Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

“İdrak məktəbi”nin saytına xoş gəlmişsiniz!

Fatma xanım Bünyatova.

                                                       “İdrak məktəbi”nin direktoru

Biz çox şad olarıq ki, Siz bizim saytımızda

yerləşən materiallardan yararlanasınız.

“İdrak məktəbi” bir özəl məktəb olduğu kimi,

 bir özəl pedaqoji məkandır da.Burada əgər

 şagirdlər gündəlik dərslərini yeni üsulla

 (hərçənd onlar üçün bu yeni yox,gündəlik iş fəaliyyətidir) keçib, özlərinin bilik dünyasını

qururlarsa, müəllimlər isə bu biliyə gedən yolun yolçusu və qurucusu olmuş olurlar.

20 il öncə ənənəvi təhsil sisteminə bir alternativ kimi yaratdığım “İdrak məktəbi” və bu günə qədər onun sıravi müəllimlərindən biri olaraq məqsədim şagirdlərdə təkcə bilik, bacarıq və vərdiş yaratmaq deyil, eyni zamanda hər bir şagird təfəkkürünü düşüncə yoluna istiqamətləndirib onun inkişafına şərait yaratmaqdır. Bu düşüncə yolları hansıdır?

“İdrak məktəbi”nin məqsədi şagirdlərdə bilik bacarıq və vərdiş yaratmaq deyil, məktəbin məqsədi hər bir şagird təfəkkürünü düşüncə yoluna istiqamətləndirib onun inkişafına şərait yaratmaqdır. Hansıdır bu düşüncə yolları?

-Anlam yolu. Nəyi öyrənmək istəyirsənsə əvvəlcə onun mahiyyətini başa düş;

-Bilik yolu. Başa düşdüyünü, eşitdiyini, oxuduğunu biliyə çevir;

-Bacarıq yolu. Çox sayda tapşırıqlar yerinə yetir ki,biliyi möhkəmləndirib itirməyəsən;

-Yaradıcılıq yolu. Biliklərini hərəkətə gətir ki, onu başqa biliklərlə əlaqələndirib yeni biliklər yaradasan.

Bu yolun yolçusu olan hər bir şəxs istər müəllim, istər şagird gec-tez bu yolun üsullarını özünün düşüncə alətinə çevirmiş olur. Bu da ki, yaşadığımız XXI əsrin informasiya və texnologiyanın, fərdiçilik və şəxsiyyət münasibəti olan dövrün tələblərinə bir növ cavab vermiş olur.

Bu yol çox uzun və nəticəsi tez görünməyən bir yoldur. Bu yolda bilik müəllim tərəfindən ötürülmür və şagird tərəfindən yadda saxlanılıb geri qaytarılmır ki, onun effektliyi görünsün.

Bu yol bir növ səhərin açılışı yoludur. Onu heç kəs izləyib görə bilmir ki, səhər necə açılır. Amma sonra şahidi olur ki, səhər açılıb, hər şey aydınlaşıb.

Mənim də istək və amalım budur ki, “İdrak məktəbi”nin bütün şagirdləri  bu yolu keçərək səhəri işıqlı, dünyası aydın və anlamlı olsun. 

Baxış: 12984

One Response to ““İdrak məktəbi”nin saytına xoş gəlmişsiniz!”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe