Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Distant təlimin yaxın və uzaq perspektiv inkişafı.

Fatma xanım Bunyatova

Distant learning- Distant öyrənmə

Məktəblərin pandemiya ilə əlaqədar bağlanması və vəziyyətdən çıxış yolu kimi  internet araclarından istifadə edərək şagirdlərə uzaqdan təlim vermək təhsilin inkişafını yeni bir müstəviyə internet və  onun aracları üzərinə keçirmişdi.

Aydındır ki yaxın perspektivdə gibrid formatlı üz-üzə və on-layın, of-layın – on-layın təlimləri  təhsilin aparıcı forması kimi qalacaqdır. Lakin bu təhsil formatlarında tətbiq edilən ənənəvi təlim yanaşmaları   tam şəkildə işləmədiyini və dəyişilməyə labud olmasını teledərslərdə görmüş olduq. Bu yaranmış uyğunsuzluğu aradan götürmək üçün əsas diqqət ancaq çox saylı internet qurğularından istifadə edilməsində görüldüyü üçün bütün diqqət müəllimlərin bu araclarla işləmək bacarığına yiyələnməsinə yönəlibdir.  Lakin yaranmış situasiyaya bir az dərindən baxanda müəllimin ənənəvi bacarığı distant təlimdə yer almadığını görmək olur və perspektivdə müəllimlərin öz təlim bacarıqlarının dəyişdirməsi labuddur. Müəllim öz təlim bacarıqlarını dəyişəndə bu dəyişmə də öz tərəfindən distant təlimin gedişatını dəyişdirir.

Perspektivdə distant təlimdə nə dəyişilməlidir, müəllımlər hansı yeni bacarıqlara yiyələnməlidirlər?

Gözlənilən dəyişiklik 4 istiqamətdə olacaqdır:

1.Təlim məqsədi dəyişəcəkdir.                                           

  Öyrətmə məqsədi daşıyan fəal təlim uzaqdan aparılan təlimdə özünü doğrultmur. Bütün dünyanın biliklərini şagirdlərə vermək olmaz. Amma onları bu biliklərin öyrənmə yollarına,  bu bilikləri həyatı biliklərə  çevirərək yaşam tərzində tətbiq etmə bacarığına   yiyələndirmək  olar.   Məhz buna görə də ənənəvi öyrətmə texnologiyası  distant  təlimdə öyrənmə texnologiyası ilə sintez edilməlidir.  Müəllim öyrətmə ilə öyrənmənin  arasındakı balansı 40-60% arasında etməlidır. Müəllimin məqsədi şagirdlərdə  verilənlərin  mənimsəmə bacarıqlarınin formalaşması ilə yanaşı onlarda verilmişlərdən  öz biliklərini qurma bacarıqılarının   yaradılması olacaqdır.

Distant təlimin məqsədi öyrətmə-öyrənmə olacaqdır.

2. Fənn biliklərinin kontenti və onların quruluşu yeniləşəcəkdir.

Fənn biliklərinin kontentindən nə yeniləşəcəkdir?

  • Fənn biliklərinin məzmununda seçim edilməli  və ikinci , üçüncü dərəcəli biliklər kontentdən çıxarılmalıdır.

 Vacib şərt: 100 bilik  daşıyıcısı olmaqdansa,   yüz bilik yaratma əməllərin sahibi olasan..

  • Təbii və  süni idrakın hərəkət mexanizmlərindən istifadə edərək  fənn bilikləri çözülüb invariant və dəyişən biliklərə ayrılacaq  və nömrələnəcəkdi. Ayrılmış və nömrələnmiş  biliklər tamlıq sxemində, tam bir şəkildə koordinat şəbəkəsində qurulacaqdır. Şəbəkənin bilik  yuvaları  hər tədris ili yeni biliklərlə genişlənəcəkdir. Məsələn: Azərbaycan dili fənn biliklərinin tamlıq sxemi fonetika, leksika, morfologiya və sintaksisə aid olan biliklərdən ibarətdir. Hər tədris ilində 1-1X siniflərə kimi sxemdə ki bilik yuvalarına yeni biliklər yerləşdirilir.  Bu daxili genişlənmədə biliklər idrakın inkişaf səviyyələrinə uyğun olaraq tək bir bilik vahidi kimi yox bir-biri ilə əlaqəli tətbiq, təhlil edilib öyrənilir və operasional əməllərdən keçirilərək keyfiyyətcə yeni bir biliyə çevrilirlər.
  • Tamlıq sxemində qurulan biliklər bir-biri ilə uzlaşır, daxili inteqrasiyaya gedir: məsələn: isim sifətlə və başqa nitq hissələri ilə uzlaşır, çünki  onların ortaq bir predmeti var buda əşyadır. İsmə aid olan bilikləri keçəndə bu təbii inteqrasiyanı qurmaqla biz bir biliyi bir neçə biliyə tətbiq etmiş oluruq. Məsələn: ismin halını keçəndə, hal biliklərinə yiyələndikdən sonra bu biliyi isimləşmiş sifətlərin və sayların, məsdərin, zərfin və əvəzliklərin üzərində multiplikativ (çox saylı) operasiya  tətbiq ediləndə  alınan biliyin güclü möhkəmləndirilməsi gedir. Bu möhkəmləndirmə   tək isim üzərində yox , bütün nitq hissələri üzərində   gedəndə  yeni biliklər yaranır və köhnə biliklər də mobil hərəkətdə olurlar. Bu biliklər  5-7 siniflərdə öyrənilən biliklərdi və onlar asanlıqla  ibtidai siniflərdə oyrənilir.
  •  Daxili inteqrasiyada birləşən biliklər bir-birindən  ayrılanda bir bilik strukturlar kimi dərindən öyrənilməlidir .
  • Biliklər assosiativ qurulmalıdır, yəni ortaq bir ilişikliliyə görə. Məsələn: “mürəkkəb söz” mövzusunu  keçəndə, bu mövzunu  “mürəkkəb cümlə” mövzusu ilə əlaqələndirmək olur, çünki burada ortaq bir anlam  mürəkkəb-yəni qarışıq, bir neçə hissədən ibarət olan  bir anlamın üzərində qurulubdur. Bu zaman burada assosiativ biliklər yaranır: “mürəkkəb söz”,  “mürəkkəb cümlələr”,  Assosiativ biliklərlə zəngin olan bilik kontenti ilə çalışan  şagirdlər öz  təfəkkürlərində ki  bilik neyronlarını bir-biri ilə bağlı şəkildə qura biləcəklər.  Bu bağlantı tədricən qarşıya çıxan məsələlərə bir tərəfdən yox ,  çox tərəfli çözülmə bacarıqlarını yaradır.  
  • Məntiqi əsaslarla qurulan biliklər üzrə öyrətmə tapşırıqları ilə yanaşı yeni tapşırıqlar batareyası yaradılacaq. Bu tapşırıqlar operasional əməliyyatlardan,  açıq suallardan, məntiqi əsaslardan ibarət olaraq  hər bir şagirdin bilik görümünün əks etdirəcək, onun bu biliklərlə işləmə bacarığını üzə çıxardacaqdı. Bacarıqlar isə inkişaf meyarları ilə ölçülərək qiymətləndiriləcəkdi. 3.  Bilikləri və onlarla işi özündə cəmləşdirən  dərsliklərin formatı və strukturları dəyişəcəkdir.
  •  Dərslikdəki biliklər məntiqi modelləşdiriləcək.   Dərsliklərin kağız variantı ilə yanaşı   e-dərsliklər variantı da olacaq.
  • Dərsliklərin kağız variantı üç hissədən: əməli, nəzəri və inkişafın özü  qiymətləndirmdən ibarət olacaqdır. Əməli hissədə tapşırıqlar və onların üzərində  aparılacaq işlər olacaqdır.  Nəzəri hissədə  inkişaf səviyyəsinə uyğun olan akademik biliklər və özüqiymətləndirmə hissəsində  isə təfəkkürün inkişaf  səviyyəsinin müəyyənləşdiriən tapşırıqlar yerləşdiriləcəkdi.
  • Əməli tapşırıqlar süni və təbii idrakın dərk etmə mexanizmləri ilə qurulacaq. Bu tapşırıqları dərk etmə yolları ilə yerinə yetirən öyrəncilər öz  təfəkkürlərində bu  quruluşa adekvat olaraq dərk etmə strukturlarını  yaradırlar.
  • Nəzəri hissədəki verilən akademik biliklər tamlıq sxemində qurulacaqdır və hər tədris ilində öyrənilmiş olan biliklərə əlavə olaraq öyrənməli olan nömrələnmiş biliklər veriləcəkdir.
  • Özüqiymətləndirmə bölməsində ki tapşırıqlar Piajenin “klinik metodikası”, B. Blumun idrak taksonomiyasının sualları  və H. Hardnerin çox sahəli idrak yanaşmasının əsasları üzərində qurulacaqdı.   Qiymətləndirmə burada idrakın inkişaf səviyyəsinin ölçü  meyarları funksiyasını daşıyaraq  bu inkişafın necə getdiyinin dinamikasının göstəricisi olacaqdır.
  • E- dərslik modeli planşetlərdə ,iPad, iPhone iPod Touch da  on-layin və of-layin  istifadə edilə bilinər. Bu dərsliklər sinergetik yanaşma: psixologiya, didaktika və yüksək texnologiyalar əsasında qurulacaqdı.
  • E-dərsliklərdə    biliklərin məntiqi modelləşdirilməsi, onların rəqamsallığı kompüter    proqramlaşdırılmasına rahat gedir.
  • Dərslik 3 hissədən: əməli,  yoxlayıcı və  bilik məcmuəsindən ibarət olacaq. E-dərsliyin ən gözəl xususiyyətlərindən biri başa düşülməyən, dərk edilməsi çətin gələn hər bir sözün, anlayışın, terminin mənasını , izahını həmən dəqiqə, köməksiz  tapmaq olur və buda özüöyrənmə bacarıqlarını inkişaf etdirir.
  • İnternet qurğularından istifadə etməklə e-dərsliklərdə idrakın inkişaf səviyyəsinin ölçülməsi üçün xüsusi tapşırıqlar yerləşdiriləcək. Bu tapşırıqlar sərbəst seçim xarakterində olacaq və bu sərbəst seçimlə hər bir şagird  ona rahat gələn səviyyəni açıq göstərmiş olacaq. Bu isə inkişafa müdaxilə etmədən inkişafı təbii tənzimləməyə şərait yaradır
  • 4. Təlim texnologiyası. Distant təlimin məqsədi öyrətmə-öyrənmə olduğu üçün təhsildə öyrətmə nəzəriyyəsi ilə yanaşı öyrənmə nəzəriyyəsi də tətbiq ediləcəkdir. Öyrənmə nəzəriyyəsinin əsası Piajenin koqnitiv inkişaf nəzəriyyəsidir.  Piajenin koqnitiv  inkişafına  əsaslanaraq  yaradıcı, məntiqli olan – müəllif təlimi konstruktiv təlim yaradılmışdı. Konstruktiv təlim idrak əsri olan 21 əsrin öndə gedən təlimlərindən biridir və o Kanada alimi Con Lorensin qənaətinə görə  «…öz yerini əsrin ortalarında tutacaqdı».

 Pandemiyanın ənənəvi təhsilin gedişinə etdiyi maneçiliyə və bu maneçiliyi aradan götürmək üçün  təhsilin distant formatında səmərəli aparılması yol konstruktivizmdən keçəcəkdi.  Və bu yola düşən müəllimlərə konstruktiv yanaşmadan çağırışlar  bunlar olacaqdı:

  • Müəllim şagirdin biliyini nəzərə almalı və inkişafa o bilikdən başlamalıdır. O, şagirdə biliyin inkişaf yolunu göstərməli və bu inkişaf yolunda ona  bələdçi, köməkçi olmalıdır.
  • Şagirdə nə bilik verməli, nə də ki ondan bilik almalıdır.  O şagirdin qarşısına  sadədən başlayaraq məntiqi ardıcıllıqla  düşündürücü sualları qoyaraq ona imkan yaratmalıdır ki, o bu suallara uyğun  öz sadə  biliklərini suallara əsasən dəyişdirib onları   yeni bir keyfiyyətdə quraraq üzə çıxartsın.
  • Biliklər hazır şəkildə tək bir bilik vahidi kimi verilməməlidir. Hər bir bilik ön və gələcək biliklərlə əlaqəli şəkildə öyrənilməli, çünki öyrənilən bilik özündə keçmiş biliyi ehtiva etdiyi kimi, gələcək biliklərin rüşeyimini də özündə bəsləyir.

  • Müəllim internet araclarından istifadə edərək şagirdlərin bir-biri ilə  uzaqdan təmas qurmasına , fikir mübadiləsinə, düşüncə tərzləri ilə bölüşməsinə  şərait yaratmalı və onlarda cəmiyyətdə sosiallaşma bacarıqlarını formalaşdırmalıdı.
  • Müəllim qiyməti biliklərin kəmiyyətinə görə və onlarla işləməyə görə verməməlidir. O, qiyməti biliklər üzərində aparılan işin səviyyəsinə və bu işin nəticəsi kimi alınan keyfiyyətcə yeni biliyə verməlidir.

Və sonda perspektivdə distant  təlimdə   şagirdlər nə kimi akademik, intellektual və sosial bacarıqları əldə etmiş olacaqlar:

-Distant təlimdə  öyrənilən biliklər təbii və süni idrak mexanizmləri ilə qurulacaq.  Və bu bilikləri süni idrak əsasında  yaradılmış internet qurğularına yerləşdiriləcəkdi. Şagirdlər bu qurğulardakı süni idrak mexanizmləri ilə  qurulan biliklərlə işləyəndə , onlar süni idrak mexanizmləri ilə yaradılan  bilik yollarına düşürlər. Bu təmas zamanı onlar öz idrak və onun bilik strukturlarını inkişaf etdirirlər. Bu inkişafı təbii idrak modelindən yaradılmış süni idrak modelinə uyğun qurulan biliklərlə iş yaradır.

Təfəkkürün  inkişafını isə biliklər üzərində aparılan  analiz, sintez, operasional əməllər, yeni biliklərin yaradılması  göstərir və  bu şəxsi göstəricilər hə bir şagirdin idrakının özüöyrənmə mexanizmləri kimi qəbul edilir. 

İstinadlar:

  1. https://eric.ed.gov/?q=information+AND+ICTS+AND+education&ff1=pubReference+Materials+-+Vocabularies%2FClassifications

New Strategy of the Distance Education Bunyatova, Fatma Khanim; Salamov, GulbalaUniversal Journal of Educational Research, v2 n5 p403-405 2014 (Distant təhsilin yeni strategiyası)

https://www.academia.edu/31107783/_Whole_integral_and_fuzzy_model_of_e_textbook_in_3D_ Fatma khanim Bunyatova (Tamlıq və qeyri səlis 3D e-dərslik)

Baxış: 113

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe