mən  bunun  nəticələrini  ilk  günlərdən gördüm.  Bu   təlim  texnologiyasının  bir   çox   üstünlükləri  var.  İlk öncə onu deyə bilərəm ki, konstruktiv təlimlə qurulan dərsdə demək olar ki, heç   şagird   təlimdən  kənarda qalmır,  ən zəifi    belə aktivləşir   və   fəallıq   göstərməyə   çalışır   və    keçmiş   biliklərə əsaslanaraq,   yeni biliklər yaradır.   Burada   biliyə  sərhəd  qoyulmur.  Motivasiyanın açılmasına sərf olunan vaxt     mövzunun mənasının, anlamının açılmasına sərf olunur.   Şagirdlər   mövzü   haqqında biliklərini   ortalığa  çıxardaraq   bir-biri  ilə  paylaşır  və  bu  paylaşma   onlara yeni biliklər əldə etməsinə  yardımçı olur.  Konstruktiv   təlim   idraka əsaslanan   təlim   olduğu   üçün   burada təfəkkür   və   təxəyyül   mühüm   rol   oynayır.   Ümumiyyətlə, konstruktiv   təlimlə  qurulan dərsdə şagirdlərin qazandıqları   bilik   və    bacarıqlar    hamısı   bütövlükdə    idraki  bacarıqdır.  Bu dərs interaktiv şəraitdə keçdiyi    üçün   şagirdlərdə müsbət mənəvi keyfiyyətləri inkişaf etdirir,  onlarda  sosial bacarıq və vərdişlər yaradır.

Konstruktiv  yanaşma ilə  interaktiv  təlimdə   dərs   iki  hissədən  ibarətdir.    Bir-biri   ilə   sıx   bağlı   olan   bu      sonda   bir   məqsəd   daşıyır:   İKT  ilə   pedaqoji  texnologiyanın inteqrasiya  etməklə  şagirdlərin  təfəkkürünü  və  təxəyyülünü  inkişaf  etdirərək  onların  yaradıcı   potensialını  ortalığa   çıxartmaq   və   hər  birinin  öz   istiqamətində   inkişaf   etməsinə  yardımçı  olmaqdır.

Bu   təlimlə    hazırladığım   dərs   nümunəsini    həmkarlarımla bölüşmək istərdim.

                            

                              

 

         II sinif

           Mövzu:  “Ayı və Şir” (A.Səhhət)

      Standart:  2.2.1;  2.2.1.

      Dərsin məqsədi: 

       -Şagirdlərin heyvanlar haqqında anlayışlarını üzə çıxartmaq və genişləndirmək; 

Şagirdlərin   əsərin ideyasını müəyyənləşdirmək bacarıqlarının yaradılmasının, onların  əsərə  yaradıcı  və tənqidi təfəkkürlərinin  inkişaf etdirmə;

-Şagirdlərin   bir-birini dinləmək, köməklik  göstərmək  sözə  qulaq  asmaq , pisi  yaxşıdan  seçmək  bacarıqlarını  inkişaf  edtirmək;

Təlim fəaliyyəti: cütlükdə müzakirə;  cütlükdə oxu;  komandada müzakirə;

 

Təlim texnologiyası:  Konstruktiv yanaşma ilə interaktiv  təlim.

Resurslar:  Dərslik,  iş vərəqləri,  kompyuter,  proyektor,  interaktiv lövhə, qiymətləndirmə cədvəli,  marker.                       

Konstruktiv yanaşma ilə interaktiv dərsin quruluşu. Bu  iki  hissəli  dərsdir : I hissə və II  hissə

 

Şagirdlər dörd nəfərlik komandalara ayrılır. Onların  komanda daxilində hansı formada işləyəcəkləri haqqında qaydaları  xatırladıram.

Şagirdlərə müraciət edilən suallar  ilk olaraq  komandada   müzakirə edilir.  Onlar   ümümi  bir   rəyə   gələndən   sonra   öz   fikirlərini  sinif  müzakirəsinə  çıxardırlar. İki mərhələli müzakirə zamanı hər bir  şagird öz biliklərini yoldaşlarından aldıqları biliklərlə genişləndirir, öz biliyini təzədən yeni bir  formada  qurur.

S-Təmsil nədir?                                                                                                                                    Təmsil deyəndə  siz   nə başa düşürsünüz?

Şagirdlərin cavabları belə olur:

C- Təmsil şeir formasında olur.

-Təmsildə ancaq heyvanlardan bəhs olunur.

— Heyvanların timsalında insanların xarakteri göstərilir..

S-Ayı, şir, tülkü və dovşan deyəndə sizdə hansı təsəvvürlər yaranır?

C-Ayı dedikdə vəhşi, acgöz eyni zamanda kobud və tənbəl bir heyvan başa düşürük. O qış uzunu yatan meşə heyvanıdır.

— Şir heyvanların ən güclüsü hesab olunur. O da vəhşi və acgözdür.  Adətən ot yeyən heyvanlarla qidalanır.

-Tülkü hiyləgər, yaltaq və acgöz heyvandır. Yeməyi yaşadığı mütitdən asılıdır.

O meşədə və çöldə yaşayır. Tülkü ağ, boz   və   narıncı   rəngdə  olur.   Onun dərisindən xəz kimi   istifadə   edirlər.

-Dovşan   meşədə   və   çöllərdə   yaşayır.   Bəzən onu insanlar həyətyanı sahədə qəfəslərdə saxlayırlar. Dovşan   qorxaq   və   cəld   heyvandır.

Bu  tip  sualları  verməkdə  məqsədim şagirdlərin bu heyvanlar haqqında bildiklərini, anlamlarını  araşdıraraq  üzə çıxarmaqdır.

Sonra kompyuterdə hazırladığım venn diaqramını proyektorla lövhədə işıqlandıraraq  ayı ilə şirin və   tülkü  ilə  dovşanın  oxşar  və  fərqli cəhətlərini sinfə nümayiş etdirərək suallar verirəm.

S-Ayı ilə şirin və tülkü ilə dovşanın oxşar və fərqli cəhətlərini sadalayın .

Uşaqlar sualları cavablandırdıqdan sonra sinfə növbəti sualla  müraciət edirəm.

S-Bu heyvanlar sizdə hansı insani xüsusiyyətləri xatırladır?

C-Şir güclü və qoxmaz heyvandır. Bəzən hər kəsin edə bilməyəcəyi işi yerinə yetirən insanlar haqqında belə bir ifadə işlədilir “lap şir ürəyi yemisən” deyirlər.

-Ayının timsalıda kobud və tənbəl insanlar yada düşür.

— Tülkü isə bizə hiyləgər, qorxaq və  yaltaq xarakterli insanları xatırladır.

— Adətən, paxıl insanlar  istədiklərinə nail olmadıqda hiyləgərliyə və yaltaqlığa əl atırlar.

-Dovşanın xarakteri  bizim komandanın fikrincə,  qorxaq insanları yada salır.

Söylənilən fikirlər əsasında şagirdlərə belə bir sualla müraciət edirəm.

S- İnsanlara xas  hansı xüsusiyyətlər sadalandı?

C-Tənbəllik, kobudluq, hiyləgərlik, qorxaqlıq və paxıllıq kimi mənfi keyfiyyətlər sadalandı; güclülük, qorxmazlıq yaxşı  xüsusiyyətdir;

S- Bu tip xarakterli insanlara münasibətiniz necədir?

C-  Bu tip insanlara qarşı münasibəti  pisdir.   İstəməzdik   ki,   bizim ətrafımızda bu cür insanlar olsun.

—  Biz düşünürük ki,  əlbəttə  pis xüsusiyyətli insanlar ola bilər, amma biz onlara bu mənfi keyfiyyətlərdən uzaqlaşmaqda  kömək etməliyik.

-Bizim fikrimizcə,  bu pis əməlli xüsusiyyətləri yaxşı işlər görməklədə  əvəz etmək olar. İnsanlar  şir kimi qorxmaz və güclü olsunlar. Onlar dovşan kimi qorxaq olmasınlar.

Komandalarla birlikdə aparılan  bu cür araşdırmalar şagirdlərin  məntiqi düşüncələrini inkişafaf etdirərək onlarda öz fikirlərini əsaslandırmaq   bacarığını formalaşdırmaqla yanaşı onlarda yaxşını pisdən ayırmaqla  tənqidi təfəkkürünü inkişaf etdirir.

Aparılan araşdırmalardan sonra növbəti slaydı açıram və keçəcəyim mövzunun adını elan edirəm.

-Uşaqlar,  biz bu gün Azəbaycanın görkəmli sairi Abbas Səhhətin “Ayı və Şir” təmsilini keçəcəyik.

Abbas Səhhətin həyat və yaradıcılığı  haqqında şagirdlərə qısa məlumat verdikdən sonra sinfə müraciət  etdirirəm.

-Uşaqlar, biz sizinlə heyvanlar haqqında fikirlərimizi təhlil etdik. Gəlin görək Abbas Səhhət  “Ayı və Şir”  təmsilində heyvanları necə xarakterizə  edib.   Kompyuterdə hazırladığım şeirin şəkilli   variantını   nümayiş    etdirərək,   təmsilin   ifadəli   oxusuna   başlayıram.

                                

Təmsilin bir hissəsini oxuduqdan sonra, uşaqlara belə bir sualla müraciət edirəm.

S-Ayı və şirin savaşmasına səbəb nə idi?

Bu sualı  qoymaqla  mən  onların  təxəyyülərinin  görüntsünü  əks etdirməyə  dəvət  edirəm  .  Bu  əks etdirdmə    bir  növ  təxəyyülün  inkişafıdır.

Burada  təmsilin  oxunuşunu  dayandıraraq   şagirdlərə  suallarala  müracət  edirəm.

Bu sualı verməkdə məqsədim şagirdlərin dinləmə bacarıqlarının yoxlamaq və onların təxəyüllərinin  inkişafıdır.

-Siz  bilən tülkü  nə  fikirləşdi ? O nə edə  bilərdi?

Şagirdlərin  müxtəlif  cavablarını  dinləyəndən  sonra  təmsilin  davamını  oxuyuram.

Şagirdlərin cavablarından sonra qaldığım yerdən təmsili oxuyub qurtarandan sonra  II  hissəyə aid suallarla uşaqlara müraciət edirəm.

S- Tülkü nə üçün ovu aparmağa tələsmirdi?

— O, nəyi gözləyirdi?

-Ayı və şir savaşmadan tülkü gəlib onların ovunu apara bilərdimi?

-Onlar savaşaraq istədiklərinə nail ola bildilərmi?

Cavablar belə oldu:.

C-  Bizim fikrımizcə,  əlbəttə ki, tülkü gözləməli idi. Çünki, qorxurdu. O hiyləgər olduğu üçün tələsmirdi. Bilirdi ki, onlar inadkar olduqları üçün sonacan savaşaraq əldən düşəcəklər.

C- Biz düşünürük ki, əgər ayı və şir acgözlükərini inadkarlıqla həyata keçirməyə çalışmasaydılar və bir-birini dostcasına dinləməyi bacarsaydılar, o zaman onlar öz ovlarını  rahat-rahar yeyə bilərdilər.

C-Bizim komananda üzvləri belə qərara gəldik ki, əgər onların xasiyyətləri yaxşı olsaydı , tülkü kimilərin planları baş tutmazdı   və   onların   hiyləgərlikləri   üçün meydan açılmazdı.

Komandaların cavablarını dinlədikdən sonra komandalara  belə bir sualla müraciət edirəm.

S- Mənfi və müsbət keyfiyyətlərin fərqi nədir?

C-Mənfi keyfiyyətli ,  pis xasiyyətli insanlar heç zaman həyatda uğur qazanmırlar; onlar  hər zaman  ətrafdakılarla pis münasibətdə olurlar. Belə insanların aqibəti isə hər zaman ayı və şirin aqibəti kimi olacaq.

-Müsbət   keyfiyyətli  ,  yəni xoş xasiyyətli insanlar hər zaman və hər yerdə hörmət qazanırlar;  belə insanlar ətrafdakılara zərər verməyən insanlardır.

İki pis  xarakterli  insanların  bir-biri ilə dostluğu baş tutmaz.

Şagirdlər fikirlərini   söylədikdən sonra onlarıni bilikləri həyatla  əlaqələndirmək üçün ,  bu günki   reallığa  yönəldirəm  və  bu  istiqamətdə  suallar  verirəm.

S-Aramızda elələri olur ki, ondan nə istəyəndə vermir və ya bir söz soruşanda kobud cavab verir. Belə uşaqlara qarşı münasibətiniz necədir?

C-Biz belə düşünük ki, onları tərbiyələndirmək lazımdır. Uşaqlar öz şəxsi əşyalarını yoldaşları ilə paylaşmalıdırlar.

C- Bu fikirlə bizim komanda da razıdır. Heç  zaman yoldaşa kobud cavab  vermək olmaz, çünki bu ədəb qaydalarına uyğun deyil.

-Biz onları başa salmalıyıq ki, bu pis hərəkətdir, belə münasibərlər yoldaşları bir-birindən uzaqlaşdırır. Biz bu fikirləri belələrinə başa salsaq yəqin ki, yoldaşımız bir daha o hərəkətləri təkrar etməz.

Müzakirələrdən sonra təmsili cütlükdə oxumağı, təmsildə olan çətin sözləri seçib aydınlıq gətirməsini tapşırıram.  Bu  fəaliyyətə  beş  dəqiqə  vaxt  ayırıram  və  çarx   ilə  oxunun yoxlanacağını  onların  nəzərinə  çatdırıram.

Cütlükdə   oxu   qurtardıqdan   sonra   kiçik   çarxın  əqrəbini   işə   salıram  və  sonda dayandığı    rəqəm   komandaların    həmin   nömrəli   üzvünün    təmsili   oxuması   təklif  olunur.    Bu  təlim fəaliyyətində  şagirdlər   daha   məsuliyyətli  olurlar.  Şagirdlər bilmirlər ki,  kim oxuyacaq  və  bilməmək baxımından bu üsul onlarda məsuliyyət hissini artırır.

Əgər  ənənəvi  üsulda  bu  bilik  şagirdlərə   hazır   şəkildə  ötürülürdüsə, onların fikirləri ilə maraqlanmadan,  hər bir məlumatı müəllim söylədiyi kimi yadda saxlamaları tapşırılırdısa,  konstruktiv  yanaşma  ilə  interaktiv   təlimdə  bu belə deyil, bilik şagirdlərə hazır şəkildə verilmir. Hər bir şagird öz daxili görümündən  çıxış edərək,  yaradıcı olaraq sualları cavablandırır.  Onlar öz bilikləri əsasında yeni biliklər qazanırlar və   bu bilik onların özlərinin yaratdıqları bilik olduğu üçün uzun müddət onların yaddaşlarında qalır. Bir üstün cəhəti də qeyd etmək istəyirəm ki, şagirdlərə verilən hər bir sualı koperativ komandalarda müzakirəsi zamanı komandanın hər bir üzvü öz fikrini komandanın digər üzvünə çatdırır. Fikirlərin qarşılıqlı təması nəticəsində onların bilikləri daha da genişlənir və möhkəmlənir.

Sonra dərsin II  hissəsinə keçirəm. Bu mərhələ biliklərin əks olunması mərhələsidir.

Öncədən hazırladığım işci vərəqlərini komandalara paylayıram. İşci vərəqlərində 4-5 sual və tapşırıqlar olur. Bu suallar sadədən mürəkkəbə doğru gedir. Burada suallar biliyin yoxlanılmasına,ümumu və fərqli cəhətlərin secilməsinə,  səbəblərin göstəriməsinə, təsnifata, təxayulun əksinə, məzmunun bir hissəsinin vizual görüntü etməsinə və s.istiqamətlənir

  

İşçi  vərəqlərindən nümunələr:

 

 

 

Komanda 1.        

1. Tülkü hiyləgər olmasaydı, dovşanı yeyə bilərdimi?

________________________________________

2. Tülkü və şirin xarakterində fərqli cəhətlər nədir?

________________________________________

3. Nəyə görə bəzi insanlar hiyləgər olur?

_______________________________________

4. Hekayə qurun. Günlərin birində tülkü şirlə dostluq                     

etmək istəyir.  ……

5. Təmsilə aid olan bir şəkil çəkin.

Komanda 2                                                                                                          

1.Ay ı və şirin yerinə insanlar olsaydı, sizin fikrinizcə,

onlar necə hərəkət edərdi?

_______________________________________

2.Ayı və şir istəyərəkdən, öz ovlarının tərbiyəsini  tülküyə tapşırardılarmı?

_________________________________________

3.Təmsilin nağıldan fərqi nədir?

_________________________________________

4.   Təmsili səhnələşdirin.

__________________________________________

5. Ev   heyvanlarına   aid  təmsil   yazın

________________________________________

 

Komanda 3   

1.Təmsili  sözlə  təsvir edin.

_______________________________________

2.Təmsilin xüsusiyyətlərini sadalayın:

________________________________________

3.Nəzm və nəsr arasındakı fərq nədir?

_________________________________________

4.Hekayə qurun.

Lalə ilə Jalə rəfiqə idilər. Onlar həyətdə oynayanda

Lalə dondurma aldı. Amma…….

5.Təmsili  səhnələşdirin

Komanda 4

1.Nəyə görə insan cəsur   və qorxmaz  olmalıdır?__________________

_________________________________________

_________________________________________

_________________________________________

2.Heyvan  obrazları  olan  bütün  əsərləri  təmsil   adlandırmaq olarmı?

__________________________________________

3.Ayı, şir, tülkü və dovşan bunlardan bir heyvan kimi

hansından xoşunuz gəlir və nə üçün?

___________________________________________

___________________________________________

4.Cırtdan nağılındaki Cırtdanı bu təmsildəki hansı heyvana oxşadasınız? Fikrinizi əsaslandırın

____________________________________________

____________________________________________

5.Təmsili  rollu oyunda  göstərin

 

Bu  tapşırıqaların  yerinə  yetirilməsinə  7-  10  dəqiqə  vaxt  verilir. Vaxt  bitdikdən  sonra  komandanın liderləri işi  təqdim edirlər. Qiymətləndirmə  komandaların   müzakirəsinə   verilərək, müəllimlə komandalar tərəfindən aparılır.

Bu  təqdimat  bir  növ  şagirdlər  üçün  həm  dinləmə  ,  həm  müzakirə  ,  həm də  qiymətləndirmə  olur.  Təqdimata  bu  cür  yanaşma  şagirdlərdə  diqqəti  inkişaf  etdirməklə  yanaşı  düzü  səhvdən  ayırma, obyektivlik, düzgün  nəticəyə  gəlmək  bacarıqlarını  inkişaf  etdirir. Bu  hər bir  dərs  təlim tərbiyənin bir  təlimlə  qurulan  vəhdəti  kimi  həe  bir  şagirddə  akademik  bilik  yaratması  ilə  yanaşı  sosial  bilik  və  bacarıqlarnı  qurur və  standart   bilgilərlə  çox-çox    kənara  çıxmış   olur.  Bu   təlimlə   işləyərkən  standartı  yerinə  yetirməmək   problemi  yox   dərəcəsində  olur.  Burada  hər  bir  şagird  özü   öz  biliklərindən   çıxış   edərək   standart  üzərində   əlavə   biliklər  toplayır  və  qurur.

 

 

 

 

 

 

 

 

Baxış: 4056

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe