Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘distant təhsil’

Təhsilin transformasiyası.Tamlıq və qeyri səlis Azərbaycan dilinin Rəqəmsal proqramı

Fatma xanım Bunyatova

TQSAD-Rəqəmsal Proqramı

2008- ci ildən qəbul olunan və bu günə kimi təlim prosesində tətbiq olunan kurikulum proqramları dövlət tərəfindən dəstəkləndiyi üçün dayanıqlı təhsil sisteminin işlək proqramıdır. Hər dörd ildən bir proqramlarda düzəlişlər aparılır, yenilənir və aşkarlanan çatışmamazlıq aradan götürülür. Lakin düzəlişlər kosmetik xarakterini daşıdığı üçün, o keyfiyyətcə  müsbət dəyişikliklər gətirmir. Buna səbəb isə  proqram biliklərinin özüldən məntiqsiz,  natamam bir sxemdə öyrətmə və bilik ötürmə yollarında qurulmasıdır.

COVİD-19 üz-bəüz təhsili ildırım surəti ilə dəyşdirərək distant təhsilə çevirdi. Təhsilin yeni forması yeni görümləri, yeni baxışlarları tələb edir. Köhnə proqram quruluşunda olan dərsliklərdəki bilikləri süni idrak modeli ilə yaradılan internet qurğularına köçürdüb şagirdlərdən onları əzbərləyib yadda saxlamaq, onları eyni müstəvidə tətbiq etmək kimi tələblər artıq effektsizdi. Fənn proqramları yüksək texnologiyalar əsasında qurulan internet qurğularına  adekvat olaraq elmi əsaslarla qurulmalıdı.

Bu  problemin həll yollarından biri kimi  Alternativ “Tamlıq və qeyri səlis Azərbaycan dili”  Rəqəmsal proqramıdır. Bu proqramı Azərbaycanda dayanıqlı təhsil sisteminin elmi əsaslarla transformasiyasına (köklü dəyişikliyə) atılan ilk addım  kimi  qiymətləndirmək olar. Proqram Jan Piajenin təbii idrak  və Lütfi Zadənin süni idak nəzəriyyələri əsasında qurulmuşdu. Bu proqramı Azərbaycanda dayanıqlı təhsil sisteminin elmi əsaslarla transformasiyasına (köklü dəyişikliyə) atılan ilk addımlardan biri  kimi  dəyərləndirmək olar

Read the rest of this entry »Baxış: 439
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe