Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

F. Bünyatovanın Konstruktiv Təlim Mərkəzinə xoş gəlmişsiniz!

Konstruktiv Təlim Mərkəzi müəllimlərin yaradıcılıq inkişafını dəstəkləyir və Respublikada aparılan təhsil islahatlarını Ümumi Təhsil Konsepsiyasını (Milli Kurikulumu) həyata keçirmək üçün yardımçı olmağı özünə borc bilir.

Məqsədlər — Təlim prosesinə pedaqoji texnologiyaların tətbiq edilməsinə, pedaqoji prosesin müasir tələblərə uyğun modernləşdirilməsi və dövlət islahat proqramlarının həyata keçirilməsində yardımçı olmaq;

— Müəllimlərə ənənəvi təhsil sistemindən idrakın inkişafına, yaradıcılığa, fəallığa, yeniliyə istiqamətlənən yeni təhsil sisteminə keçməyə köməklik etmək;

— İnkişafedici, düşündürücü istiqamətində Milli Kurikulumun standartlarına uyğun olaraq yanaşmalar hazırlamaq, dərs nümunələri, dərsin layihələşdirmə üsullarını və keçirilməsini hazırlayıb çap etmək;

— Müasir, ən yeni, ən qabaqcıl pedaqoji texnologiyalarla, geniş müəllim təbəqələrini tanış etmək;

Hər il öz professional səviyyəsini artırmağa çalışan onlarla müəllim konstruktiv təlimlə aparılan dərslərin mahiyyəti, prinsipi ilə maraqlanaraq Mərkəzin təşkil etdiyi treninqlərdə iştirak edir. Müəllimin professional inkişafı isə treninqlər, fərdi məşğələlər, izahlı nümayiş dərsləri, dərsin dizaynı və aparlması deməkdir. Müəllim öz işində şagirdlərin fəaliyyət strukturlarını fənnin bilik strukturları ilə əqli fəaliyyət strukturlarını birlikdə dərsin dizaynında və aparılmasında müntəzəm istifadə edərkən bu yeni yanaşmalar tədricən müəllimin yaradıcı dərsin aparılması alətinə çevrilərək həm müəllimi, həm də şagirdi təlimdə müvəffəqiyyətə gətirib çıxardır.

Konstruktiv Təlim Mərkəzi müəllimin professional inkişafını aşağıdakı istiqamətlərdə aparır:

  • Konstruktiv təlim (yaradıcı, məntiqli, interaktiv təlim)
  • Kooperativ təlim (interaktiv təlim)

Mərkəz

  • bir günlük (tanışlıq)
  • üç günlük;
  • beş günlük;
  • fərdi

treninqlər aparır.

Bununla bərabər mərkəz məktəb rəhbərlərinin sifarişi ilə də yerlərdə treninqlər aparır.

Baxış: 10962

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe