Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Öyrədilən şagirdlərin öyrənən və yaradan şagirdlərə çevrilməsi.

Fatma xanım Bunyatova

Bakının  T. Həsənov adına 23 nömrəli eksperimental məktəbində “Öyrətmədən öyrənməyə keçid” layihəsinin ikinci ilində məqsəd müəllimlərin  “Biliklərin tamlıq və qeyri səlis modelləşdirmə  — BTQSM texnologiyası ilə yaradılan  «Tamlıq və qeyri səlis Azərbaycan dili” proqramları ilə sərbəst olaraq konstruktiv dərsin dizaynını etmək, yaradıcı tapşırıqları hazırlamaq, onları qiymətləndirmək, şagirdlərin komandada təlim fəaliyyətlərinin çox strukturlu qurmaq ilə yanaşı şagirdlərin idraklarının inkişaf yolunu izləmək idi. Alternativ proqramda  diqqət şagirdlərin yazılı və şifahi nizamlı nitqlərinin inkişafına yönəldilmişdi. Bu inkişaf  şagirdlərin anlamlı təlim fəaliyyətində, bilmədikləri, başa düşmşdikləri hər bir  sözün mənasını, anlamını ortalığa çıxartmaq və onu suallaşdırıb aydın etmək istiqamətində gedir. Sual vermə və  sualları cavablandırmaq  bacarığı  vacib dil qabiliyyətlərindən  biridir və o hər bir şagirdin təfəkküründə formalaşanda bu bacarığı o rast gəldiyi hər bir yeni sözün, yeni anlamın mənasını açmaqda tətbiq edə bilir.

Bununla yanaşı layihəyə qoşulan yeni müəllimlərə təlimatlı təlim keçirilmişdi və onlar bir başa dərs prosesində bu texnologiyaya yüyələnmişdilər .

Dərs ilinin sonunda pilot siniflərində nümayiş dərsləri keçirildi.  Bu dərslərin ana məqsədi şagirdlərin necə?, hansı yolla? öz biliklərini yaratdıqlarını göstərmək idi. Bütün dərslər məktəb rəhbərliyi, fənn  və ibtidai sinif müəllimləri tərəfindən dinlənilib müzakirə edildi. Şagirdlərin bilikləri, biliklər üzərində əqli əməliyyatlar aparma bacarıqları və  birgə fəaliyyətləri, onların öz biliklərini hansı səviyyədə qurduqları müzakirə edilərək qiymətləndirildi.

Layihədə alınan nəticələrin düzgünlüyünü,  dayanaqlığını  yoxlamaq üçün 2 formatda  müqayisə aparıldı:

  1. Dövlət proqramları ilə işləyən müəllimlərin dərslərini pilot siniflərinin müəllimlərinin dərsləri ilə müqayisəsi;
  2. Hər iki proqramla oxuyan şagirdləri idrak testlərindən keçirərək onların idrak səviyyəsinin müqayisəsi.

1-ci  formatda rus bölməsində açıq dərslər keçirildi və hər iki bölmənin nəticələri idrakın inkişaf paradiqması əsasında müqayisə edildi.

İki bölmədə aparılan dərslərin arasında böyük fərqlər aşkarlandı.  Layihədə iştirak edən   müəllimlər öz dərslərində şagirdlərin birgəfəaliyyətdə   biliklərni  necə qururlar, keçmiş  bilik və bacarığlarından  necə? və nə cür? istifadə edərək proqram çərçivəsindən kənar – gələcək  biliklərini  yaratma yollarının  göstərdilər.  Bu koqnitiv (dərketmə) bilik yaratma   prosesində müəllimin qoyduğu məntiqi suallar əsasında şagirdlər əldə etdikləri bilik və bacarıqlara əsaslanaraq yeni biliklərini necə yaratdıqlarını nümayiş etdirdilər.

Dövlət proqramı ilə  işləyən müəllimlərin apardıqları dərsdə  (rus bölməsində 5, Azərbaycan bölməsində 1 dərs)   əsasən şagirdlərin biliklərini ortalığa çıxartmaq və yeni bilikləri texniki vasitələrdən istifadə edərək əlverişli üsulla ötürmək məqsədini daşıdığı müşahidə edildi. Koqnitiv cəhətdən passiv vəziyyətdə olan şagirdlər müəllimlərin internet resurslardan yararlanaraq təşkil etdikləri rəngarəng işlərdə və bu işlərə qoyulan bilikyönümlü sualları əldə etmiş bilikləri ilə  mexaniki cavablandırırdılar.  Bu təlim fəaliyyəti şagirdlərin  mənimsənilən biliklərin səviyyəsini göstərirdi.  Dərslərin müzakirəsi zamanı dövlət proqramları ilə işləyən müəllimlərin proqram çərçivəsində verilən biliklərin mənimsənilməsini əsas götürərək işlərini proqramlarda verilən tələblər əsasında qurduqlarını və bu dərslərin layihədə iştirak edən müəllimlərin dərslərindən çox fərqlənmədiyini qeyd etdilər. Onlar sadəcə olaraq öyrənməni bir şeyi çox-çox təkrarlayaraq öyrənib yadda saxlamaq kimi nəzərdə tuturdular.  Dərslərdə qoyulan sualları və verilən tapşırıqların struktur quruluşunu  Blumun idrak taksonomiyasının sualları ilə müqayisə edəndə dövlət proqramı ilə təhsil alan şagirdlərin   idrakı ibtidai  səviyyədə  -yəni bildim, anladım, tətbiq elədim səviyyəsində görüldü.  Pilot siniflərində müəllimlərin və şagirdlərin dərs prosesində qoyduqları sualların və tapşırıqların struktur quruluşu yüksək idrakı bacarıqlardan — biliklərin  analiz və  sintez edilməsi, onların yaradılması, operasıonal yəni  davamlı dəyişdirilməsindən ibarət idi.  Ən əsası da o idi ki şagirdlərin mövzuya qoyduqları suallarının  əksəriyyəti açıq   “nəyə görə ? Necə?”, müəllimin sualları isə “nədən belə düşünürsünüz” idi.

Müqayisənin ikinci formatı Layihədə iştirak edən şagirdlərin əqli səviyyələrinin  inkişafını yoxlamaq idi. Bunun üçün “İdrak testləri” hazırlanmışdır. Testlərdə qoyulan 6 sualın hər biri idrak bacarıqlarının hansı səviyyədə inkişaf edilməsinin  göstəricisi kimi qəbul edilmişdi. Suallar Piajenin idrak nəzəriyyəsində  təfəkkürün  operasionalığını göstərən mexanizmlərə əsasən qurulmuşdu.

Testlər 3 və 4 siniflərdə aparılmişdi. Testlərin nəticəsini müqayisə etmək üçün həmin testlər dövlət proqramları ilə çalışan 3 sinif Azərbaycan bölməsi və  rus bölməsinin 4 siniflərindəaparılmışdı.  Monitorinqə  213 şagird cəlb edilmiş və buda nəticələrin obyektiv müqayisəsi üçün zəmin yaratmışdı.

Testləri təhlil edəndə 3 maraqlı məqama rast gəlindi.

1.Monitorinqdə eksperimental siniflərdən 75 şagird iştirak edibdir.

75 şagirddən  50 nəfəri yüksək idraki səviyyədə  qaralaşıblar.  Bu şagirdlərin 66,6% təşkil edir.

Dövlət proqramı ilə işləyən siniflərdən 147 şagirddən 62 şagird yüksək idraki bacarıqlarını nümayiş etdirmişdi. Bu testə iştirak edən  şagirdlərin 42,1% təşkil edir.

  1. Rus bölməsinin bir 4 sinfin 27 şagirdin 20-sinin nəticəsi  >50 baldan çox olması bölmənin sinifləri arasında  ən yüksək nəticə olmuşdu. Bu müəllimin dövlət proqramı ilə işlədiyi zaman şagirdlərə düşüncə sərbəstliyi verməsindən, onların  biliklərlə  işləməklə  bərabər biliklər üzərində iş apardığının göstəricisi kimi qəbul edilir.

4 siniflər arasında ən aşağı göstərici 22 şagirdin 7-sinin nəticəsi ( >50) baldan çox  olması, bölmənin sinifləri arasında  ən aşağı  nəticə olmuşdu.

Monitorinqə cəlb edilmiş 9 sinif arasında ən aşağı göstərici dövlət proqramı ilə işləyən Azərbaycan bölməsinin 3 sinfi idi.  21 şagirdin 3-nin nəticəsi ( >50) baldan çox  olması testə cəlb olunan  siniflərin arasında  ən aşağı  nəticə olmuşdu.

İdrakın inkişafının ölçmə mexanizmi kimi götürülən «İdrak Testlərinin» nəticəsi onu göstərir ki şagirdlərin idrakının inkişafı bir neçə amildən asılıdır: müəllimdən, şagirdlərdən, proqramlardan və təlim mühitindən.

Və nəticə etibari ilə bu iki illik layihə çalışmasında aydın oldu ki, dərs prosesinin aparıcı qüvvəsi olam müəllim öz iş paradiqmasını dəyişəndə, o, bir başa təhsil sisteminin paradiqmasının dəyişməsi istiqamətində çalışır. Bu zaman onun şagirdləri  bu sistem dəyişilməsində  öyrədilənlərdən öyrənənlərə və  yaradanlara çevrilirlər.

 

Baxış: 136

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe