Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Otra məktəbdə kimya fənnin tədrisində innovativ dəyişikliklər.

images stam Bakı ş.Qaradağ r-nu 228№ məktəbin

 kimya-biologiya metodisti Hüseynova Rimma 

  5-8 .06. 2014  Stambul   universitetində  keciriləcək  Beynəlxalq  təhsil konqresinin elm və təhsil şöbəsində dinlənilməyə qəbul olunan məqalənin tezisləri.

Bu  məqalə təlim prosesinin dəyişikliyinə həsr edilmişdi.  Dəyişiklik yaddaşa istiqamətlənmiş dərs prosesini koqnitiv dərk etmə prosesinə çevirməkdən ibarətdir. Dərk etmə prosesi üzərində qurulan Bunyatovanın konstruktiv yanaşma ilə interaktiv  təlimi şagirdlərə öz biliklərinə əsaslanaraq yeni biliklərini qurmağa imkan verir. J Piajenin koqnitiv nəzəriyyəsinə və  S.Kaqanın kooperativ təlimin təlim fəaliyyətlərinə  əsaslanan bu təlimdə müəllim dərsin dizaynını edərkən şagirdlərin təlim fəaliyyətləri ilə bərabər əqli fəaliyyətlərinidə qurur.  Bu qurğuda ənənəvi  təlim  Konstruktiv yanaşma  ilə  interaktiv  təlimlə  əvəz ediləndə dərsin  məqsədi  müəllim və  şagirdlərin fəaliyyətini  dəyişməklə  bərabər,  dərsdə  əldə  olunan  nətiçələr  də  dəyişir .

Belə ki, ənənvi  təlimdə  diqqət  yaddaşa  yönəldilir və təlim nəticəsi öyrənilən biliyin düzgün əks edilməsindən və onun tətbiqindən gedir.  Bu konstruktiv yanaşma ilə interaktiv  təlimdə  diqqət  üc yönümdə olur.

1. Şagirdlərin interaktiv  təlim fəaliyyətlərində  olarkən əldə etdikləri sosial və akademik bacarıqları.

2. Əqli fəaliyyətdə olarkən əldə etdikləri məntiqi əməlliyatlar bacarıqları.

3. Məntiqi əməliyyat bacarıqlarını tətbiq edərkən  hər bir fərdin daxili yaradıcı potensialının inkişafı.

Konstruktiv yanaşma ilə aparılan inreaktiv təlim prosesində dərs iki hissədən ibarət olur. Birinci hussədə  şagirdlər müəllimin qoyduğu məntiqi suallarla  mövzu  haqqında  biliklərini üzə cıxardaraq paylaşırlar.  Paylaşma zamanı şagirdlərin bilikləri genışlənərək yeni formaya çevrilir. Müəllim şagirdlərin biliklərinə yeni bilik əlavə edərək onların biliklərini dahada genişləndirir. Əldə edilən bilikləri möhkəmləndirilməsi ücün müəllim  tapşırıqlar verir. Tapşırıqlar bilik strukturlarının möhkəmləndirilməsinə   xidmət edir və bu biliklərin paylaşması zamanı hər bir şagirdin bilikləri genişlənərək zənginləşir. Dərsin ikinci hissəsində  isə əks əlaqə yaradılır. Bu əks əlaqə müəllimin hazırladığı işci vərəqlərinin  tapşırıqlarını yerinə yetirilməsi və onun təqadimatı zamanı olur. Əks əlaqənin sualları J.Brunerin  idrak nəzəriyəsinin acar sözlərindən ibarət olur. Bunlar: bilik yönümlüyünə  və onun tətbiqinə , təhlilinə, qiymətləndirilməyə  və yaradıcılıqa istiqamətlənmiş suallar olur. Bu suallar  şagirdlərin  inkişaf səviyyəsini göstərir .  Bu göstəriçilər həm biliyə, həm də koqnitiv inkişafa aid olur.

Baxış: 1617

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe