Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

İsmin halları

İsmin halları

İradə Həsənova “İdrak məktəbi”nin müəllimi


Təqdim olunan dərs vəsaiti konstruktiv təlim texnologiyası əsasında qurulmuşdur. Konstruktiv təlim şagird təfəkkürünü inkişaf etdirmə yoluna yönələn bir pedoqoji psixoloji texnologiyadır. Bu texnologiya əsasında qurulan dərslərdə şagidlər həm əqli, həm də interaktiv fəaliyyətdə olurlar . Biliklər bu cür dərslərdə tək surətdə təqdim olunmur. Onlar bir-biri ilə birləşirlər, asssosasiyaya girirlər və beləliklə bu biliyin tamlıq sxemini ,yəni bilik kontekstini yaradırlar.Təqdim etdiyim dərsdə məqsədim şagirdlərin nitq hissələri haqqında biliklərini ortaya çıxarıb, nitq hissələri arasındakı əlaqələri tapıb, bu əlaqələrin hər bir nitq hiissəsində öz yerini təyin etməkdir. Bununla belə dərs interaktiv fəaliyyət strukturlarında qurulduğu üçün şagirdlərin əməkdaşlıq fəaliyyəti, biliklər üzrə əqli fəaliyyət vərdişlərini inkişaf etdirmək idi.

 Bu bir növ köhnə bilikləri yeni elementlər əlavə edərək yeni biliyə çevrilməsi deməkdir. Proqram üzrə IV sinifdə cəmi dörd nitq hıssəsı keçirilir, lakin biz bu çərçivədən çıxaraq ismi öyrənərkən əşyanın əlamətini bildirən bütün nitq hissələrini onunla əlaqələndirmişik, yəni isim sifətlə,sayla və əvəzliklə bir konteksdə araşdırmışıq. Feli keçəndə isə felin hərəkətin vaxtını,tərzini araşdırıb təyin edəndən sonra zərf haqqında anlayış yaratmışıq.
Beləliklə , şagirdlərdə dilin bir tamlıq sxemi yaranmış oldu. Il ərzində öyrəndiyimiz bütün dil qaydaları beləliklə aid olduğu bütün nitq hissələrinə yəni isim,sifət,say, əvəzlik, fel və zərfdə tətbiq olunur. Buna görə də ismin hallarını keçəndə biz eyni zamanda əşyanın əlamət və hərəkətlərinin bildirən nitq hissələrini yəni sifət ,say, əvəzlik və felin məsdər formasını nəyə görə hallandığını aydınlşdırdıqdan sonra onları da bu məntiq əsasında hallandırıırıq. Bu material bugünkü dərs çərçivəsindən çıxaraq gələcək dərslərdə keçiləcək bilikləri özündə cəmləşdirir və gələcək biliklərə körpü atmış olur. Beləliklə dil qaydaları bu cür dərsdə yeni bir yönümdə, yəni bərpaedici, qurucu istiqamətində işlənərək hər bir uşağın ana dilində olan səhvləri düzəldib yenidən qurur. .Dərsin təqdimatı konstruktiv təlim texnologiyası ilə və İKT ppt. proqramı ilə hazırlanmışdır.

Baxış: 4649

2 комментария to “İsmin halları”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe