Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

“İnnovativ təlim texnologiyaları üzrə beynəlxalq mütəxəssis – ekspert” proqramı

 

Yaşadığımız XXI əsrdə informasiya  və kommunikasiya  texnologiyası  cəmiyyəti dəyişdirir və onu texnoloji baxımdan  sürətlə  inkişaf etdirir. Bu inkişaf  məktəblərdən də  yan  keçməyib  və  onun  modernləşdirilməsinə  şərait  yaradıb.  Lakin bu modernləşdirilmə  əsasən  İKT –nin  tətbiqində özünü göstərir. Belə  ki, təlim prosesini, onun məqsədlərini  dəyişdirən   innovativ  pedaqoji  texnologiyalardan  az istifadə olunur. Bunun bir neçə səbəbi   var:

Onlardan əsasları:

  • müəllimin proqram çərçivəsində sərbəst olmaq bacarığının azlığı ;
  • innovativ təlim texnologiyaları  haqqında,  pedaqoji təcrübələr barəsində  məlumatın    az olması;
  • rəsmi mühitdə innovsiyaların   tətbiqinə rəğbətin  az  olması;

Dövlət  təlim  strategiyasının məqsədi   biliklərin   mənimsənilməsi  və  tətbiqidir. Bu  da  Blum  taksonomiyasında  ibtidai  təfəkkür  mərhələsinə, yəni  yaddaşa     aiddir. Lakin,  zaman öz  diqtəsini edir, effektli nəticə verən köklü dəyişiklikləri tələb edir. Ölkə başçısın cəmiyyətin yaxın  gələcəkdə  nəticəli inkişafı  üçün təklif etdiyi “Yol xəritəsində”    ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması  və s  bu  kimi istiqamətlərində işlərin görülməsi  zəruri sayılır.

Peşəkar müəllim hazırlığı üçün elə peşəkar  mütəxəsislər- ekspertlər  hazırlanmalıdır ki,  nəzəri  biliklərlə  yanaşı  onlar    praktiki olaraq  innovativ texnologiyların  tətbiqi alətlərinə  sahib olsunlar.

Proqramda  kimlər  iştirak  edə  bilər : mentorlar, metodistlər,  metodbirləşmə rəhbərləri, innovtivliyə, dəyişikliklərə açıq olan müəllimlər.

Proqram  iştirakçılarının  sayı 15 nəfər.

Təlim prosesi: cəmi  6  gün    5 saat  olmaqla   30  saatlıq  təlim paketi.

Təlimin  keçirilmə  günləri  hər  həftənin  şənbə  və  bazar  günləri , saat : 0900-14 30

Təlim  “İdrak məktəbi ”nin  F. Bunyatovanın Konstruktiv Təlimi mərkəzində  keçirilicəkdir.

 

Təlim proqramının məzmunu:

Ənənəvi təlim və onun yerinə gəlmiş fəal təlim XXI əsrin tələblərinin yerinə yetirilməsinə kifayət etmir.

Yaşadığımız əsr   sürətlə inkişaf etdiyi üçün öyrədənlərdən   və öyrənənlərdən  daha   çox  çeviklik tələb edir. Bu çeviklik  onların təhsil qarşısında çıxan problemləri həll etməklə bərabər,  təhsil alanların yeni düşüncə  modelinə sahib olması  üçün,  innovativ təhsil alətlərinə   yiyələnməsidir . Bu bir növ pedaqoji  cəmiyyətdə  təlim modellərini dəyişdirməklə  təfəkkürün   inkişafına  istiqamətlənən  təlim  modellərindən  istifadə  edərək  yaradıcı , öz inkişfını tənzimləyən,  sosial cəhətdən açıq olan bir şəxsiyyət  yetişdirməkdir.

Bu proqram XXI əsrdə  vacib bir proqramdır. Çünki bu əsr təfəkkür  əsri olmaqla bərabər  həmdə liderlik əsridir.  Zamanında bu bacarıqlara yiyələnmək , mühitinə  yeni düşüncə  ab-havasını, keçirilən  dərslərdə və  təlimlərdə  innovativ texnologiyalardan istifadə etməklə  yeni bir düşüncə modelini yaratmaqdır.

Proqramın  sonunda  iştirakçılar   qazanacqlar :

  • Təfəkkürün inkişafına istiqamətlənnmiş innovativ pedaqoji  texnologоgiyaların  dərs quruluşlarını bilmək  və   əsas işlək mexanizmlərinə yiyələnmək.
  • Təfəkkürün inkişaf yolunu bilmək və dərs prosesində onun inkişafını idarə etmək.
  • Şagirdlərin inkişafını nəzərə almaq və ona əsasən tapşırıqlar vermək.
  • Fənn biliklərinin məntiqi quruluşda təqdim etmək.
  • Biliklər üzərində məntiqi əməlləri aparmaq üçün məntiqi sualları hazırlamaq.
  • Kooperativ təlimdə şagirdlərin təlim   fəaliyyətlərinin  quruluşlarını  bilmək.
  • Sualların struktur quruluşunu bilmək.
  • Dərsin məqsədlərini düzgün qoymaq və məqsədlərə uyğun qiymətləndirmə  meyarlarını  çıxartmaq.
  • Dərsin strukturlarını bilmək və onların tipologiyasını müəyənləşdirmək.

 

İştirakçılara  proqram  çərçivəsində  təmin  olunacqlar :

Treninqlər  ödənişlidir .Treninqin ödənişi:   300 Azn

 

 

 

Baxış: 1210

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe