Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Təhsilin insan modeli, yoxsa insanın təhsil modeli


 Fatma xanım Bunyatova

Beynəlxalq təhsil konfransına təqdim olunan məruzənin tesisi.

social-innovation-imageBu məqalə insanın  təhsil modelinin yaradılmasına  həsr  edilmişdir. Azərbaycanda və ümumilikdə dünyada aparılan təhsil islahatlarının məqsədi yeni dünyəvi təhsil modeli yaratmaqdır. Bu modelin cizgiləri Azərbaycanda  fənn kurikulumlarında  öz əksini tapıbdır.  Bir sıra  yeniliklərin olmasına baxmayaraq yeni təhsil modelində fərdlərin, insanların düşüncə səviyyələri , yaddaşları , təxəyyülləri araşdırılmamış  və insanın  bu xüsusiyyətlərinin üstündən ötəri sözlərlə keçilmişdir. Təhsilin insan modelini yaratmaq üçün öncə insanın əqli modelini yaratmaq lazımdır. İsanın əqli modelini XX əsrdə İsveçrə psixoloqu J.Piaje idrak nəzəriyəsində əsaslandırmışdır. Bu nəzəriyəyə əsasən  fərdin idraki strukturlarının  inkişaf modelini qurandan sonra ona izamorf  olaraq  təhsil modelini, onun bilik  strukturlarını  qurmaq lazımdır. Fərdin düşüncə tərzini əks etdirən bu model təlim yanaşmanı dəyişdirərək qurucu bir yanaşma ilə əvəz edir. Bu qurucu, konstruktiv  yanaşmada, öz tərəfindən təhsilin ənənəvi fəlsəfəsini –Qərb  fəlsəfəsini (hissədən tama çıxmanı) dəyişdirəcək.  Bu dəyişmə Qərb və və Şərq (tamlıqdan hissəy cıxmaq), hissədən tama  çıxmaqla) təhsil fəlsəfələrinin sintezindən ibarət olacaqdır.  Bu sintezə əsasən biliklər tamdan hissəyə və hissədən tama çıxmaq  zəminində öyrəniləcəkdir.  Yaradılan  insanın təhsil modeli, onun  sintezli təhsil fəlsəfəsi   təhsilin mobil olmasına, zamanla daima  ayaqlaşmasına,  orada hər bir öyrəncinin öz daxili imkanlarına əsasən inkişafına şərait yaradacaqdır.

Baxış: 1505

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe