Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Türkiyə. Stambul universiteti-ERPA-2014 Beynəlxalq Təhsil Konqresi

Dünyanın ən qədim universitetlərindən biri olan Stambul universitetində iyunun 5-7 ERPA 2014 keçirilən beynəlxalq konfransında  Özəl “İdrak məktəbi” Konstruktiv təlim mərkəzinin üzvləri tərəfindən 6 məqalə təqdim edilmişdir.

Bu konqresi Türkiyənin Sakarya və İstanbul universitetləri ilə birlikdə ERPA assosiasiyası keçirirdi. Konqresin proqramına baxanda görmək olardı ki, burada təhsilin hər sahəsi  müzakirə predmeti  idi.

Bizi əsasən  orta məktəblərdə aparılan yeniliklər maraqlandırırdı. Təhsil yenilikləri arasında orta okulda çoxlu zəka sahəsinin inkişafı,  flipçart dərs modeli, proyekt və problem təlimlər barəsində edilən təqdimatlar maraqla dinlənildi. Konstruktiv təlim mərkəzinin üzvləri  tərəfindən təqdim olunan məruzələr öz praktiki əhəmiyyəti ilə araşdırmaçıların,universitet müəllimlərinin diqqətini çəkmiş oldu.

Müəllimlər tərəfindən təqdim olunan  praktiki tətbiq böyük maraq doğurmuşdu.. Kimya , biologiya , riyaziyyat fənnindən təqdim olunan dərs modellərində şagirdlərin müəllimin qoyduğu məntiqi ardıcıllıqla suallar əsasında öz biliklərini  necə qurduqlarını göstərmişdir. Önəmli bir cəhət onda idi  ki, alimlərin didaktikada, psixologiyada fərziyyə kimi təqdim etdikləri öyrənmə yolları praktik olaraq konstruktiv dərsdə əks etdirilmişdir.

Konqresdə təqdim olunan məqalələr ERPA nəşriyyatlarında çap olunmaqla bərabər, bir neçə beynəlxalq  jurnallardan  çap olunmağı təklif olundu. Bu yöndə Urmiya universitetindən xanım Firouzeh Sepehvianın tərəfindən edilən təklif bizə çox maraqlı gəldi. Azərbaycanlı müəllimlərinin yaradıçılıqları Urmiyada uşaqlar ücün nəzərdə tutulan “Öyrənməyi necə öyrənmək” başlığı altında cap olunanacaq vəsaitə daxil edilməsi idi.

Baxış: 1257

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe