Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv təlim mühiti. Yaddaş məktəbindən təffəkkür məktəbinə keçid

Fatma xanım Bunyatova

9Yaşadığımız XXI əsrdə informasiya və kommunikasiya texnogiyaları  cəmiyyəti dəyişdirir  və  onu  sürətlə inkişaf etdirir. Bu inkişaf  məktəblərdən  də  yan keçməyərək ona texniki cəhətdən çox  irəliləmə  gətirmişdi . Dərs proseində  IKT səmərəli istifadə edilməsi təlim prosesində öyrənilənin  40-50% yadda qalması  ilə ən yaxşı halda nəticələnə bilir.  Lakin  yaşadığımız əsr cəmiyyət qarşısında qoyduğu  tələblər çəmiyyətin  üzvünün çoxlu bilik daşıyıcısı kimi yox kreativ düşüncəli, yaradıcı qabiliyətli bir fərd kimi görmək istəyir. Bununla yanaşı  böyüyən  nəsl  inormasiyanı  biliyə çevirməsini  , özü öyrənmə yollarını  bilib bacarmaqla yanaşı , social bacarıqlara  da yiyələnmiş  olmalıdır.

Lakin bugün bu tələblərin demək olar ki coxsunu yerinə yetirməyə məktəblərin imkanı çatmır v ə bununda bir sıra səbəbləri vardı:

  • İKT insan təfəkkürünün məhsuludur və o süni idrak əsasında yaradılıbdır. Süni idraki Lütfi- Zade J,Piajenin təbii idrakının əsasında yaradıbdır. Bu yüksək texnologiyaları    yaddaşa istiqamətlənmiş pedaqoji texnologiyalarla birlikdə əski  quruluşda  olan bilikləri  tətbiq edildiyi üçün gözlənilən effect alınmır
  • Fənn bilikləri diskret halında öyrənildiyi üçün şagirdlər illərlə  biliyin tam bir sxeminə çıxırlar. Bu halda  şagirdlər    öyrəndikləri bilikləri əvvəlki və sonrakı biliklərlə  əlaqələndirməyə  bacarmırlar. Nəticədə   onlar  biliklərin tamlıq sxemində  öyrəndiklərinin yerini tapmağa çətinlik çəkirlər.  Bunun da nəticəsi  biliklər diskret bir halda,  əlaqəsiz  yaddaşa yüklənməsi olur.
  • Təlim zamanı verilən tapşırıqların çöxsu bilik yönümlü olduğu üçün şagirdlərdə ancaq bilik və onun tətbiqi bacarıqlarını formalaşdırır. Bu isə təfəkkürün ibtidai səviyyəsi pilləsidir
  • Təlim prosesində interaktivliyin çəkisi az olduğundan şagirdlərin bilikyaratma  və social bacarıqlarının  inkişafı zəif geidr.
  • Bilik yönümlü təlim prosesinin qiymətləndirilməsi bilik və onun tətbiqi meyyarlarla aparılır.                               Bütün bu çatışmamazlığı  aradan götürmək üçün  təlim prosisində  konstruktiv bir mühit yaradılmalıdır.

Konstruktiv təlim mühitinin məqsədi  öyrənənlərə  əldə etmiş bilik və təcrübələrinə əsaslanaraq yeni biliklərini qurmaq  üçün  şərait yaratmaqdır.

 Konstruktiv mühit deyəndə  bunlar nəzərdə tutulur:

  • Təlim prosesində konstruktiv təlimin (F.Bunyatova) tətbiq edilməsi,
  • Fənn biliklərinin tamləq (Piaje) və qeyri səlis (Zadə) məntiqi əsasında  modelləşdirilməsi (F.Bunyatova).
  • Təlim zamanı  kooperativ  təlim(S.Kaqan) fəaliyyəti ilə  əqli fəaliyyətə  üstün yer verilməsi.
  • Təfəkkürün inkişafına istiqamətlənən yeni nəsl tapşırıqlar  batareyasından istifadə edilməsi.
  • Şagirdin inkişafının  qiymətləndirilməsi meyyarlarında bilik, tətbiqlə yanaşı  əqli və sosial  bacarıqlarının  inkişafının  səviyyəsinin ölçü mexanizmlərin olması.

Konstruktiv  mühitin  tətbiqi  zamanı nə  alınır:

Bu təlim 1992-2007 ilədək Bakıda 46 -li məktəbin eksperimental siniflərində və özəl “İdrak məktəbində “ tətbiq olunmuşdur. Konstruktiv təlum texnologiyası və onun əsasında yaradılan təlim strategiyası dünya elm bankına     https://eric.ed.gov/?id=EJ105381 və

https://www.science.gov/topicpages/q/quality+distance+education.html

http://acemap.sjtu.edu.cn/topic/topicpage?topicID=061D0722

yeni bir təlim strategiyası kimi salınmışdı . Respublikamızda isə müəllimlər  “İdrak məktəbinin” Konstruktiv təlim mərkəzində   bu təlimə treninqlərdə yiyələnə bilirlər.

  • Konstruktiv təlim koqnitiv bir təlimdir .  Və   burada şagirdlər öz bilik və  təcrübələri əsasında  yeni  biliklərini yaradırlar. Onlar bu biliklər  üzərində yüksək  əqli əməliyatlar apararaq onları  yeni  bir keyfiyyətli biliklərə çevirirlər. Bu rejimdə işləyən şagirdlər  bu əqli əməliyyatları  tədricən öz düşüncə mexanizmilərinə çevirirlər.
  • Fənn biliklərinin tamlıq və qeyri səlis modelləşdirilməsində  biliklər  tamlıq sxemində qurulur və bu sxem illərlə dərinləşir və zənginləşir. Bu  biliklər  bir-biri ilə   birləşib  ayrıla bilməklə yanaşı,  assosiativ  və  identik ola bilirlər.  Bu biliklər üzərində aparılan  əvəzetmə,  zənginləşdirmə  və multiplikativ  məntiqi  əqli əməliyyatlar şagirdlərin biliklərini proqram çərçivəsindən kənara çıxmasına gətirib cıxardır. Və beləliklə şagirdlərin  bugünki bilikləri gələcək biliklərlə  inteqrasiya  edilərək  biliklərin tamlıq sxemində öz yerini tapır.. Bu əqli əməliyatlar  düşündürücü  xarkteri daşıyan  tapşırıqların yerinə yetirilməsindən  və məntiqi əsaslı sualların  cavablandırılmasından ibarətdir.
  • Konstruktiv təlimdə öz yerini almış kooperativ təlimin fəliyyət strukturlarının   tətbiqi zamanı şagirdlər  komandada işləmək, ümümi rəyə gəlmək, fikirləri qəbul etmək və sairə kimi bacarıqlara yiyələnmiş olurlar.   Və ən əsası interaktiv bir mühitdə bilik paylaşma və bilik  qazanma   bacarıqları ilə yanaşı  şagirdlər  fərqli düşüncə  modellərinin yollarından bəhrələnmiş olurlar.
  • Şagirdlərin inkişafının ölçü meyyarları Piajenin klinik metodikasının  və  C.Blumun   idrak  taksonomiyasının  açar  sözlərindən istifadə   edərək bu meyyarlrla aparılır: anlam-bilik-tətbiq-təhlil-yaradıcılıq-qiymətləndirmə.

 

Konstruktiv  mühitin tətbiqi  təhsilə nə kimi yeniliklər  gətirə  bilər:

  • Fənn bilikləri tamlıq və qeyri səlis modelləşdiriləcək. Bu  modeldə  üfüqi yerləşdirilən biliklər  tamlıq bir bilik sxemi yaradır. Bu tamlıq sxemi   biliklərin genetik proqramı adlandırılır.  Bu tamlıq sxemində çalışan şagirdlər öz biliklərini tam bir sxemdə  quracaqlar . Və bu sxemin dərinliyi hər bir fərdin daxili qüvvəsindən asılıdır. Bununla  yanaşı  bu mühitdə  təlimlənən hər bir şagird dövlət təhsil standartlarında müvəffəq olur.  Fənn biliklərinin  tamlıq və qeyri səlis modelləşdirilməsi   təlim müddətini  20-30 %azaldır.
  • Konstruktiv təlim prosesində şagirdlər öyrənib  yadda saxlamaq fəaliyyətində olmurlar. Onlar bu prosesdə biliklər üzərində   əqli əməliyyatlar apararaq, yüksək təfəkkür bacarığına yiyələnib  öyrənmə yollarını  öyrənirlər.
  • Bu prosesdə yaddaş məktəbindən təfəkkür məktəbinə kecid olur.   Çox tipli təfəkkür    bacarıqları yaranır.
  • Kooperativ fəaliyyət şagirdlərdə məsuluyyətli olmaq,  komandada birgə calışmaq, biliklərlə paylaşmaq, qarşılıqlı əməkdaşlıq, yeniliyi qəbul etmək  və s. kimi sosial və intellektual bacarıqları inkişaf edir.
  • Qiymətləndirmə meyyarlarını anlam-bilik-tətbiq-təhlil-yaradıcılıq-qiymətləndirmə kimi şaxələnməsi hər bir şagirdin idrakı və emosional inkişafının  real bir görüntüsünü  almağa imkan verməklə  onun korreksiyası üçündə böyük bir vasitə ola bilər.

 

 

 

Baxış: 1994

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe