Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘innovativ dərs’

Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi

trabzonMartın 21-25-i  Trabzonun  Zorlu Qrant otelində   “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES”  layihəsi  çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi  keçirilmişdir.  Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş,  Azərbaycandan Özəl “İdrak məktəbi”  Konstruktiv təlim məktəbinin yaradıcısı  Fatma xanım Bunyatova apardılar.

Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı,  Qəbələ müəllimləri,  Türkiyədən isə  Trabzon , Rizə , Ankara müəllimləri  iştirak edirdi.

Treninqin  3-cü  günü  Trabzonun BVƏ  ilk  öyrətim okulunun   IV sinifində   treninq iştirakçıları üçün  riyaziyyat  dərsindən  “Onluq kəsir”  mövzusunda  master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə  Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri  Fatma xanım Bunyatova  apardı.  Dərs  Konstruktiv  təlimlə  qurulmuşdur. Bu dərs xüsusilə  şagirdlərin biliklərinə əsaslanmışdır.  Şagirdlər  öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin  məntiqi sualları və əsasları əsasında  bir biliyi başqa biliyə  çevirərək, sadə  bilikdən   mürəkkəb  biliyə gedən yolda öz biliklərini  qurmuş oldular. Read the rest of this entry »

Baxış: 1723

Konstruktiv yanaşma ilə interaktiv təlimlə Ədəbiyyat fənnindən qurulan dərs nümunəsi .

 

Fatma xanım Bunyatova 

Ədəbiyyat  V sinif (A.Süleymanova  və b.)

Mövzu: “Müəllimin arzusu”

  slyd


Konstruktiv   yanaşma  ilə  interaktiv dərs  iki  hissəli  dərsdir. Dərsin birinci hissəsi üç mərhələdən ibarətdir. Hər mərhələdə görülən iş sonrakı mərhələ ilə əlaqəli olduğu üçün şagirdlər silsiləli təlim  və əqli fəaliyyətdə olurlar. Şagirdlər 4 nəfərdən ibarət komandalarda təlim fəaliyyətində olurlar

Standart  1.1.1.; 1.1.2; 1.1.3; 1.2.4; 2.1.1.; 2.2.1.;

 

Məqsəd :

— şagirdlərin    arzu   haqqında   anlamlarını   üzə   çıxartmaq   və   onu genişləndirmək;

-mətnə   sual   qoymaq,   suala   ətraflı  cavab   vermək,  ifadəli  oxu  bacarıqlarını   inkşaf    etdirmək;

— şagirdlərin   cütlükdə   və    komadada    qarşılıqlı   müzakirə   bacarıqlarını inkişaf   etdirmək;

Təlim  fəaliyyətləri:  cütlükdə   oxu ;  cütlükdə   müzakirə ;  komandada müzakirə; Read the rest of this entry »

Baxış: 7521

Nəzakətli dovşan

                         Fatma xanım Bunyatova

  Təhsil koucinqi  müddətində hər bir müəllim öz seçimi ilə düzənlədiyi proqram üzrə inkişaf edir. İki mərhələdən ibarət olan kouçinqdə müəllim bugünki və gələcək dərslərini qurmağı öyrənərək həmdə onun təgdimatını edir. Read the rest of this entry »

Baxış: 1955
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe