Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

“Ən yaxşı müəllim” necə olmalıdır?

one-on-one-coaching         Bu  il “Ən yaxşı müəllim” müsabiqəsinə 600-dən  çox  müəllim sənəd vermişdir.  Müsabiqənin I turundan  143 müəllim  keçib.  Bu  o deməkdir  ki,  müsabiqənin  I  turunun  seçim  şərtləri  çox  ağırdır  və  bəzən  də  bütün  müəllimlərə  şamil  deyil. Belə ki,   ibtidai  sinif  müəlliminin  olimpiadada  iştirak edən, TQDK-nın  imtahanlarından  yüksək  bal  toplayan  şagirdlərinin  olmamamsı  onların  topladığı  ballara təsir  edir .  Müsabiqənin  şərtlərinə  əsasən  seçimlərdən keçərək  ,” Ən yaxşı  müəllim” adını  qazanmaq  istəyən hər bir   müəllim  aşağıdakı  keyfiyyətləri  özündə  birləşdirməlidir:

  1. Bilik və  onun  tətbiqi :
  • hər bir  müəllim  tədris  etdiyi  fənn  üzrə  bilikləri tam bilməlidir ;
  • İKT və  yeni  təlim  texnologiyalarının işlək alətlərini  bilməlidir ;
  • pedaqogika və  psixologiyadan  hər  bir  şagirdə  yaş həddinə  görə  hansı  üsullarla  yanaşmağı  bilməlidir;
  • şagirdlərdə biliyə  maraq  oyatmağı , onlara  düşünərək, anlayaraq, bilik toplamaq  yollarını  öyrətməyi bacarmalıdır ;

 

  1. Sosial bilik  və  bacarıqlar :
  • yeni fikirləri qəbul  edərək , onları  təbiq etməyə  meyili olmaq ;
  • hər bir  şagirdi  olduğu  kimi  qəbul  edərək  onun  inkişafına  düzgün  istiqamət vermək ;
  • həmkarlarına  dəstək olmalı,  əldə  etdiyi nailiyyətləri beynəlxaq  və  yerli seminarlarda,  konfranslarda  açıq müzakirəyə  çıxartmaq ;
  • şagirdlərinə ünsiyyət bacarıqlarını:  bir-birinə  hörmətlə  yanaşmağı ,  bir-birini  dinləməyi  ,  kömək  etməyi  və s. kimi  sosial  bacarıqları  aşılamaq;
  • tanımadığı siniflə  ünsiyyət  qurub  dərs  prosesini  aparmağı yollarını bilmək;

 

  1. İntellektual bilik  və  bacarıqlar :
  • fənn proqramını  təhlil  etmə ,  onun  çatışmayan  hissələrini  dolduraraq  tam  bir  formaya  çatdırma yollarını bilmək ;
  • yenilikçi  olmalı. hər bir yeni  fikri  qəbul  edərək ,  onu  keyfiyyət  etibarı  ilə  təhlil  edib,    öz  işində  sinif  prosesində  tətbiq  etməyi bacarmaq ;
  • dərs prosesində  qoyduğu  problemi  şagirdlərlə  birgə  çözməyi bacarmaq  və  bu  yolları   həmkarlarına ötürə bilmək . Əldə  etdiyi  nailiyyətləri elmi  məqalələrdə  əks etdirərək ,   yerli  və  beynəlxalq   indeksli  jurnallarda dərc  etdirmək  ;

Müasir zamanın  tələbindən  irəli  gələrək  bütün  bu  keyfiyyətlər hər  bir  müəllimin bilik və  bacarığı  olaraq  onun dəsti- xəttində  əks edilməlidir.  Çünki  “ Ən yaxşı müəllim” adını qazanmaq , bu adı  daşımaqdan  çətin deyil. Ən çətini  onu layiyiqincə  daşımaqdır. Yəni bu xəttdən çıxmayaraq  onu davam etdirməkdir.

Bu prosesə  qoşulmaq istəyənlər üçün  “İdrak məktəbi”nin növbəti dəstək layihəsinə start verir .

Baxış: 5250

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe