Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘konstruktiv təlim’

Öyrədilən şagirdlərin öyrənən və yaradan şagirdlərə çevrilməsi.

Fatma xanım Bunyatova

Bakının  T. Həsənov adına 23 nömrəli eksperimental məktəbində “Öyrətmədən öyrənməyə keçid” layihəsinin ikinci ilində məqsəd müəllimlərin  “Biliklərin tamlıq və qeyri səlis modelləşdirmə  — BTQSM texnologiyası ilə yaradılan  «Tamlıq və qeyri səlis Azərbaycan dili” proqramları ilə sərbəst olaraq konstruktiv dərsin dizaynını etmək, yaradıcı tapşırıqları hazırlamaq, onları qiymətləndirmək, şagirdlərin komandada təlim fəaliyyətlərinin çox strukturlu qurmaq ilə yanaşı şagirdlərin idraklarının inkişaf yolunu izləmək idi. Alternativ proqramda  diqqət şagirdlərin yazılı və şifahi nizamlı nitqlərinin inkişafına yönəldilmişdi. Bu inkişaf  şagirdlərin anlamlı təlim fəaliyyətində, bilmədikləri, başa düşmşdikləri hər bir  sözün mənasını, anlamını ortalığa çıxartmaq və onu suallaşdırıb aydın etmək istiqamətində gedir. Sual vermə və  sualları cavablandırmaq  bacarığı  vacib dil qabiliyyətlərindən  Read the rest of this entry »

Baxış: 221

Öyrət-mədən öyrənmə yollarından

 Bakı şəhəri 23 №-li tam orta məktəbinin ibtidai sinif müəllimi

Taliyə Nəbiyevanın “Öyrətmədən öyrənməyə keçid»

layihəsi çərçivəsində  2-ci sinifdə nümayiş dərsi.

               Mövzu  “Şir və siçan”

Dərsin məqsədi:

-şagirdlərin şifahi və yazılı nitqlərini inkişaf etdirmək;

-şagirdlərin təxəyyüllərində  təmsil  surətlərinin yaradılması;

— komandada bir- birilərinə köməklik etmək bacarığını inkişaf etdirmək;

Dərsi öyrəniləcək   mövzunu  adını elan edəndən sonra şagirdlərin təxəyyüllərində “təmsil” obrazının yaranması üçün onların şeir, nağıl və hekayə haqqında biliklərini üzə çıxartmaq üçün sinfə sual verirəm. Read the rest of this entry »

Baxış: 411

Çap olunacaq beynəlxalq qrifli “Konstruktiv təlim və kurikulumun inkişafı” kitabının həmmüəllifliyi üçün dəvət.

Hörmətli müəllimlər, 2015-ci il avqust ayında  çap olunacaq “Konstruktiv təlim və kurikulumun inkişafı” kitabının  həmmüəllifi olmaq üçün dəvət edirik. Kitab üç  hissədən ibarət olacaq: Read the rest of this entry »

Baxış: 859

İETC-2015 Beynəlxalq Konfransı

Növbəti beynəlxalq layihəmizi uğurla başa vurduq. İstanbul Universitetində keçirilən  may 27-29 2015 beynəlxalq konfransında Konstruktiv Təlim Mərkəzinin üzvləri beş məruzə ilə çıxış etdilər.

Fatma xanım Bunyatova
Sevinc abbasova
«Konstruktiv təlimdə şəxsi biliklərin qazanılması və şagird təfəkküründə öyrənmə yollarının qurulması»
Nübar Qayıblı Read the rest of this entry »

Baxış: 626

“Flipped Classroom” treninqi

FC           2015-ci il  yanvar ayının 3-4-də İrşad otelin Konfrans zalında Konstruktiv Təlim Mərkəzi və «Yenilikçi Öğrenme və Öğretme Merkezi” tərəfindən “Flipped Classroom”  mövzusunda beynəlxalq treninq keçirildi. Treninqi Fatma xanım Bunyatova və Kayhan Karlı aparırdı.

Türkiyədən gəlmiş , dəyərli qonağımız Kayhan Karlı hoca treninq iştirakçılarına google.com araclarından istifadə etməklə buludlarda məktəb qurmağı əyani olaraq göstərdi.

“Flipped Classroom” treninqində innovasiyaya  meyilli olan Bakı  şəhəri  daxil olmaqla digər şəhərə və rayonların müəllimləri iştirak edirdilər.

Treninqin nəticəsi olaraq Azərbaycanda ilk dəfə  32 bulud Read the rest of this entry »

Baxış: 731

Jan Piajenin təbii və Lütfi-zadənin süni idrak nəzəriyələrinə yeni baxış

10743428_862009017165329_1780357600_n (1)2012-ci ildə  “İntechopen”    beynəlxalq  internet açıq   nəşriyatından  təlimdə irəli sürdüyüm  tam və  qeyri- səlis  yanaşmanı  açıqlamağı məndən xahiş etdilər. “İntechopen”    nəşriyyatın təklifinə  razılıq  verərək  _”İntelejent sistems”  başlığı altında kitabın  həmmüəllifi olaraq    “Maşın təlimində fənn biliklərin  tamlıq  və qeyri —  səlis  modelləşdirilməsi” adlı   bir bölmə  yazdım

Məqalə üç hissədən  ibarət idi .

1.Nəyə görə və ya hansı səbəbə görə  günü-gündə qalaqlanaraq  yaradılan  İKT  təlimdə gözlənilən effekti  vermir?

2.Nə etmək lazımdır ki öyrəncilər İKT-dən  keyfiyyətlə  yararlansınlar?

3.Bilik strukturları necə qurulmalıdır? Maşın təlimində hansı təlim texnologiyası tətbiq edilməlidir və  nəticə etibarı ilə nə alınır?

Bu sualların  cavabları qısaca olaraq belə  açıqlandılar:

—         birincisi:  hazırlanan  yeni elektron  dərsliklərin,  İKT  içərisindəki olan bilgilərin,   köhnə strukturlarda  olan  biliklər kimi  yerləşdirilməsidir. İnternet təhcizatları , kompyüter texnologiyaları hamısı  süni idrakın məhsulu olduğu halda,  ona yerləşdirilən biliklər  ənənəvi yanaşma tərzində  götürülmüşdür və bu  idrakı fərqlər təlim keyfiyyətini əmə Read the rest of this entry »

Baxış: 1373

Təhsil kouçinqi -Müvəffəqiyyətə gedən yol

coaching11       Bu yol əsrin ən önəmli texnologiyalarından biri olan  Konstruktiv  təlimdən  keçir.

Konstruktiv  təlim  idraki  qabiliyyəti   IQ-nü ,  həm də  emosional idrakı  EQ –nü    inkişaf  etdirir.

Müasir  təhsilin  müvəffəqiyyəti  IQ  ilə EQ inkişafından keçir  və  onun  formulu belədir:    İQ+EQ = müvəffəqiyət

Müəllimlərə, təlimçilərə , kurikulum  dizaynerlərinə ünvalanan təhsil  kouçinqinin  məzmunu 3 modulda  yerləşdirilibdir.

Modul 1. İnteraktiv yanaşma ilə Konstruktiv təlim  — 6 saat  

Bu  modulda  siz  İnteraktiv  dərslərin  quruluşunu,  düşündürücü sualların qoyulma Read the rest of this entry »

Baxış: 1333

Türkiyə. Stambul universiteti-ERPA-2014 Beynəlxalq Təhsil Konqresi

Dünyanın ən qədim universitetlərindən biri olan Stambul universitetində iyunun 5-7 ERPA 2014 keçirilən beynəlxalq konfransında  Özəl “İdrak məktəbi” Konstruktiv təlim mərkəzinin üzvləri tərəfindən 6 məqalə təqdim edilmişdir.

Bu konqresi Türkiyənin Sakarya və İstanbul universitetləri ilə birlikdə ERPA assosiasiyası keçirirdi. Konqresin proqramına baxanda görmək olardı ki, burada təhsilin hər sahəsi  müzakirə predmeti  idi.

Bizi əsasən  orta məktəblərdə aparılan yeniliklər maraqlandırırdı. Təhsil yenilikləri arasında orta okulda çoxlu zəka sahəsinin inkişafı,  flipçart dərs modeli, proyekt və problem təlimlər barəsində edilən təqdimatlar maraqla dinlənildi. Konstruktiv təlim mərkəzinin üzvləri  tərəfindən təqdim olunan məruzələr öz praktiki əhəmiyyəti ilə araşdırmaçıların,universitet müəllimlərinin diqqətini çəkmiş oldu.

Müəllimlər tərəfindən təqdim olunan  praktiki tətbiq böyük maraq doğurmuşdu.. Kimya , biologiya , riyaziyyat fənnindən Read the rest of this entry »

Baxış: 705

Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi

trabzonMartın 21-25-i  Trabzonun  Zorlu Qrant otelində   “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES”  layihəsi  çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi  keçirilmişdir.  Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş,  Azərbaycandan Özəl “İdrak məktəbi”  Konstruktiv təlim məktəbinin yaradıcısı  Fatma xanım Bunyatova apardılar.

Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı,  Qəbələ müəllimləri,  Türkiyədən isə  Trabzon , Rizə , Ankara müəllimləri  iştirak edirdi.

Treninqin  3-cü  günü  Trabzonun BVƏ  ilk  öyrətim okulunun   IV sinifində   treninq iştirakçıları üçün  riyaziyyat  dərsindən  “Onluq kəsir”  mövzusunda  master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə  Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri  Fatma xanım Bunyatova  apardı.  Dərs  Konstruktiv  təlimlə  qurulmuşdur. Bu dərs xüsusilə  şagirdlərin biliklərinə əsaslanmışdır.  Şagirdlər  öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin  məntiqi sualları və əsasları əsasında  bir biliyi başqa biliyə  çevirərək, sadə  bilikdən   mürəkkəb  biliyə gedən yolda öz biliklərini  qurmuş oldular. Read the rest of this entry »

Baxış: 1050

Təlim strategiyaları və pedaqoji texnologiyalar

Fatma xanım Bunyatova

Presentation1Strategiya” yunan mənşəli sözdür  ( “sərgərdənin incəsənəti” )  və  təhsildə  təlim strategiyası  anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.

Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni,  siyasi və ictimai reallığı ilə bağlıdır.

Təhsil prosesində  təlim strategiyasının vacibliyi ondan ibarətdir ki  o   asan metod və usullarla  öyrənçilərə öyrənməyə imkan yaradır.  Təlim strategiyasının vacib amillərindən biri də interaktiv  və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma  təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır. Read the rest of this entry »

Baxış: 13191
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe