Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Təlim strategiyaları və pedaqoji texnologiyalar

Fatma xanım Bunyatova

Presentation1Strategiya” yunan mənşəli sözdür  ( “sərgərdənin incəsənəti” )  və  təhsildə  təlim strategiyası  anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.

Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni,  siyasi və ictimai reallığı ilə bağlıdır.

Təhsil prosesində  təlim strategiyasının vacibliyi ondan ibarətdir ki  o   asan metod və usullarla  öyrənçilərə öyrənməyə imkan yaradır.  Təlim strategiyasının vacib amillərindən biri də interaktiv  və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma  təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır.

Təlim strategiyaıları  dəqiq nəticə əldə etmək ücün qurulan təlim modelidir və onlar xüsüsi

proqramlarla həyata keçirilir. Təlim strategiyasını müəyyən  etmək üçün təlimin məqsədini, təhsilin məzmununu öyrənərək, təlim  prosesində öyrənçilərə verilən tapşırıqların məzmunundan  nəyə istiqamətləndiyi təhlil edilməlidir.

Təlim strategiyasının başlıca məqsədi — təlim verməkdir. Burada əsas məsələ təlimin nəticəsidir.

İnsan biliyi üç yolla : eşitmə ,  vizual- görmə  və kinestetik əməllərlə alır. Bu prosesdə  öyrənçilərə rahat və keyfiyyətli təlim verilməsi üçün çoxsaylı  təlim strategiyası yaradılmışdır. Bunlardan ən önəmlisi

24

Təlim strategiyaları:

Əqli hücüm, yaradıcılıq, qurucüluq,   konstruktiv,  çoxsahəli zəka    modelləşdirmə,  ənənəvi mühazirə,kooperativ oyun, sokrat dialoqu  və s.

 

Müəllimlərin   təlim strategiyalarını  düzgün həyata keçirməsi üçün  qaydalar  hazırlanmışdır. Bu qaydalarda öyrənçilərə( http://www.gumer.info/search_results.) öyrəndiyinin mahiyyətini axtarmaq, öyrənməyə hissələrlə başlamaq, təkrarlamaq, öyrənmək və öyrənmək, qısa məzmundan istifadə etmək, öyrənərkən fikrini yayındırmamaq və s. kimi yanaşmalar  öz əksini tapmışdır.

Dünyanın tanınmış  Mikrosoft və  İntel (http://www.intel.ru/content/www/ru/ru/education/k12/project-design/design/projects-in-action.html)

şirkətləri müəllimlərin yeni təlim strategiyalarına yiyələnməsi ücün təlimlər keçirir. Təlimlərin əsas məqsədi yeni kompüter proqramlarını  təlim strategiyaları ilə inteqrasiya edib,  dərs prosesində istifadə etməkdir. Bu təlimlər Azərbaycanda da keçirilir və müəllimlər bu təlim strategiyalarından yeri gələndə istifadə edirlər.

Təlim strategiyaları  aşağıdakı əsaslar üzrə qurulur:

—          fəal və özünüidarə edən təhsil;

—          şagirdlərin bilik və bacarıqlarına əsaslanma;

—          refleksiyaya istiqamətlilik;

—           şagirdin idrakının, sosial kompetentliyinin inkişafı;

—          təlim prosesində  interaktivlik və kooperativlik;

Bu əsaslar özündə zamanın, sürətlə inkişaf edən cəmiyyətin məktəbin qarşısına qoyduğu məqsədləri güdür.

Təhsil prosesində təlim strategiyası ilə yanaşı, pedaqoji  texnologiyalar da  tətbiq edilir.

Təlim  strategiyasının  təlim texnologiyası ilə ümumi oxşarlıqları və fərqləri var.

Oxşarlıq  ondan ibarətdir ki, həm təlim strategiyası, həm də təlim texnologiyası öyrənçini inkişafa yönəltməyə ,  bilik əldə etməyə, qoyulan məqsədə catmağa köməklik edir.

Fərqlər isə bunlardan  ibarətdir:

— təlim strategiyası “təlimin bu və başqa məqsədlərinə catmaq ücün biz nə edirik ki?” sualını cavablandırır;

— təlim texnologiyası isə  “ təlim məqsədlərinə effektli çatmaq üçün biz nə etməliyik?” sualına cavab verir

Amerikada çap olunan “The leaning Revolution”- (“Təlimdə inqilab”) (Gordon Drayden, Dr. Jeannette Vots 2002)kitabında müəlliflər  təlim yollarının dəyişməsi  məsələlərinə toxunaraq bu dəyişmələrdə hansı nailiyyətlərin əldə edilə biləcəyini göstərirlər. http://www.klex.ru/9k5    ) Müəlliflər Amerika və Qərb pedaqoji metodlarını araşdırarkən belə bir nəticəyə gəliblər: “təlim o zaman effektli olar ki, hər bir fərd onu tətbiq edərkən özünə xeyir gətirəcək, təlim özü dərk etməyə, özü öyrənməyə, özü qiymətləndirməyə, özü tətbiq etməyə yönələcəkdir”. Bu nöqteyi-nəzərdən onlar təlimin «İnqilabi modeli»ni hazırlamışlar və bu modeldə onlar dünya praktikasında özünüinkişafa, özünüdərkə, özü-özünü təlim etməyə aid olan pedaqoji texnologiya və metodları  sistemləşdirərək, onun effektliyini, məqsədə uyğunluğunu, təyinliyini,  konseptuallığını və başqa xüsusiyyətlərini göstərmişlər.

Pedaqoji texnologiya və metodların çoxluğu bəzən müəllimləri çaşdıra bilir və onlar öz fəaliyyətlərinə və məqsədlərinə uyğun texnologiya seçərkən  Rusiya alimi və tədqiqatçısı German Selevkonun  gəldiyi qənaəti nəzərə almalıdırlar. German Selevkonun  fikrincə, hər bir pedoqoji texnologiya sistemliyi və ardıcıllığı özündə ehtiva edir və o bir neçə əsaslı metodoloji tələblərə cavab verməlidir. Bu tələblər aşağıdakılardır:

1.Konseptuallıq.

Pedaqoji texnologiyanın konseptuallığı hər bir pedaqoji texnologiyanın  elmə əsaslandığını nəzərdə tutur. Bu əsaslanma  özündə təhsil məqsədlərinə catmaq ücün psixoloji, didaktik, sosial- pedaqoji prossesləri ehtiva edir.

       2. Sistemlilik.

Pedaqoyi  texnologiyanın sistemliyi  özündə  sisteminin bütün xüsusiyyətlərinin  olması  deməkdir.  Bunu isə prosesin məntiqliyi və hissələrinin bir-biri ilə qarşılıqlı bağlanması və tamlığın əmələ gəlməsi kimi izah etmək olar

3.  İdarəetmə.

Təlim prosesi layihələndirmə, planlaşdırma, şagirdlərin qarşılıqlı fəaliyyətlərinin

idarə olunması mərhələlərini əhatə edir. Bu zaman diaqnostika apararaq səhvlərin

düzəldilməsi, ayrı-ayrı vasitələrdən istifadə və təhsil prosesini idarə etmək imkanları yaranır.

      4.  Effektivlik.

Müasir pedaqoji texnologiyalar çox mürəkkəb bir  şəraitdə yaranır. Təlimin

effektivliyində onun  başqa texnologiyalardan fərqi aşkarlanmalıdır  ki, bu da öz

növbəsində təyin olunmuş bilik standartının yiyələnməsinə təminat versin.

     5.Yenidən tətbiq olunma.

Yenidən tətbiq olunma  pedaqoji texnologiyanın başqa subyektlər tərəfindən digər oxşar eyni tipli məktəblərdə istifadə etməsini nəzərdə tutur.

Təlim texnologiyaların tətbiqi zamanı şərait, pedaqoji – psixoloji mühit və sinfin səviyyəsindən asılı olaraq müxtəlif tələbləri nəzərə almaq və bunları düzgün tətbiq etmək zərurəti ortaya çıxır.

Təhsil siyasətini yürüdən və onu maliyələşdirilməsində əsas rol oynayan Dünya Bankı, 2020 ilə təhsil siyasətini acıqlayaraq inkişaf edən ölkələrin təhsil strategiyasını belə görür: «İnkişaf edən ölkələrdə (Azərbaycan inkişaf edən ölkələr sırasındadır) təlim yeni  ideyalar və innovasiya vasitəsilə qurulmalı, bu ideyalar əsasında təlimlən alanların   əqli potensialını ortaya cıxarmaq və onu bu vasitələrdən istifadə edərək inkişaf etdirməkdir  (Zellik)

İnsan ağlını, onun təfəkkürünü  inkişaf etdirən təhsil strategiyaları və  təlim texnologiyaları   dərk etmə — koqnitiv nəzəriyyə əsasında qurulmuşdur. Koqnitiv elmi nəzəriyyənin əsasları  İsveçrə psixoloqu Jan Piaje, keçmiş sovet psixoloqu Vıqotskiyə məxsusdur. Onların bu gün bir çox ölkələrdə Jerom Bruner, C. Miller kimi davamçıları var və müasir psixo-pedaqoji yanaşmalar bu nəzəriyyəyə əsaslanır. Postsovet məkanında koqnitiv nəzəriyyə üzərində N.Şatalova, E.Knyazeva  və bu yazının müəllifi http://az.wikipedia.org/wiki/Konstruktiv_t%C9%99lim  ayrı-ayrı  baxışdan konstruktiv təlim qurmuşlar (http://window.edu.ru/library/pdf2txt/883/77883/58852 ).

Malayziya, Sinqapur, və Sakit Okean hövzəsində olan inkişaf etmiş ölkələrin TN tərəfindən  dəstəklənən  araşdırmacı komandası dünyanın 50 təhsil texnoloqların  siyahısını tərtib edərək beynəlxalq oylamaya cıxartmışlar. Bu siyahıda kecmiş Sovetlər İttifaqından Fatma xanım Bunyatova və onun müəllif olduğu konstruktiv təlim texnologiyasıda yer alıbdır

http://www.surveymonkey.com/s/education_leaders?goback=.gde_4582188_member_231975186

Who are the leaders in education technology? Survey

www.surveymonkey.com

sahiş edirik bu lingə daxil olaraq  (F.Bunyatovaya səs verəsiniz)

Ölkə prezidentinin  2013-cü il 24 oktyabr  tarixli  Sərəncamı  ilə http://www.president.az/articles/9779  “Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası”nın ikinci istiqaməti    “Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir”   Bu   sərəncam kurikulum inkişafında http://www.kurikulum.az/index.php/az/kurikulumlar ceşidli innovativ təlim texnoıogiyaların  istifadəsiinin vacibliyini bir daha dəqiq və aydın əks etdirir. Təlim prosesində ayrı-ayrı pedaqoyi  texnoloqiya, metod və usullsrdan istifadə edilməsi təlimalanlar ücün maraqlı olmasına gətirir. Bu isə öz tərəfindən təlimalanların , fəallığına, bilik bacarıqlarının inkişafı  ilə yanaşı əqli və sosial bacarıqlarının inkişafına da  təsir edir.

 

Baxış: 12114

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe