Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

80 illik yubiley

Aprelin 23-də Azərbaycan Müəllimlər İnstitutunda tanınmış alim və ictimai xadim, bu ali məktəbin professoru Ramiz Məmmədzadənin 80 illik yubileyi qeyd olunub.

Yubiley mərasimində təhsil naziri Misir Mərdanov iştirak edib.
Tədbiri institutun rektoru Aqiyə Naxçıvanlı açaraq Ramiz Məmmədzadə təbrik edib, onun şəxsiyyətini səciyyələndirən keyfiyyətlərdən söz açıb və institutun kollektivi adından yubilyara hədiyyə təqdim edib.
Azərbaycan Müəllimlər İnstitutunun dosenti Rəşid Cabbarov R.Məmmədzadənin zəngin həyat yolu və elmi-pedaqoji fəaliyyəti barədə mərasim iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov 80 yaşının tamam olması münasibətilə R.Məmmədzadəni təbrik edib. Yubilyarı “müəllimlər müəllimi” adlandıran nazir onun cəmiyyətdə böyük nüfuz sahibi, bütün ömrünü şərəflə yaşamış az-az insanlardan olduğunu vurğulayıb. Nazir R.Məmmədzadəni çalışdığı bütün vəzifələrdə işinə məsuliyyətlə yanaşması, daim yenilik hissi ilə yaşaması, səmimiliyi, sadəliyi, alicənablığı və s. kimi keyfiyyətləri ilə böyüməkdə olan nəslə örnək olduğunu diqqətə çatdırıb.
Yubiley mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Əbdül Əlizadə, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Bakıdakı 177 saylı məktəbin direktoru Həqiqə Məmmədova və başqaları çıxış edərək, R.Məmmədzadəyə təbriklərini çatdırıblar.
Sonda yubilyara gül dəstələri və hədiyyələr təqdim olunub.

Qaynaq:  www.edu.gov.az

İdrak məktəbinin kollektivi

Ramiz müəllim İdrak məktəbi EPM təsisçilərindən biri olmuş və təşəkkül tapmağa dəstək verənlərin ən parlaq simalarındandır.

İdrak məktəbinin kollektivi Ramiz müəllimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və yeni yaradıcılıq uğurları arzulayır.

Təbrik

Baxış: 5038

One Response to “80 illik yubiley”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe