Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Təhslin təkamül inkişafı

 Fatma xanım Bunyatova

Təhsildə inkişaf iki yolla gedir: təkamül və inqilabi.  

Təkamül yolu bir səviyyədən o biri səviyyəyə keçidlə;

İnqilabi yol  isə söküb-dağıdaraq, yenidən quraraq, yeni  quruluş vermək yolu ilə gedir. http://filosof.historic.ru/enc/item/f00/s12/a001284.shtml

Amerikalı alimlər D.Qordon və V.Cannet  nəşr etdirdikləri “Təlimdə inqilab kitabında

http://www.koob.ru/gordon_vos/revolyutciya_v_obuchenii

təhslidə dəyişikliyi — təhsil alanın  cəmiyyətin  onun qarşısına qoyduğu tələbinə uyğun  məqsədə çatması üçün, təhsildə inqilabi dönüş, yaddaş məktəbindən təfəkkür  məktəbinə keçiddə görürlər. Müəlliflərin qeyd etdikləri kimi təhsildə təfəkkürün  2-3% işlədilir  və  əgər  bu rəqəmi 10-15%-ə çatdırılsa , o  zaman təhsildə çox böyük dəyişikliklər ola bilər. Bu dəyişikliyi də onlar  təlimdə təfəkkürünün  inkişafına yönəlmiş təlim texnologiyalarının və metodlarının istifadəsində görürlər.

Azərbaycan təhsilinin Yeni Strategiyası təhsilimizin inkişaf yolunun növbəti göstəriçisi kimi sayılır və təhsilin strategiyası  fəal təlim göstərilərək  nəticə etibarı ilə şagird qarşısında  əsas məqsəd biliklərin mənimsənilməsi durur. Lakin, bununla belə  təhsilə innovativ texnologiyaların gətirilməsi və tətbiqidə  nəzərdə tutulur.

Təhsil prosesində  biliklərin mənimsənilməsi nə deməkdir?

Bu o deməkdir ki, şagird müəllimin ona ötürdüyü biliklərin açıqmı, örtülümü olmasından asılı olmayaraq  onu mənimsəyib tətbiq etsin. C.Blumun “idrak taksonomiyası”nın inkişafı mərhələsində  mənimsəmə, tətbiq etmə 3 pillədə yerləşir və bu əsasən yaddaşı, yadda saxlama prosesini özündə əks etdirir. Deməli ,dolayısı da olsa   yaddaş  məktəbinin   möhkəmləndirilməsi strateji bir istiqamət kimi qalır və düşüncə məktəbinin konfiqurasiyası  hələ ki  qurulmur. Yada salsaq ki  ənənvi təhsilin də özünün mahiyyət etibarı ilə məqsədi  proqram çərçivəsində şagirdlərdə  bilik, bacarıq və vərdiş  yaradılması  idi. Fərq onda görülür ki şagirdlər dərs prosesində fəaliyyət göstərərək bilik mənimsəyirlər. Yəni ənənəvi mənimsəmə passiv olduğu halda, fəal təlimdə biliklər fəal mənimsənilir və hər bir şagirdin idrakı inkişafı C.Blumun ya əski, və ya yeni formada olan idrakın inkişafı  taksonomiyasına  əsasən  bilmək, anlamaq və tətbiqetmə pilləsində dayanıbdır.    Yenilik idrakın inkişaf taksonomiyasına əsasən coxda önəmli görünmür, cünki idraki əməllər,  bilik qaznma prosesləri biliklərin  mənimsəmə  prosesinin məqsədinə uyğun gəlmir və bir növ bu hal inkişafdan  cox yerində saymağa bənzəyir.

Əyər biz sözün əsl mənasında  təhsilimizin inkişafını istəyiriksəsə onda təkamül yolunu secməliyik. Təkamul yolunun özəlliyi ondan ibarədir  ki, burada inkişafın bir səviyyəsindən o biri səviyyəsinə yumşaq kecid edilir. Yəni, əyər biz mənimsəmə və tətbiq etmə səviytəsində qərar tutmuşuqsa  onda ,  növbəti səviyyə mənimsədiyimiz biliklər üzrə  əqli əməllərin  aparılması olmalıdır. Bu yüksək səviyyəli əqli əməllər strukturları   İDRAK MƏKTƏBİ: 5.Структуры мыслительной деятельности

http://www.idrak-m.com/%3Fpage_id%3D2981  şagird  təfəkkürdə yaranan zamanında, paralel olaraq  o dərk etməklə   özünün   şəxsi bilik qazanma yollarını qurur.

Bu əqli bacarıqlar  öyrənmə bacarıqları  sayılır, çünki burada mənimsənilmiş biliklər yeni bir əməllərə: analiz və sintez,  əvəzetmə,  zənginləşdirilmə və multiplikativ əməllərə məruz qalaraq keyfiyyətçə yeni  biliklərə təkamül yolu ilə cevrilirlər.  Zamanımızın tələbindən biridə  hər bir şagirddə informasiyadan –yəni  biliklərdən yeni biliklərin yaratmaq bacarıqlarının olmasıdır.

 

 

 

Baxış: 1632

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe