Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Malayziyanın paytaxtı Kuala-Lumpurda Asiya -2014 Rəqamsal Təhsil sərgisində

Fatma xanım Bunyatova

231Asiyanın inkişaf etmiş ölkələrindən biri olan  Malayziya təhsilə, İKT -nin təhsilə tətbiqinə  və  inkişafına böyük diqqət verir.  Son iki ildə Malayziya TN dəstəyi ilə  Digital Shovv – 2014 komandasının keçirdiyi  Asiya beynəlxalq sərgisini  buna misal gətirmək olar. 27-28 may 2014-ci ildə Paytaxt Kuala -Lumpur şəhərinin ən  möhtəşəm sərgi  zalı olan   KLCC   üc  yüzdən cox özəl  firmaların İKT  proqram materialları ilə bərabər özəl və dövlət məktəblərində, kolleclərdə və universitetlərdə  bu proqramlardan  necə istifadə edildiyi  nümayiş  edildi. Çeşidli İKT proqramları fonunda dərs prosesində  tətbiq edilən 3-4  pedaqoji  texnologyaların təqdim edilməsi məktəbin nə qədər yeni texnoloji inkişafdan geri qaldığını, texnoloji- pedaqoji inkişafa hazır olmadığını ğöstərmiş oldu. Aparılan seminarlarda, təklif olunan kompüter proqramlarından,  multimedia məhsullarından aydın oldu, ki önəm verilən yanaşmalar “flipchart” (tərs sinif otaqları) interaktiv təlimlər və fərdi təlimdir. Bunların hamısı tanış olan bir texnologiyalardır. Orta məktəbdə istifadə olunan  və diqqəti cəkən bir neçə multimedia məhsulları arasında “Thinkersbox” oldu. “Thinkersbox” multimediya məhsulları  ibtidai məktəbdə proqram materialları çərçivəsində riyaziyyat və dil dərslərində şagirdlərin idrakı bacarıqlarını  inkişaf etdirir. Sinqapurda yerləşən bu şirkətin meneceri Erix   mənim rəqamsal təkliflərimdən xəbərdar olduğundan məndən “rande vu”  istədi. Görüş zamnı  Erix  şirkətlərinin təklif portfelindən danışdı. O gələcəkdə yuxarı siniflər üçün də idrakın inkişafına yönəlmiş  multimediya məhsulları hazırlamaq  fikrində olduğunu bəyan etdi  və bu işi  birlikdə görməyi təklif etdi. İlkin qərarımız Erixin şirkəti  ücün distant təlim keçirtmək oldu. Bundan sonra yeni müştərək məhsulları yaratmaq ücün əməli iş gprüləcəkdir. İkinçi önəmli görüş  pr.dr.  Oo Yu Hock  oldu. Dr.Oo  Asia  universitetində  çalışır. Onunla görüşü Banqladeşdən  Asif Mahbub Karim  təşkil etmişdi. Asif  Mahbub Karim mənə məktub yazaraq bizim layihələrlə tanış olmaq istədiyini bildirmişdi. Layihələrlə tanış olduqdan sonra sərgidə görüş təyin edərk bir cox yeni yanaşmaları müzakirə etdik. Banqladeş, Malayziya və Azərbaycan işbirliyi ücbucüağının konturunu cəkərək nə görəcəyimiz haqqında  ortaq qərara gəldik. Malayziyada keçirilən Digital Shou Asiya-2014 sərgisindən cox böyük təssuratla qayıtdım. Diqqətimi cəkən məqamlar: 1. Ölkənin texnologiyaya meyilliyi, onun yaratdığı İKT məhsulları və onu dünya ilə paylaşaraq həm maliyyə qazancı, həmdə bu proqramlara yeni beyinlərin çəlb edilməsi. 2. Müəllimlərin dərslərdə bu texnologiyadan istifadəsi və hesabat xarakterli ölkədaxili konfranslarda cıxış edən professor və müəllimlərimizlə müqayisə etdim…. 3. İKT instrumentləri bu müəllimlərin və onların şagirdlərin əlində oyuncaq kimi görünürdü. Professional olmaq lazım idi ki bunların adını yadda saxlayasan. Bizdə də nə az nə cox 7-8 ildir ki dövlət xətti ilə  əksər müəllimlər  İKT cəlb olunmuşlar. Bir qrup müəllimi cıxmaq şərti ilə yerdə qalan böyük əksəriyyətin  İKT bacarığının necə olduğunu demək lazım gəlmir. Bu təlim verənin və təlim alanın işinin nəticəsidir. 3. Elektron məktəblərinin proqramları, müəllimin əlinin altında coxlu sayda kompüter proqramlarının olması və onlardan yerli-yerində istifadə etməsi müəllimin işini və vaxtını xeyli azaldaraq ona təlim prosesin gedişatı ilə cox məşğul olmağa imkan yaradır. 5.Sərgidə bu məktəblərin işi ilə ətraflı tanış olub, iştirakçı  müəllimlərdən daha da geniş məlumat alandan sonra öz-özümə fikirləşdim:» həmən texnologiyalardan azdan -coxdan bizdədə var, elektron məktəblərimiz də var, dünyada yaraşığına catmayan gözəl məktəblərimz də var. Bəs onların işi haradadır? Onlar bu yeniliklərlə təhsilə nə gətiriblər? Bəlkə  də gətiriblər, amma bu yenilikləri işıqlandıran yoxdur? Hər halda düşünüləsi və çavablandırılası  vaçib olan  sualdır.

Baxış: 1513

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe