Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘dərslik’

…morfologiyanı qurtarıb sintaksisə keçirik və halsız Azərbaycan məktəblisinin halı.

 

 Fatma xanım Bunyatova

“…morfologiyanı  qurtarıb sintaksisə  keçirik” — Bu sətir Azərbaycan dili-7-ci sinif dərsliyi üçün yazılmış MMV-dən götürülüb.  Müəlliflər Aynur  Rüstəmova, Hidayət Allahverdi, Dilruba Cəfərova və  Sahibə Məmmədova  yüksək  təmtaraqla gördükləri işə rəy verərək yazırlar : “Azərbaycan dili kurikulumunda sözün qrammatik  mənası ilə standartların  morfologiyası  5-7 –ci siniflərdə verilir, 8-11-ci siniflər üzrə standartlar, əsasən, sintaksis, üslubiyyat, nitq mədəniyyəti, məsələlərini əhatə edir. Ona görə də müəlliflər çalışmışlar ki, dərslikdəki dil qaydaları məzmun xətti üzrə 7-ci sinif üçün  nəzərdə tutulmuş standartlar çərçivəsində morfologiya bəhsi üzrə ən vacib məqamları əhatə etsinlər. (MMV-7. səhifə 10) Read the rest of this entry »

Baxış: 1540

TDQK-dan Təhsil Nazirliyinin ittihamına cavab

“TQDK-nın dərsliklərin monitorinqlərinin müzakirəsini qapalı saxlaması barədə deyilən fikirlər tamamailə əsassızdır”. Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlının TQDK barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, hazırda yeni layihə əsasında bu müzakirələr internet saytında canlı yayımlanır.

“Bu dəqiqə orada canlı müzakirələr gedir və hörmətli Faiq Şahbazlı da orada iştirak edir. Bu qədər açıq olan prosesi biz guya kimin üçünsə qapalı saxlayırıq. Bu fikirlər tamamilə əsassızdır. Jurnalistlərin iştirakına gəlincə, TDQK dəfələlərlə jurnalistləri bu prosesdə iştirak etməyə dəvət edib və gələnlər də var”.   E. Nağızadə vurğulayıb ki, TQDK tərəfindən keçirilən dərsliklərin monitorinqləri ilə bağlı bütün müzakirələr hər bir mütəxəssis və orta məktəbdə işləyən hər bir müəllim üçün açıqdır. “Təkcə Bakı şəhərindən deyil, regionlarda çalışan müəllimlərin də iştirakının təmin etmək üçün Komissiyanın regional bölmələri ilə paralel olaraq müzakirələr aparılırdı. Bu zaman TDQK-nın mərkəzi binasında gedən müzakirələrə canlı bağlantı ilə qoşularaq bölgə müəllimləri də öz fikirlərini bildirdilər”.TDQK təmsilçisi qeyd edib ki, hazırda dərsliklərlə bağlı bildirilən iradlara və haqlı narazılıqlara, Read the rest of this entry »

Baxış: 2314
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe