Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Öyrət-mədən öyrənmə yollarından

 Bakı şəhəri 23 №-li tam orta məktəbinin ibtidai sinif müəllimi

Taliyə Nəbiyevanın “Öyrətmədən öyrənməyə keçid»

layihəsi çərçivəsində  2-ci sinifdə nümayiş dərsi.

               Mövzu  “Şir və siçan”

Dərsin məqsədi:

-şagirdlərin şifahi və yazılı nitqlərini inkişaf etdirmək;

-şagirdlərin təxəyyüllərində  təmsil  surətlərinin yaradılması;

— komandada bir- birilərinə köməklik etmək bacarığını inkişaf etdirmək;

Dərsi öyrəniləcək   mövzunu  adını elan edəndən sonra şagirdlərin təxəyyüllərində “təmsil” obrazının yaranması üçün onların şeir, nağıl və hekayə haqqında biliklərini üzə çıxartmaq üçün sinfə sual verirəm.

S:- Hansı şeri, hekayəni, nağılı bilirsiniz?  Onların bir-birindən fərqi nədir?

C:- “Dilarə” şerini keçmişik. ”İki güzgü” hekayəsini  oxumuşuq. “Cırtdan” nağılını bilirik. Şerdə hər sətirdə 3-4 söz olur.  Onu şair yazır. Hekayənin müəllifi vardır. Nağıllın isə müəllifi yoxdur.

Cavabları  ümumiləşdirib əlavə edirəm:” Bu gün biz “Şir və siçan” təmsilini  keçəcəyik. Təmsil balaca olur, amma mənası dərin olur.

Şagirdlərin diqqətlərini  slayda yönəldirəm. 

S: Şir və siçan necə heyvanlardır?  Onlar harada yaşayırlar? Şir ilə siçanın nə münasibəti ola bilər?

Şagirdlər komandada müzakirə edərək sualları cavablandırırlar.

C:- Şir meşədə yaşayır; vəhşi heyvandır; şir heyvanların kralıdır; siçan evdə, həyətdə, meşədə yaşayır, vəhşi deyil.

Şirlə siçan dost ola bilməzlər. Şir  böyükdür, siçan balacadır.

Sonra komandalara diqqətlə ikinci  slayda baxmağı və suallara cavab verməyi  təklif edirəm

Məqsədim şagirdlərin şəkillərə baxıb  şirin hərəkətlərini təsvir etməkləridi.

Komandalar müzakirə edəndən sonra cavabları belə oldu:

C:-A  şəklində şir tora düşmüşdü. O çox qəzəbli idi, çünki tordan çıxa bilmirdi.  Şirin altında bir balaca siçan vardı. O iti dişləri ilə toru kəsməyə  çalışır.

B  şəklində şir siçanı əlində tutub. O çox maraqla siçana baxırdı. Siçan şirə  nə isə deyirdi.

C şəklində şir uzanıb dincəlirdi. O yəqin ki yorulmuşdu. Şirin üstündə isə bir siçan vardı. Siçan şirin üstündə gəzəndə şir oyandı.

Ç şəklində şirin əlində siçan vardı. O siçana hirslənmişdi. Siçan onu yuxudan oyatmışdı. Şir bütün gecəni yatmamışdı. O  ov axtarırdı. Amma heç nə tapmamışdı.

D  şəklində görürük ki  siçan toru iti dişləri ilə kəsib.  Şir tordan azad oldu. O çox sevindi ki balaca siçan onu xilas etdi.

Komanda üzvlərinin cavabları yarımçıq olanda yoldaşlarının onu düzəltməyi , əlavələr etməyi təklif edirəm. Beləliklə şagirdlər özləri öz nitqlərini nizamlamağa çalışırlar.2

Sonra komandalara şəkilləri ardıcıl qoymağı təklif edirəm. Ümumi səy nəticəsində şəkilləri  C-Ç-B-A-D  cərgəsində düzürük.

Alınan bilikləri möhkəmlətmək üçün mətni interaktiv oxuyuram və arada şagirdlərin təxəyyüllərini inkişaf etdirməklə yanaşı onların diqqətini saxlamaq  üçün  belə bir suallar da verirəm.

S:-Siçan şirin belində oyan bu yana qaçanda fikirləşmir di  ki, şir onu tutar?

C:- Fikirləşirdi yatıbdı, oyanmaz; oyansa da tez qaçardı.

S:- Şirin siçana yazığı gəldi, yoxsa onun sözünə inandı və siçanı öldürmədi.

C:- Şirin siçana yazığı gəldi, çünki siçan əsə-əsə yalvarırdı; şir ağıllı idi. O fikirləşdi ki yəqin bir vaxt olar, siçanda köməyə gələr.

S:- Siz bilən, şirlə siçan nə dilində danışa bilərdilər?

C:- Heyvan dilində; özlərinin başa düşdükləri dildə; amma burada onların danışığı adam dili ilədir.

Mətn üzərində iş qurtaran kimi komandalara  cütlükdə oxumağı, çətin sözlərin seçmələrini və sual qoymağı tapşırıram. Cütlükdə şagirdlər necə oxuyurlar?  Cütlüyün biri asta səslə oxuyur o birisi isə onu yoxlayır. Sonra onlar rollarını dəyişirlər. Cütlükdə oxumağın üstünlüyü ondan ibarətdir ki bütün şagirdlər birdən oxuyurlar və mətni hamı oxumuş olur. Verilən tapşırıq yetiriləndən sonra komandalar suallarını qoyub cavablandırırlar.

Bu zaman şagirdlərin diqqətini  sualların quruluşuna və cavabların tamlığına  yönəldirəm. Məqsədim ondan ibarətdir ki, şagirdlər sadə suallardan açıq suallar yaratmağı öyrənsinlər. Məsələn :”Şir nə etdi? -Şir siçanı tutdu” “Şir siçanı niyə tutdu? –Siçan şiri yuxudan oyatdığına görə, şir onu tutdu”.  Şir siçanı tutdu, çünki siçan onu yatmağa qoymadı”   ”.  Şir siçanı tutdu, çünki siçan onu yatmağa qoymadı”  , və s.

Şagirdlərin mətn üzrə işindən sonra keçirəm dərsin ikinci mərhələsinə. Bu mərhələdə  məqsədim şagirdlərin qazandıqları biliklərin əks etdirməsi ilə bərabər bu biliklərin  genişləndirilməsi idi. Komandalara iş vərəqləri paylanır. İş vərəqindən nümunə.

 Komandalar tapşırığı yerinə yetirəndən sonra işi komanda üzvilərindən  seçilmiş lider (təqdimat  müəllimin seçimi, nömrələnmiş komanda üzvləri də ola bilər) tərəfindən təqdim edilir. Təqdimatı müəllimlə bərabər komandalar da qiymətləndirirlər .

Şagirdlərin  qiymətləndirmədə iştirakı onların diqqətli olmaqlarını tələb edir. Bununla bərabər onlarda öz işlərinə, yoldaşlarını gördükləri işə düzgün qiymət vermə, alqışlama  bacarığı formalaşır. Qiymətləndirmə meyarları dərsin məqsədinə əsasən qoyulur.

Konstruktiv dərsin fəal təlimdən fərqini mən dərs zamanı bütün şagirdlərin təlim prosesinə cəlb olunmasında, onların verilən suallara düşünərək cavab verməklə öz biliklərini yeni bir formada yaratmaqlarında  görürəm.  İinteraktiv müzakirədə və təqdimat zamanı şagirdlər öz biliklərinə eşitdiklərinidən , anladıqlarından  əlavə  edərək  biliklərini  bir səviyyədən başqa səviyyə keçirirlər və beləliklə  daim inkişafda olurlar.

 

 

 

 

 

Baxış: 1914

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe