Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘layihə’

İETC-2015 Beynəlxalq Konfransı

Növbəti beynəlxalq layihəmizi uğurla başa vurduq. İstanbul Universitetində keçirilən  may 27-29 2015 beynəlxalq konfransında Konstruktiv Təlim Mərkəzinin üzvləri beş məruzə ilə çıxış etdilər.

Fatma xanım Bunyatova
Sevinc abbasova
«Konstruktiv təlimdə şəxsi biliklərin qazanılması və şagird təfəkküründə öyrənmə yollarının qurulması»
Nübar Qayıblı Read the rest of this entry »

Baxış: 399

Uğurla başa vurduğumuz növbəti layihə.

 

 Fatma xanım Bunyatova

10632746_878470922171424_4831365537308938712_n  «İdrak məktəbinin» həmtəşkilatçısı olduğu Beynəlxalq konfrans: «Məktəb və ali məktəb təhsil sistemində konstruktiv təlim: problemlər və həlli» Rusiya Federasiyası Novosibirsk Dövlət Pedaqoji Universitetinin Kuybışev filialında  15 noyabr 2014-çü ildə uğurla başa catdı.  Bu layihədə iştirak edən konstruktivist müəllimlərə öz dərin təşəkkürümü bildirirəm. Bildirirəm ki onlar Azərbaycanı tanıdaq müstəvisində yox,   Azərbaycan tələblidir müstəvisində olaraq yeni Beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı kimi dəvətli olublar. Konfransın aparıcısı Novosibirsk universitetinin professoru, Rusiyanın tanınmış alimlərindən bir olan Natalya Petrovna Şatalova öz minnətdarlığını  belə bildirdi: «Всем огромное спасибо за участие, за ОРГАНИЗАЦИЮ,  за видео-материалы. Конференция прошла отлично. Все было безупречно, спокойно, ни одного инцидента. Всем очным участникам понравилось. Надеюсь на продолжение сотрудничества. Было бы хорошо издать УЧЕБНО-МЕТОДИЧЕСКОЕ ПОСОБИЕ «Конспекты уроков конструктивного обучения». Как вы на это смотрите? О проекте я помню. Напишу отчет и возьмусь. Дорогая Фатма ханум Джалал, огромное спасибо лично Вам за поддержку, операционную своевременную работу, Вы меня одухотворяете своим высоким коэффициентом работоспособности, стойкости и конструктивностью. Я рада , что судьба Read the rest of this entry »

Baxış: 498

Təlim strategiyaları və pedaqoji texnologiyalar

Fatma xanım Bunyatova

Presentation1Strategiya” yunan mənşəli sözdür  ( “sərgərdənin incəsənəti” )  və  təhsildə  təlim strategiyası  anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.

Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni,  siyasi və ictimai reallığı ilə bağlıdır.

Təhsil prosesində  təlim strategiyasının vacibliyi ondan ibarətdir ki  o   asan metod və usullarla  öyrənçilərə öyrənməyə imkan yaradır.  Təlim strategiyasının vacib amillərindən biri də interaktiv  və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma  təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır. Read the rest of this entry »

Baxış: 6011

Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulmuşdur.

Fatma xanım Bunyatova

Acıq dərs Treninqin əməli hissəsiTN elan etdiyi müsabiqəyə 150 yaxın layihə təqdim edilmişdir.

Müsabiqəyə təklif olunan layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilmişdir.

Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilmişdir  http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=7710

Uğur qazananları təbrik edirik! Yeni-yeni nailiyyətlərə imza atmağı arzulayırıq.

İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq, müsabiqənin əvvəlcədən müəyyənləşdirilmiş şərtlərinə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılmışdır. Növbəti mərhələdə seçilmiş layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilmişdir.

Kənarlaşdırılmış və ya  müsbət  qiymətə tüş gəlməyən layihələrimizi ictimaiətləşdirmək  istəyirik, çünki “İdrak məktəbi”nin təklif etdikləri yenilikləri, pedaqoji prosesdə yeni yanaşmaları , beynəlxalq konfranslarda, jurnallarda, öz saytında  cap olunan məqalələrdən “yerli istifadəcilər” öz yazılarında, məqalələrində genli-bollu ağıllarına gələn bir fikir kimi istifadə etdiklərinin şahidiyik. Buna görədə öncədən layihələrin məzmunlarını Read the rest of this entry »

Baxış: 835

“Koqnitiv(dərk etmə) nəzəriyyəsi əsasında innovativ məktəb” layihəsində iştirak etmək ücün ibtidai sinif müəllimləri dəvət olunur.

 Fatma xanım Bunyatova

Layihənin annotasiyası

Layihə Təhsil İslahatı cərcivəsində   ibtidai sinif Kurikulumun həyata kecirilməsində irəli gələn mühüm vəzifələrin innovativ yolla, innovativ məktəbdə  həyata kecirməyi nəzərdə tutur və ibtidai təhsilin məzmununun  yeni struktur quruluşuna  və onun təlim prosesində səmərəli tətbiqi probleminə həsr olunmuşdur.   Layihənin  başlıca qayəsi ibtidai siniflərinin fənn biliklərini ( dil və  riyaziyyat) təfəkkürün inkişafı yolunda modelləşdirilməsi, bu inkişaf yolunda pedağoji prosesin qurulması və bu inkişafın ölcu mexanizminin yaradılmasıdır.  Fənn biliklərinin modelləşdirilməsi Read the rest of this entry »

Baxış: 1672

Riyaziyyat. «Çıxma əməli»

189 saylı orta ümumtəhsil məktəbin ibtiadai sinif müəllimi Əliyeva İradənin I sinifdə apardığı açıq dərsin təqdimatı.

Dərs «Müəllimdən müəllimə» layihəsi çərçivəsində konstruktiv təlim texnologiyası və İKT-ilə layihələnmişdir. Müəllim dərsi 3 strukturda qurmuşdur.

1. Bilik stukturları (şagirdlər onlara təqdim edilən biliyi  hansı biliklərlə necə və nə cür bağlamalı olacaqlar)

2. Əməliyyat strukturları (şagirdlər hansı davamlı məntiqi  əməliyatları aparacaqlar)

3. Fəaliyyət strukturları (şagirdlər dərs zamanı necə işləyəcəklər). Müəllim şagirdlərin toplama və çıxma sözlərinin  və onların işarələrinin anlamını üzə çıxartmaq məqsədi ilə düşündürücü suallar qoymuşdur. Şagirdlərin bu anlamları ortalığa çıxandan sonra o, müzakirə obyektinə çevrilərək, sökülüb dağılır və hər bir şagirdin daxili qüvvəsindən asılı olaraq geniş və dayaqlı bir formada yenidən düzənlənir. Məntiqi ardıcıllıqla qoyulan suallar şagird təfəkkürünü yeni görümlərə və bu görümlər əsasında yeni biliklərini yaratmağa şərait yaratmış oldu. Dərsin leymotivi, onun əsas məqsədi təfəkkürün inkişafı  və şagirdlərin özlərinin öz biliklərinin qurucusu  olduğu üçün dərsdə qoyulan hər bir sual, hər bir tapşırıq bu istiqamətə yönəlmişdir.

Təqdimatı izləmək üçün buraya tıqlayın

Baxış: 5479
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe