Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘distant təlim’

Distant təlimin yaxın və uzaq perspektiv inkişafı.

Fatma xanım Bunyatova

Distant learning- Distant öyrənmə

Məktəblərin pandemiya ilə əlaqədar bağlanması və vəziyyətdən çıxış yolu kimi  internet araclarından istifadə edərək şagirdlərə uzaqdan təlim vermək təhsilin inkişafını yeni bir müstəviyə internet və  onun aracları üzərinə keçirmişdi.

Aydındır ki yaxın perspektivdə gibrid formatlı üz-üzə və on-layın, of-layın – on-layın təlimləri  təhsilin aparıcı forması kimi qalacaqdır. Lakin bu təhsil formatlarında tətbiq edilən ənənəvi təlim yanaşmaları   tam şəkildə işləmədiyini və dəyişilməyə labud olmasını teledərslərdə görmüş olduq. Bu yaranmış uyğunsuzluğu aradan götürmək üçün əsas diqqət ancaq çox saylı internet qurğularından istifadə edilməsində görüldüyü üçün bütün diqqət müəllimlərin bu araclarla işləmək bacarığına yiyələnməsinə yönəlibdir.  Lakin yaranmış situasiyaya bir az dərindən baxanda müəllimin ənənəvi bacarığı distant təlimdə yer almadığını görmək olur və perspektivdə müəllimlərin öz təlim bacarıqlarının dəyişdirməsi labuddur. Müəllim öz təlim bacarıqlarını dəyişəndə bu dəyişmə də öz tərəfindən distant təlimin gedişatını dəyişdirir.

Perspektivdə distant təlimdə nə dəyişilməlidir, müəllımlər hansı yeni bacarıqlara yiyələnməlidirlər?

Gözlənilən dəyişiklik 4 istiqamətdə olacaqdır:

1.Təlim məqsədi dəyişəcəkdir.                                           

  Öyrətmə məqsədi daşıyan fəal təlim uzaqdan aparılan təlimdə özünü doğrultmur. Bütün dünyanın biliklərini şagirdlərə vermək olmaz. Amma onları bu biliklərin öyrənmə yollarına,  bu bilikləri həyatı biliklərə  çevirərək yaşam tərzində tətbiq etmə bacarığına   yiyələndirmək  olar.   Məhz buna görə də ənənəvi öyrətmə texnologiyası  distant  təlimdə öyrənmə texnologiyası ilə sintez edilməlidir.  Müəllim öyrətmə ilə öyrənmənin  arasındakı balansı 40-60% arasında etməlidır. Müəllimin məqsədi şagirdlərdə  verilənlərin  mənimsəmə bacarıqlarınin formalaşması ilə yanaşı onlarda verilmişlərdən  öz biliklərini qurma bacarıqılarının   yaradılması olacaqdır.

Distant təlimin məqsədi öyrətmə-öyrənmə olacaqdır.

2. Fənn biliklərinin kontenti və onların quruluşu yeniləşəcəkdir.

Fənn biliklərinin kontentindən nə yeniləşəcəkdir?

  • Fənn biliklərinin məzmununda seçim edilməli  və ikinci , üçüncü dərəcəli biliklər kontentdən çıxarılmalıdır.

 Vacib şərt: 100 bilik  daşıyıcısı olmaqdansa,   yüz bilik yaratma əməllərin sahibi olasan..

  • Təbii və  süni idrakın hərəkət mexanizmlərindən istifadə edərək  fənn bilikləri çözülüb invariant və dəyişən biliklərə ayrılacaq  və nömrələnəcəkdi. Ayrılmış və nömrələnmiş  biliklər tamlıq sxemində, tam bir şəkildə koordinat şəbəkəsində qurulacaqdır. Şəbəkənin bilik  yuvaları  hər tədris ili yeni biliklərlə genişlənəcəkdir. Məsələn: Azərbaycan dili fənn biliklərinin tamlıq sxemi fonetika, leksika, morfologiya və sintaksisə aid olan biliklərdən ibarətdir. Hər tədris ilində 1-1X siniflərə kimi sxemdə ki bilik yuvalarına yeni biliklər yerləşdirilir.  Bu daxili genişlənmədə biliklər idrakın inkişaf səviyyələrinə uyğun olaraq tək bir bilik vahidi kimi yox bir-biri ilə əlaqəli tətbiq, təhlil edilib öyrənilir və operasional əməllərdən keçirilərək keyfiyyətcə yeni bir biliyə çevrilirlər.
Read the rest of this entry »Baxış: 113

Evladlarının distant təhsil almasını istəyən Valideynlərin nəzərinə !

“İdrak məktəbi” təhsil mərkəzi

            “Mini məktəb” proqramına

Distant təhsilə keçən I-IV sinif şagirdlərin  qəbulunu elan edir.

Dərslər gibrid formatda- üzbəüz və on-layın, of-layin formatda keçirilir.

  • Dərslər  hər bir şagirdin inkişaf səviyyəsinə   uyğun dövlət proqramına əsasən tərtib edilən personal proqramla tədris ediləcək.
  • Şagirdlərin   düşüncə tərzlərini, sosial və emosional idraklarının inkişafı üçün  ən qabaqcıl pedaqoji texnologiya- konstruktiv təlim texnologiyasından istifadə ediləcək.
  • Hər bir şagirdin  inkişafı ön, aralıq  və son testlərlə izlənəcək.
  • Dövlət  proqramına əsasən kiçik və böyük summativlərə hazırlıq aparılacaq.
  • Müəllimlə üzbəüz təlim 5-6 nəfərlik kiçik qruplarda , başqa qruplarla təmassız şəraitdə keçiriləcək.
Read the rest of this entry »Baxış: 69

Beynəlxalq təhsil layihəsi

23“Ev tapşırıqları olmadan oxuyuruq”  beynəlxalq  Azərbaycan-Rusiya   təhsil layihəsinin məramı:

-təhsil texnologiyaları ilə  İKT-nin tədris prosesində səmərəli inteqrasiyası ;

-tədris vaxtından  səmərəli istifadəsi;

-müəllimləri   şagirdləri  dərketmə fəaliyyəti ilə  “öyrənməyi öyrətmək”  bacarıq  və  vərdişlərinə yiyələndirmək  ;

-şagirdlərin dərketmə fəalityyətinin  inkişafı və onların dərketmə üsullarına   yiyələndirərərk  onlarda  özü öyrənmə  bacarıqlarını  yaratmaq  ;

 

Layihənin  ən yaxın məqsədləri:

-hər  iki  tərəfdən   25  nəfərdən  ibarət  qrupu  təşkil  etmək (ibtidai məktəb);

-müəllimlər  üçün pedaqoji texnologiyalar “Konstruktiv yanaşma ilə interaktiv təlim” mövzusunda  distant təlim kursunun keçrilməsi; Read the rest of this entry »Baxış: 1070

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe