Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv yanaşma ilə interaktiv təlimlə Ədəbiyyat fənnindən qurulan dərs nümunəsi .

 

Fatma xanım Bunyatova 

Ədəbiyyat  V sinif (A.Süleymanova  və b.)

Mövzu: “Müəllimin arzusu”

  slyd


Konstruktiv   yanaşma  ilə  interaktiv dərs  iki  hissəli  dərsdir. Dərsin birinci hissəsi üç mərhələdən ibarətdir. Hər mərhələdə görülən iş sonrakı mərhələ ilə əlaqəli olduğu üçün şagirdlər silsiləli təlim  və əqli fəaliyyətdə olurlar. Şagirdlər 4 nəfərdən ibarət komandalarda təlim fəaliyyətində olurlar

Standart  1.1.1.; 1.1.2; 1.1.3; 1.2.4; 2.1.1.; 2.2.1.;

 

Məqsəd :

— şagirdlərin    arzu   haqqında   anlamlarını   üzə   çıxartmaq   və   onu genişləndirmək;

-mətnə   sual   qoymaq,   suala   ətraflı  cavab   vermək,  ifadəli  oxu  bacarıqlarını   inkşaf    etdirmək;

— şagirdlərin   cütlükdə   və    komadada    qarşılıqlı   müzakirə   bacarıqlarını inkişaf   etdirmək;

Təlim  fəaliyyətləri:  cütlükdə   oxu ;  cütlükdə   müzakirə ;  komandada müzakirə;

Təlim texnologiyası:  konstruktiv   yanaşma   ilə  interaktiv  təlim – F.Bunyatova.

Resurslar: dərslik,  MMV ,  paylama  materialları, multimedia, işçi  vərəqləri, lüğətlər,  təqdimat,  kompyuter,  proyektor.

 

                                                                         Konstruktiv yanaşma  ilə interaktiv  təlimlə qurulan  dərsin    qısa şərhi.

 

Dərsin birinci hissəsinin mərhələləri:

I mərhələ

Axtarış və mövzuya aid anlamın üzə  çıxarılması.

Bu  mərhələdə  mövzunun  mənasını  açmaq , şagirdlərin bu mövzü haqqında nə bildiklərini ortalığa çıxartmaq üçün, müəllim  şagirdlərin qarşısına araşdırma-axtarış sualları qoyur.

Axtarış  və anlamı üzə çıxartmaq üçün istifadə edilən suallar: nə?  kim? bu söz sizə nə deyir? Siz bunu necə başa düşürsünüz?  və s.  Bu  suallar  şagirdlərin   savadlılıq səviyyəsindən  anlam,  dərketmə   səviyyəsinə  qədər mətnin adının mənasının, anlamını hansı səviyyədə olduğunu  müəyyənləşdirməyə istiqamətlənmişdir. Müəllimin qoyduğu suallar komandalarda müzakirə edilir və ortaq bir rəyə gəlinir. Bu məqamda  eyni vaxtda bütün  komanda  üzvləri müzakirəyə qoşulur və hər kəsin rəyi komanda daxilində dinlənir. Bu zaman intensiv bilik mübadiləsi aparılır və biliklərlə paylaşma gedir. Komanda ümumi bir fikrə  gəldikdən  sonra  komandadan  seçilən  liderlər  tərəfindən  təqdim olunan    ümumi  rəy,  fikir sinif müzakirəsinə çıxarılır. Bu müzakirə mərhələsində komandaların gəldiyi rəylər  dinlənilir, müqayisə edilir  və mövzunun adının  mənası birlikdə açılır. Hər bir mövzunun adı özündə , mövzuda keçən ideyanın yığcam mənasını kəsb edir. Mətnin  adının anlamı –mənanın düzgün  açılması , mətndə gedən əhvalat və yaxud  qoyulan problem hər bir şagird təxəyyülündə özünəməxsus obrazın yaradılmasına şərait yaradır.

II mərhələ

Müəllimin əlavəsi.

Bu mərhələdə şagirdlərin şəxsi təxəyyülü vasitəsilə yaradılan  obrazlara müəllimin əlavəsi olur.  Müəllimin  məntiqi əsaslarla , şərtlərlə yeni  bilik elementlərinin əlavəsi, şagirdləri düşünərək, əqli əməllər edərək,   bu  yaranmış obrazda  yeni  çalarlar yaradaraq  biliklərini  genişləndirməyə sövq edir.. Yeni biliklər, müəllimin şagirdlərin əldə etmiş biliklərinin əsasında qoyduğu məntiqi şərtlərin  əməlindən yaranır.

  

III  mərhələ

Anlamın biliyə çevrilməsi

Bu mərhələdə şagirdlərin yaratdıqları  anlam dəqiq biliklərə çevrilir. Bu çevrilmə dərslikdəki verilən tapşırıqlar üzrə və müəllimin verdiyi paylama materiallarında verilən tapşırıqların  yerinə yetirilməsi zamanı alınır. Paylama materialı üzrə iş komandada aparıldığı üçün hər bir komandanın üzvü bu işə qoşulub  müzakirə apararaq tapşırıqların yerinə yetirilməsində iştirak edir. Kollektiv işdə kollektiv müzakirə zamanı biliklər tətbiq edilərək möhkəmlənir və sözə çevrilərək  qaydalaşma prosesinə düşür.

Bu mərhələdə də  müəllimin dərslikdən verdiyi tapşırıqlar və ya  paylama materialında verilən sual və tapşırıqlar sinif müzakirəsinə çıxarılır  və bu zaman  tapşırıqların nə qədər düzgün yerinə yetirilməsi üzə çıxanda hər bir şagirdin şəxsi biliyi bir daha da bu prosesdə nizamlanır.

Dərsin  I hissəsinə 20-25 dəqiqə vaxt ayrılır. Bu vaxt müəllimin qoyduğu məqsədə əsasən   dəyişə də bilər.  Dərsin  I hissəsinin bu üç mərhələsində şagirdlər  komandada  təlim və əqli fəaliyyətlərdə olaraq  öz biliklərini məntiqi suallar, şərtlər və qaydalar əsasında  düşünərək cavablandırır , yeni biliklər yaradaraq, öz bilik dünyalarını qururlar.

 

Dərsin ikinci hissəsi:

Dərsin 2-ci hissəsi 3 mərhələdən ibarətdir.

 I mərhələ “İşçi vərəqləri üzrə iş”

Dərsin bu mərhələsində məqsəd şagidlərin əldə etdikləri biliyin işçi vərəqlərində verilən tapşırıqlar üzərində tətbiqi səviyyəsini yoxlamaqdır. Əsas məqsəd şagirdlərin qazandıqları biliklərin tətbiqinə,  onun analizinə, sintezinə və qiymətləndirilməsinə yönəlir. Bu hissənin əsas məqsədlərindən  biri də   şagirdlərin əldə etdikləri biliklərin yaradıcı  tətbiqi  və onun müzakirəsidir. Bu məqsədin reallaşması işçi vərəqlərinin üzərində aparılan işlərlə olur. İşçi vərəqlərinin sualları  biliyin  inkişaf  mərhələləri  əsasında (H.Qardner)   və yaxud , B.Bulumun İdrakın taksonomiyası əsasında qurulur.

Suallar sadədən mürəkkəbə doğru elə keçməlidir ki, komandanın hər bir üzvü  öz səviyyəsinə uyğun tapşırığı yerinə yetirə bilsin. İşçi vərəqləri üzrə iş yerinə yetiriləndən sonra seçilən öncüllər tərəfindən  sinifdə təqdimat edilir.

 

II mərhələ

Komandalarda görülən iş müəllimin və yaxud komandanın özünün seçdiyi lider tərəfindən təqdim edilir. Təqdimat olunanda cavabların düzgünlüyünə , gəlinən nəticələrin əsaslığına  və yaradıcı tətbiqə diqqət yetirilir. Bu  təqdimatlarda  sinifin bütün şagirdlərinin fikri , işi olduğundan müzakirələr çox böyük diqqətlə dinlənilir və müəllimlə bərabər komanda üzvləri  tərəfindən  qiymətləndirilir. Dərsin bu yekun hissəsində şagirdlərin əldə etdikləri biliklərin  müzakirəsi zamanı bir daha onların bilikləri çevrilməyə məruz qalaraq  möhkəmlənir.  Bu dəyişən, yeniləşən  bilik şagirdlərin təfəkkürlərində olan bilik sistemində öz yerini daha da möhkəmləndirir.

III mərhələ

II hissənin son mərhələsi olan refleksiyada (daxili görümün üzə çıxardılması) qoyulan məsələnin , söz ilə görümün dəqiq təsvirində yaranan bilik strukturlarını izləmək olur.

         

 

    Dərsin birinci hissəsinin gedişatı

Araşdırma sualları

 

 

Slide3

 

Müəllim araşdırma sualları vasitəsi  ilə şagirdlərin  mətnin adının anlamını üzə çıxardır və bu anlamı genişləndirərək şagirdlərə mətndə nədən söhbət getdiyini  özləri üçün müəyyənləşdirməsinə şərait yaradır.

Təlim fəaliyyəti “komandada müzakirə”; şagirdlər komandada asta tonda müzakirə apararaq , bir-birinin fikrini dinləyərək ümumi bir nəticəyə gəlirlər və komandadan seçilən öncül komandaların rəyini bildirir.Alınan cavabları müəllim ümümiləşdirəndən sonra yeni bir sual verir.

 

Slide5

Şagirdlərin cavabları dinlənilir. Əgər cavablar təkrarlanırsa onda sual qoyulmalıdı: Nəyə görə siz yoldaşlarınızın fikri ilə razısınız?

2. Müəllimin əlavəsi

Müəlim: Bugünkü mövzumuz  “Müəllimin arzusu” hekayəsidir. Bu hekayəni yazıçı Gülhüseyn Hüseynoğlu yazmışdır (yazıçı haqqında qısa məlumat verilir.

Slide4

 

Cavablar  dinləniləndən sonra müəllim hekayəni qısa şərh edir, Müşviq haqqında bilgi verir

Slide6

 

 

 

  3. Anlamın biliyə çevrilməsi.

   Dərsliklə iş.

   Müəllimin tapşırığı:

1)    hekayəni cütlükdə oxuyun;

2)     tanış olmayan sözləri seçin və izah edin;

3)paylama materialında verilən  sualları komandada müzakirə edərək cavblandırın;  (paylama materiallarının sualları  hər bir komandaya ayrı –ayrı olanda müzakirə dairəsi geniş və həmdə maraqlı olur)

 

Paylama materiallarının nümunəsi

Slide7

 

 

 

 

  1. Əsərin ideyasını  ( “ideya” latın mənşəli sözdür və onun mənası: o, nə görünürsə,)  hansı cümlələrlə ifadə edərsiniz?  Nəyə görə bu cümlələri seçdiniz?
  2.  Hekayəyə 4-5 sual qoyun.
  3. Şagirdlərin hansı maraqlarını aşkar etdiniz?

Bu tapşırığa ayrılan vaxt bitdikdən sonra şagirdlərin oxusu  müəllim tərəfindən seçimlə yoxlanılır və yeni sözlərin izahatı dinlənilir. Bundan sonra komandadan seçilən öncüllər  paylama materialında sualların cavablarını təqdim edir ,  onların müzakirəsi keçirilir ,  bu zaman biliklərin   paylaşması  və   biliklərin yenidən qurulması prosesi davam edir. Birinci hissə müəllimin  komandaların cavablarının ümumiləşdirməsi və əlavələri ilə nəticələnir.

                       Dərsin II hissəsinin gedişatı

  1. 1.     İşçi vərəqləri üzərində iş

İşçi   vərəqlərindən   nümunə:

(Bu dərsə 2 saat vaxt ayrıldığı üçün 1-ci saatda işçi vərəqlərində mövzuya qoyulan suallar  biliyin əldə edilməsinə, onun başa düşülməsinə , şərh edilməsinə , nəql edilməsinə,  əks edilməsinə  yönəlmişdir .)

Slide8

2.Görülən işin təqdimatı

Təqdimat komandada seçilən və ya müəllim tərəfindən nömrələrlə seçim edilən öncüllər(liderlər)  tərəfindən təqdim olunur və müzakirə edilir. Müzakirə zamanı müəllim cavabları qəbul edir, amma qiymətləndirmə məqamında sinifə “düzdür?, düz deyildi? sualları ilə müraciət edir)

 

  1. 2.     Qoyulan  meyyarlarla     komandaların  işinin   qiymətləndiriliməsi və   refleksiya.

Komandaların   təqdimatı    müəllim   və   şagirdlər   tərəfindən   qiymətləndirilərək sonda   və   ortaq   qiymət çıxarılır.

  1. 3.     Ev  tapşırəğı: Mikayıl Müşviq,  Gülhüseyn   Hüseynoğlu   və  Zəhra Salayeva   haqqında  əlavə    material  toplayın.

 “Müəllimin arzusu”  mövzusunun ikinci saatı

Dərsin I hissəsi .

•M.Müşfiq, Gülhüseyn Hüseyn oğlu  və Zəhra Salayeva haqqında əlavə məlumat üzərində iş.
•Alınan  biliklərin  müzakirəsi  və   və paylaşması.

Bu  iş  müəllimin  və  şagirdlərin  öncədən   M.Müşviq,  Gülhüseyin   Hüseynoğlu  və Zəhra  Salayeva   haqqında   hazırladıqları   materiallar    əsasında  görülə  bilər.  Görülən işin  nəticəsi sinif  müzakirəsinə  çıxardılır  və   müzakirə zamanı    biliklər   ictimailləşir.

Mətn üzrə iş aparılır.

M.Müşfiq, Gülhüseyn Hüseyn oğlu  və Zəhra Salayeva haqqında əlavə məlumat   üzərində   iş.

  1. Alınan   biliklərin   müzakirəsi   və   paylaşması.

Bu iş müəllimin və şagirdlərin öncədən  M.Müşviq, Gülhüseyin Hüseynoğlu və Zəhra Salayeva haqqında hazırladıqları  materiallar  əsasında görülə bilər. Görülən işin nəticəsi sinif müzakirəsinə çıxardılır və müzakirə zamanı biliklər ictimailəşir.

Slide11

 

Dərsin II hissəsi

Bu mərhələdə mətn üzrə iş aparılır.

Bu iş B.Blumun taksonomiyasına əsasən və ya H.Qardnerin “Çox sahəli zəka”  nəzəriyyəsinə uyğun olaraq  qurula bilər. Mətn üzrə iş müəllimin hazırladığı işçi vərəqlərində aparılır.

1.     B.Blumun   taksonomiyasına   əsasən    hazırlanan   işçi vərəqlərindən   nümunə http://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D0%BA%D1%81%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%B8%D1%8F_%D0%91%D0%BB%D1%83%D0%BC%D0%B0

http://mix.az/interesting/page,1,2,48669-muasir-tehsil.html

Slide12

2.     H.Qardnerin  “Müxtəlif üsullarla dərketmə zəka nəzəriyyəsi” http://www.tehsilproblemleri.com/?p=1490 əsasında hazırlanan tapşırıqlar. Bu tapşırıqların yerinə yetirilməsi üçün yaradılan qruplar  spontan  ( şagirdlərin istəklərinə əsasən) və ya müəllim tərəfindən formalaşdırılan ola  bilər; tapşırıq fərdi halda da yerinə yetirilə bilər.

Slide13

3.Tapşırıqların  təqdimatı  və  müzakirəsi.

4.Refleksiya

5.Qiymətləndirmə  meyarları:

1. Komandada   birgə  fəaliyyətin   səviyyəsi

2.Asta  danışmaq  bacarığı

3.Əsaslı  sual  qoyma  bacarığı

4.Verilən suala əsaslı  cavab  verilməsi

5.Hekayənin  düzgün   planlaşdırılması

Qrup numayəndəsi və ya fərd özü işini təqdim edir ,  müzakirə edilir.

          3. Qiymətləndirmə və refleksiya.

Hər iki tapşırığın  qiymətləndirmə  meyyarları  fərqlidir.

C.Blumun taksonomiyasına əsasən qurulan tapşırıqlarda  şagirdlərin əqli bacarıqlarının  səviyyəsinin ölçüsü əsas götürülür.

Meyyarlar belə ola bilər:

-cavabın məntiqi əsaslandırması;

— bir bədii formadan o birisinə çevirmə;

-düzgün seçim etmək;

-təxəyyülün əks edilməsi;

-qiymətləndirmə;

-yaradıcılıq;

— komandada  birgə  fəaliyyətin  səviyyəsi;

 

H,Hardnerin “Çox sahəli zəka” nəzəriyyəsi əsasında hazırlanan  işçi vərəqlərinin qiymətləndirmə meyyarları:

-Hekayənin  ardıcıllıqla nəql edilməsi;

-məntiqi sualların düzgün əsaslarda qurulması və cavablandırılması;-

— daxili görümün obrazlı təsviri;

-təxayülün dolğun cümlələrlə əks edilməsi;

-rollar üzrə oyunda rollara uyğun cıxış;

— şeirləri dinlədiyiniz  zaman yaşadığız duyquların təsviri;

—düzgün secim etmək;

-təxayülün əks edilməsi;

-qiymətləndirmə;

-yaradıcılıq;

təhlil;

komandada birgəfəaliyyətin səviyyəsi;

Təqdim olunan konstruktiv yanaşma ilə interaktivdərs nümunəsində  oxu strategiyasının hər üç mərhələsi : oxudan əvvəl , oxu zamanı və oxudan sonra 1-ci dərsdə öz açıqlamasını şagird fəaliyyətində tapdı. Dərsin 2-ci saatında oxudan sonrakı proses yüksək idraki bacarıqlarının  yaradılmasına və onların inkişafına yönələn fəaliyyətlər aparılmışdır. Bu fəaliyyətlər B.Blumun taksonomiyası — tətbiq, təhlil , sintez, qiymətləndirmə  səviyyəsində göstərilmişdir. Bununla yanaşı H.Qardnerin “Cox sahəli dərk etmə nəzəriyyəsi” əsasında hər bir şagirdin daxili yaradıcı potensilanın açılmasına istiqamətlənmiş tapşırıqlar , bu potensialın açılmasına zəmin yaradır. Dərsin quruluşunda göstərilən şagirdlərin təlim fəaliyyətləri ilə bərabər əqli fəaliyyətləri bu prosesdə iştirak edən  hər bir şagirddə sosial vərdiş və bacarıqların yaradılması ilə bərabər intellektual bacarıqlar da yaradır. Bu rejimdə işləyən şagirdlər tədricən bu bacarıqları öz təfəkkürlərinin və davranışlarının işlək mexanizminə çevirərək , onlardan dərketmə və ünsiyyət qurma prosesində bir alət kimi istifadə etmək bacarığına yiyələnirlər.

Müəlliflər tərəfindən mövzüya qoyulan standartların acıqlamasını göstərməklə  bu standartların reallaşmasının və gözlənilən nəticəni göstərmək istərdik.

1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə izah edir.

1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.

1.1.3. Süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.

2.1. Şifahi nitq bacarıqları  nümayiş etdirir.

2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı diskussiya və təqdimatlarda istifadə edir. 

2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini obrazlı sözlərdən və ifadələrdən istifadə etməklə şərh edir.

Dərs ərzində standartların reallaşması istiqamətində qoyulan suallardan standartların reallaşması   və standartlardan kənar nə qədər blik və bacarıqların inkişafı getdiyini sadəcə görmək çox çətin deyildir. Bu standartda göstərilməyibdir.  Bunların  əksəriyyəti  yüksək idraki yəni düşüncə bacarıqlardır.  Buna  psixologiya elmində  metakoqnitiv  bacarıqlar da deyilir. Bu bacarıqlar bir səviyyədən o biri səviyyəyə yumşaq keçid edərək bilikdən  qavramaya, qavramadan tətbiqə, tətbiqdən təhlilə, təhlldən sintezə, sintezdən qiymətləndirməyə  və qiymətləndirmədən yaradıcılığa gətirib çıxarır. Bununla yanaşı hər bir şagirdin düşüncə tərzinə uyğun tapşırıqların olması onlara təbii düşüncə axarında inkişafa imkan yaradır. Bütün bu proseslər dərs ərzində müəllim tərəfindən qoyulan tapşırıq və sualların cavablandırılmasından əmələ gəlir. Və əgər bizim dərslərimizdə daima  bu sadalanan idraki proseslər getsə onda kurikulumun önə çəkdiyi məqsədlərə nail olmaq çox da çətin olmaz.

P.S Bu yazı bu mövzunun bir variantıdır. Müəllimin texniki cəhətdən imkanı belə olmasa  bu  ardıcıllıqla  qurulan  dərs  yenə  də öz keyfiyyətini göstərəcəkdir, çünki dərs prosesində texnika köməkçi vasitədir, dərsin özülü isə metodologiyadır.

 

                                        Fatma xanım Bunyatova “İdrak məktəbi»nin direktoru

 

Baxış: 7521

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe