Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘J.Piaje’

Konstruktiv təlim mühiti. Yaddaş məktəbindən təffəkkür məktəbinə keçid

Fatma xanım Bunyatova

9Yaşadığımız XXI əsrdə informasiya və kommunikasiya texnogiyaları  cəmiyyəti dəyişdirir  və  onu  sürətlə inkişaf etdirir. Bu inkişaf  məktəblərdən  də  yan keçməyərək ona texniki cəhətdən çox  irəliləmə  gətirmişdi . Dərs proseində  IKT səmərəli istifadə edilməsi təlim prosesində öyrənilənin  40-50% yadda qalması  ilə ən yaxşı halda nəticələnə bilir.  Lakin  yaşadığımız əsr cəmiyyət qarşısında qoyduğu  tələblər çəmiyyətin  üzvünün çoxlu bilik daşıyıcısı kimi yox kreativ düşüncəli, yaradıcı qabiliyətli bir fərd kimi görmək istəyir. Bununla yanaşı  böyüyən  nəsl  inormasiyanı  biliyə çevirməsini  , özü öyrənmə yollarını  bilib bacarmaqla yanaşı , social bacarıqlara  da yiyələnmiş  olmalıdır.

Lakin bugün bu tələblərin demək olar ki coxsunu yerinə yetirməyə məktəblərin imkanı çatmır v ə bununda bir sıra səbəbləri vardı:

  • İKT insan təfəkkürünün məhsuludur və o süni idrak əsasında yaradılıbdır. Süni idraki Lütfi- Zade J,Piajenin təbii idrakının əsasında yaradıbdır. Bu yüksək texnologiyaları    yaddaşa istiqamətlənmiş pedaqoji texnologiyalarla birlikdə əski  quruluşda  olan bilikləri  tətbiq edildiyi üçün gözlənilən effect alınmır
  • Fənn bilikləri diskret halında öyrənildiyi üçün şagirdlər illərlə  biliyin tam bir sxeminə çıxırlar. Bu halda  şagirdlər    öyrəndikləri bilikləri əvvəlki və sonrakı biliklərlə  əlaqələndirməyə  bacarmırlar. Nəticədə   onlar  biliklərin tamlıq sxemində  öyrəndiklərinin yerini tapmağa çətinlik çəkirlər.  Bunun da nəticəsi  biliklər diskret bir halda,  əlaqəsiz  yaddaşa yüklənməsi olur.
  • Təlim zamanı verilən tapşırıqların çöxsu bilik yönümlü olduğu üçün şagirdlərdə ancaq bilik və onun tətbiqi bacarıqlarını formalaşdırır. Bu isə təfəkkürün ibtidai səviyyəsi pilləsidir
  • Təlim prosesində interaktivliyin çəkisi az olduğundan şagirdlərin bilikyaratma  və social bacarıqlarının  inkişafı zəif geidr.
  • Bilik yönümlü təlim prosesinin qiymətləndirilməsi bilik və onun tətbiqi meyyarlarla aparılır.                               Bütün bu çatışmamazlığı  aradan götürmək üçün  təlim prosisində  konstruktiv bir mühit yaradılmalıdır.

Read the rest of this entry »

Baxış: 371

Jan Piajenin təbii və Lütfi-zadənin süni idrak nəzəriyələrinə yeni baxış

10743428_862009017165329_1780357600_n (1)2012-ci ildə  “İntechopen”    beynəlxalq  internet açıq   nəşriyatından  təlimdə irəli sürdüyüm  tam və  qeyri- səlis  yanaşmanı  açıqlamağı məndən xahiş etdilər. “İntechopen”    nəşriyyatın təklifinə  razılıq  verərək  _”İntelejent sistems”  başlığı altında kitabın  həmmüəllifi olaraq    “Maşın təlimində fənn biliklərin  tamlıq  və qeyri —  səlis  modelləşdirilməsi” adlı   bir bölmə  yazdım

Məqalə üç hissədən  ibarət idi .

1.Nəyə görə və ya hansı səbəbə görə  günü-gündə qalaqlanaraq  yaradılan  İKT  təlimdə gözlənilən effekti  vermir?

2.Nə etmək lazımdır ki öyrəncilər İKT-dən  keyfiyyətlə  yararlansınlar?

3.Bilik strukturları necə qurulmalıdır? Maşın təlimində hansı təlim texnologiyası tətbiq edilməlidir və  nəticə etibarı ilə nə alınır?

Bu sualların  cavabları qısaca olaraq belə  açıqlandılar:

—         birincisi:  hazırlanan  yeni elektron  dərsliklərin,  İKT  içərisindəki olan bilgilərin,   köhnə strukturlarda  olan  biliklər kimi  yerləşdirilməsidir. İnternet təhcizatları , kompyüter texnologiyaları hamısı  süni idrakın məhsulu olduğu halda,  ona yerləşdirilən biliklər  ənənəvi yanaşma tərzində  götürülmüşdür və bu  idrakı fərqlər təlim keyfiyyətini əmə Read the rest of this entry »

Baxış: 894

Dərsliklər və yeniliklər

 Fatma xanım Bunyatova

Ədəbiyyat -5  (A.Süleymanova və b. ) Müəllim ücün metodik vəsaitinə  konstruktiv yanaşma prizmasından baxış

Ədəbiyyat-5 (A.Süleymanova və b.)  dərsliyin müəllifləri  kurikulumun təlim strategiyasına  yenilik gətiriblər. Onlar Amerika alimləri Robert Strenberq və Horvard Qardnerin oxu strategiyalarına əsaslanaraq dərs prosesində şagirdlərin oxuyaraq öyrənmələrini əsas götürürlər. Müsbət bir haldır ki,  müəlliflər MMV-də müəllimlərə  bu strategiya haqqında geniş məlumat verirlər, misallar gətirərək  onu hər tərəfli açıqlayıb təhlil edirlər, istiqamətlərini nəzəri cəhətdən göstərirlər.

H.Qardner  Jan Piajenin koqnitiv (dərk etmə) nəzəriyyəsinə əsaslanan,bu nəzəriyyəni  inkişaf etdirən bir alimdir.  Koqnitiv nəzəriyyə  , yəni dərk etmə nəzəriyyəsi ,  konstruktivizimə aiddir.  Bu dərketmə prosesində hər bir şagird öz biliklərindən,  təcrübəsindən çıxış edərək öz biliklərini yaradır. Müəlliflər nəzəri cəhətdən bunu təsdiqləyirlər,  nümunəvi dərslərdə bunu fəal təlimin üsulları üzrə qurmağa cəhd edirlər  (müəllimlər təlimlərdə fəal təlim strategiyasına yiyələnirlər, buda bir paradoksdur yenilik var, amma tətbiqi öyrənilmir ) , lakin bu cəhd tam  alınmır.  Çünki,  fəal təlimin yolu bir yoldur,  konstruktivizmin,  dərketmənin yolu isə başqa bir yoldur.  Konstruktivizimdə fəal ünsiyyət, Read the rest of this entry »

Baxış: 1303

Konstruktiv yanaşma ilə interaktiv təlim

 

Fatma xanım Bunyatova

Konstruktiv yanaşma ilə interaktiv təlim — müəllif təlimidir. Bu təlim yeni fənn kurikulumun səmərəli tətbiqi ücün təklif olunmuşdu.      

innovativ treninq1. Konstruktiv yanaşma ilə interaktiv təlimdə diqqət şagirdin sosial və idraki fəaliyyətinə yönələrək hər bir şagirdi azad düşüncəli, sosial və idraki bacarıqlı bir vətəndaş kimi böyütməkdir.

Bu təlim texnologiyasının məqsədi hər bir şagirdin idrakının inkişaf etdirilməsi və onu öz hüququnu dərk edən, özünüinkişafını bacaran, öz biliyini yaradıcılıqla yeniləşdirən bir demokratik şəxsiyyət yetişdirməkdir.

2. Konstruktiv yanaşma ilə interaktiv təlimdə müəllim şagirdlərin təlim fəaliyyətlərinin əlaqələndiricisi, dərsin meneceri, mediatorudur və idraki fəaliyyətə istiqamətləndiricidir.

3. Konstruktiv yanaşma ilə interaktiv təlimdə şagird bilik qazanan, biliklərini yeniləşdirən, komandada iş birliyi quran, sosial və idraki bacarıqlarını inkişaf edəndilər. Read the rest of this entry »

Baxış: 1042

Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti, məqsədi və formulu

Konstruktiv təlim şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir.

  Konstruktiv təlim yaradıcı, səciyyəli əməliyyat təlimidir.Bu təlimdə şagirdlər öz daxili duyğu və idrak səviyyələrindən çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar.Həmin yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakteri daşıyır. Yəni bu yaradıcılıq uşağın-şagirdin fərdi, yaxud qrup halındakı işindən, fəaliyyətindən asılıdır. Sətirlərin müəllifinin konstruktiv təlim fəlsəfəsi amerikalı alim Cerom Brunerin konstruktivizm fəlsəfəsi ilə səsləşir. Qeyd etmək lazımdır ki, C. Brunerin konstruktivizm təlimində fərd öz şəxsi dərkinin nəticəsini, cəmiyyətin əvvəlcədən əldə etdiyi təcrübələrlə əlaqələndirməyə və əsaslandırmağa çalışaraq yeni bilik qazanır.Bünyatovanın konstruktiv təlim fəlsəfəsi həm də Şərq-Qərb təlim sisteminin sintezində ehtiva olunur. Bu təlim fəlsəfəsi hissədən tama, yaxud da tamdan hissəyə çıxmağa, şagirdlərin əldə olunmuş bilikləri ilə yeni qazanılacaq biliklərin birləşməsinə, qovuşmasına əsaslanır. Bu da öz növbəsində şagird biliyinin tamlıq sxemini yaradır. Read the rest of this entry »

Baxış: 5619
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe