Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Kayhan Karlı və Fatma xanım Bunyatova. «Flipped classroom» treninqi

17Özəl «İdrak məktəbi» Konstruktiv təlim mərkəzində   3-4 .01.2015-ci ildə Kayhan Karlı və Fatma xanım Bunyatova ilk dəfə Azərbaycanda olaraq  «Flipped classroom» -«Tərs sinif otağı» treninqi keçirəcəklər. «Flipped classroom» -«Tərs sinif otağı» nə deməkdir? “Flipped classroom”  İKT və pedaqoji texnologiyaların  inteqrasiyasından yaranan ənənəvi  təlimə alternativ bir təlim olaraq , əsrlər boyunça müəllimin  yeni dərsi sinf mühitində izahına  əks bir texnologiyadır. Videonun yaradılması. Müəllim izah etməyi cox gözəl bacarır. O öz dərsinin izahatından video düzəldir, və ya  İKT instrumentlərindən istifadəedərək  kameraya  izah edir. Tələbələrlə bölüşmək Video  tələbələr üçün internetə yüklənir. Bu addım hər bir şagirdə imkan verir ki istədiyi vaxtda, istədiyi şəraitdə dərslə tanış olsun, dəfələrlə ona baxsın. Sinif şəraitində. Tələbələr evdə dərs materialları

ilə tanış  olduqları üçün  müəllim sinifdə onların biliklərinin tətbiqi üçün şərait yaradır. Hər bir şagird öx başa düşdüyü səviyyədən tətbiqə başlayır və müəllimdən şəxsi yardım alır. “Flipped classroom” ənənəvi təlim sisteminə alternativ bir yoldur. Burada müəllimin fəaliyyət üsulu fərdiçilik olur, çünki hər bir şagirdin qavrama usulları, düşünçə formaları bir-birindən seçilir. Hər bir şagird öz  təlim surəti ilə anlamla gedəndə o həmişə müvəffəq olur. “Flipped classroom” texnologiyası sinif çərçivəsində  müəllimə fərdi öyrətmə və öyrənmə  yollarını göstərir. Müəllim “Flipped classroom”  texnologiyasından yararlanaraq öz şagirdləri üçün   maraqlı üsullarla   dərsi izah edər, düşündürücü suallar qoyar və  təçrübələr apara bilər. “Flipped classroom”    texnologiyası  müəllimlərə hamıya bir izahatdan, hərəyə bir izahat vermək imkanı yaradır.16

Baxış: 1721

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe