Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Kimya dərslərində biliklərin mənimsənilməsindən yaradılmasına gedən yol.

 

 Kamala Tomayeva

kamalaBakı şəhəri 126  № -li məktəbin kimya müəllimi

Bu məqalə 18-21.05.17  Turkiyede Kuşadasında keçirilən beynəlxalaq konfransda təqdim edilmişdir http://2017.icres.net/

Natamam orta məktəbdə  kimya biliklərinə çox az vaxt  ayrılıb. Lakin  kurikulum proqramlarında  fənnin  baza bilikləri  qısa müddət ərzində şagirdlərə çatdırılması nəzərdə tutulub   Proqram əsasında  yazılan dərsliklərdə mövzuların bir -biri ilə əlaqəsi  isə zəifdi.

Dərslikdə  verilən biliklərin sistemli şəkildə öyrənilməməsi, biliklərin hazır şəkildə ötürülməsi   şagirdləri həmin bilikləri  əzbərləməyə məcbur edir.

Bu problemin  aradan qaldırması üçün bir sıra   dəyişiklik  edilməlidir ki şagirdlər  düşünərək   öyrənməyi  bacarsınlar. Bunlar:

  • Natamam orta məktəbdə kimya  biliklərinə verilən saatların artırılmasdır. Bu gələcək biliklərin  bunövrəsinin  möhkəmləndirilməsi  deməkdir.
  • Dərsliklər sadə , anlamlı  dillə yazılmalı və  biliklər tamlıq sistemində  bir-biri ilə əlaqəli  olmlıdır . Mövzu uzrə tapşırıqlar bilik yönumlu ilə yanaşı, düşündürücü, əməlli olmalıdır . Şagirdlər  verilən dərs materialı özununkuləşdirib  dərinləşdirər,yəni , artıq əzbərləməz.   Alınan bilikləri hansı biliklərlə uzlaşdırmaq,  əvəz etmək  və  yaradılan biliklərin praktiki  tətbiqi haqqında duşunər.
  • Təcrübələrin şagirdlər tərəfindən  aparılması  effektli nəticələri  verə bilər. İnternet  resusurslarından  istifadə zamanı  şagirdlərin  duşunməsinə,yaradıcı  çalışmasına  şərait yaratmaq lazımdır.
  • Təlimə maraq yaratmaq üçün konstruktiv öyrənmə mühiti yaradılmalı, interaktiv müzakirələr təşkil edilməlidir.

Praktikida  problemin həlli  üçün dərslikdə verilən biliklər  məntiqi ardıcıllıqla  düzənlənir və aşkar olunan  boşluqlar çatışmayan biliklərlə doldurulur.  Biliklər bölmə üzrə  modullara yığılır. Moduldakı biliklər  bir- biri ilə məntiqi əlaqəli  olduğu üçün hər bir-bir modulun bilikləri ön və sonrakı biliklərlə əlaqəli olur. Modulda  verilən qapalı testlərlə bərabər acıq testlər verilir , qoyulan bilik yönlü suallarla  yanaşı  duşundurucu suallar  verilir.

Məsələn:  8 -ci sinifdə tədris olunan  ″Qeyri- uzvi birləşmələrin əsas sinifləri “ bölümündə  mövzular oksidlər,  əsaslara ,turşulara , duzlar ardıcıllıqla bir- biri ilə bağlantısız  öyrənilir. Modulda  oncə oksidlər ,əsaslar, turşular, duzlar haqqında qisa  məlumat verilir . Sonra hər bir mövzudakı biliklər  ön və gələcək biliklərlə :  “oksigen- oksidlər-əsaslar”, “oksidlər-əsaslar-turşular”, “əsaslar-tursular— duzlar”,  “turşular- duzlar-oksidlər”   kimi  öyrənilir. Bu  hermenevtik yanaşma  Konstruktiv muhitdə   şagirdlərin  öyrəndiklərini tam bir sistımdə görməyə,  onun hissələrini dərindən bilməyə istiqamətləndirir və mənimsəmə öyrətmə-öyrənmə ilə  yumşaq  əvəz edilir

Təcrubələri aparmaq imkanı varsa, bunu əyani olaraq şagirdlərlə birlikdə işləmək lazimdir.Çunki əyani görulən təcrubələr daha yaxşı, uzun muddət yadda qalır. Şərait yoxdursa ən azından internet  vasitələrdən istifadə edərək uşaqların duşunməsinə,yaradıcı yanaşmasina calişmaq lazımdır.İnternet resurslarından istifadədən də daha artıq effektli nəticə təcrubələri özləri apardiqda alınır. Məsələn:oksidlər belə anlanılmalıdır. Uc    kimyəvi qabin  birininin icərisinə    Na2O    , ikincisinə    SO3  ,ücüncüsünə isə      CO  yerləşdirilir. Sonra şagirdlər bu qablarin hər birinə yaş lakmus kagızı salirlar. Nəticəyə  şagirdlər  müəllimin məntiqi ardıcıllıqla verdiyi suallarla

Sual: -Qablarda olan maddələr yaş  lakmus kağızını  hansı rəngə boyayır?

Cavab: . Birinci qabda lakmus kağızı ğöy ,ikinci qabda lakmus kağızı qırmızı rəngə boyanır,ücüncü qabda rəng dəyişmir.

Sual: -Sizin fikrinizcə  niyə  birinci və ikinci qablarda rəng dəyişdi, lakin CO olan qabda isə rəng dəyişmədi?

Cavab:-Birinci və ikinci qablarda olan maddələr yaş lakmus kagızı ile qarşılıqlı təsirdə ola bilər, cünki onların rəngi dəyişib.Ücüncü qabda ise reng dəyişməyib ,yəni təsir yoxdu.

Sual: -Rəngin dəyişməsinin səbəbini izah ede bilərsinizmi?

Bu sualın cavabi yarımcıq oldu. Birinci qabda olan maddə su ilə qarşiliqli təsirdə oldu, ikinci qabdaki maddə də su ilə qarşılıqlı təsirdə oldu,yalnız ücüncü qabdkı maddə su ilə təsirdə olmadı.

Bu cavablarla onlar prosesin nəticəsini göstərdilər, amma səbəbini aciqlaya bilmədilər, cünki bu haqda onların hələ  elmi məlumtları yox idi. Bu səbəbdəndə onlar yeni mental bilk  modeli qura bilmədilər.

Müəllimin əlavəsi:

Birinci qabdakı oksid suda həll olduqda əsas(NaOH), ikinci qabdakı oksid suda həll olduqda  turşu(H2SO4) əmələ gəlir. CO isə duz əmələ gıtirməyən oksid olduğu ücün rənğ dəyişmir. Bu əlavələri keçmiş biliklərlə əlaqələndirmək üçün bu suallar qoyulur:

Sual:- Kimyəvi elementlərin periodik cədvəlində olan hansı  metallar  su ilə qarşılıqlı təsirdə olub esas yaradir?

Cavab: -Qələvi metallar;qələvi torpaq metallar

Sual: -Bunlara nəyə görə qələvi deyilir?

Cavab: -Suda yaxşı olurlar; kimyəvi cəhətdən fəaldirlar;indiqatorun rəngini dəyişirlər və s.

Göründüyü kimi biz burada şagirdlə yeni bilik ötürmədik. Biz onları məntiqi suallarla  bilik yaratma yoluna saldiq. Bu yolda onlar əldə etmiş olduqlari bilikləri mobil hərəkətə gətirərə k keyfiyyətcə bir biliyə cevirdilər

  1. Təlim prosesində düşündürücü suallardan istifadə etməklə yüksək nəticə əldə etmək olar.

Məsələn :

Şagirdlər turşuların aşındırıcı xüsusiyyətini insan dərisinə təsirindən bilirlər. Bu biliyi ayrı bir şəraitdə tətbiq etmək olar.

Sual:-Aciq havada qalan əhənğ daşından və mərmərdən  hazırlanmış heykəllər bəzən qısa müddətdə sıradan tez cıxır.Siz bilən nə səbəbə görə bu proses gedir?

Cavab:-Ekoloji pozuntu; havanin cirklənməsi-maşınların, kimyəvi zavodların buraxdıgı qazlar;cirkli yagişlar bu heykəllərə təsir edir. Esas yagıntıda olan turşular mərmər və əhəng daşına təsir edir.

Şagirdlərin bu ön biliklərinə müəllimin əlavəsi

havada olan bəzi qazlar su buxarı ilə təmasda olaraq turşuya cevrilir və yagişla yagır. Heykəl isə  mərmər və əhənğ daşından düzəlmişdir.əhənğ daşının tərkibi CaCO3 oldugunu bilirik.yəni bu maddə turşunun təsirindən tədricən dagılır.

Daha effektiv nəticə almaq ücün təcrübə aparılır, bir kimyəvi stəkanın icərisinə distillə olunmuş  su, digərinə isə sirkə turşusu tökülür . sonra hər birinə müəyyən miqdarda  mərmər  yerləşdirilir.

Bir necə müddətdən sonra bu qablarda olan nəticələr müqayisə olunur.

Sual: -Bu qablarda nə müşahidə etdiniz?

Cavab:-Birinci qabda hec bir dəyişiklik baş vermədi.

Ikinci qabda qaz qabarciqlarının ayrilması burada kimyəvi prosesin getdiyini göstərir.;mərmərin kütləsi azaldı.

Başqa bir misal .

Bu hadisə  19-cu əsrlərdə soyuq qış aylarında baş vermişdi. Hollandiyadan Moskvaya qalay tirlərlə doldurulmuş yola düşən   yük qatarı mənzil başına catdıqda  hamının maragına səbəb olur .Vagzal işciləri qatarların  qapısını acanda bütün metalın boz rəngli toza halına düşdüyünü    görürlər.    Qalayın ag rəngli formas ı-13,2   — dən   aşagı temperaturda boz rəngli formasına cevrilir  .-33  -də bu proses lap sürətlə gedir.Boz qalayın  bir zərrəsi ag qalayla təmasda olduqda tez parcalanan boz qalaya cevrilir .Bu vəziyyətə   “qalay taunu “  deyilir.

SUAL:-Yuxarıda verilən məlumata əsasən metalın bu vəziyyətə düşmə səbəbini necə izah edərdiniz?

Cavab :-  Qiş aylarında Moskvada havanın temperaturu qalayın cevrilmə temperaturundan  aşagı olur, buna görə də qalay  modifikasiyasını dəyişir.

Təcrübə:sizin qarşınizda üc müxtəlif qabda

Etil spirtinin(C2H5OH) suda məhlulundan ,NaOH ( natrium hidroksid) vəHCl (xlorid turşusu )məhlulu vardır. Bunlardan  elektrik cərəyanı keciririk bu zaman  nə baş verir?

Cavab: -Birinci qabda lampa yanmır, ikinci və ücüncü qablarda isə lampa yanır.

Sual: -Nəyə görə lampa iki qabda yanir ,digərində isə yox?

Cavab:-lampa yanan qablarda olan maddələr elektrik cərəyanını kecirir;lampa yanmayan qabdaki maddə isə elektrik cərəyanını kecirmir.

Cavablar onu göstərir ki intuitiv olaraq, öz təcrübələrinə əsaslanaraq cavab verdilər. Amma bu biliyi elmi cəhətdən izah etmək ücün müəllimin əlavəsinə ehtiyac vardir.

Müəllim: turşudan elektik cərəyanı kecdikdə H + ionu,qələvidən isə OH- ionu ayırır. Lakin tərkibində bütün OHqrupu saxlayan maddələr  OH- ionu ayırmır .etil spirti suda həll edildikdə OH- ionu ayırmır..
kimyanın  tedrisində istifadə edilən materialin  həytimizda nə rolu var? Bunu şagirdlərlə  araşdırmaq və onların biliklərinin  real olması  əsas məqsədlərdən biridir.

Məsələn:” Nəyə görə bu yeməklərin ustndən xətt cəkilib və bunun kimya ilə əlaqəsi vardımı?”

Cavablar:-Çiy ət həyat ücün təhlükəlidir; qazlı ickilər mədədə olan turşu ilə reaksiyaya gedir; xarab olmuş yagların terkibində qliserin və turşular var ki,bunlar da mədədə zəhərlənmə verir. Ciy yumurtada coxlu sayda bakteriyalar var; hise verilmiş yemeklər uşaq orqanizmine ziyandır.allergiya;

Başqa bir misal:

Müasir avtomobillərin coxlarinda tullantı qazlarını ətraf mühitə və insanlara az zərərli olan qazlara cevirən katalitik qurgulardan istifadə edilir . Bu zaman 90 % tullantı qazları az zərərli qazlara cevrilir. Bunu aşagıdakı cədvəldə görmək olar.

 

 

             Giren qazlar                  Cıxan qazlar
  Azot ( N2)   Azot (N2)
Karbon dioksid( CO2)  Karbon dioksid( CO2)
Su (buxar)   H2O  Su ( buxar ) H2O
Karbon monoksid (CO) Karbon monoksid (CO) – 10%
Karbon dioksid(CO2)- 90%
NO  ,  NO2 NO ,  NO-10%
N2— 90%

 

Sual:  Bu cədvəl sizə nə deyir?

Cavab: Yeni maddələr əmələ gəlir ; bəzi qazlar hec bir dəyişikliyə ugramır; yeni maddələr yarandı;karbon monoksid daha az zərərli CO2 –karbon qazına cevrildi; ekologiyamiz daha az cirkləndi; NO və NO2 zəhərli maddənin  90% -i  inert qaz olan N2 –yə cevrildi.

Beləliklə təhsil  prosesində bilikyönlü sualları düşündürücü suallrla əvəz edəndə şagirdlər öz təlim davranışlarını dəyişirlər və bilikmənimsəyəndən, bilikyaradana çevrilirlər. Buda təbii olaraq biliklərin  mənimsəməsindən onların yaradılmasına keçid edir.

 

 

Baxış: 2122

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe