Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘mahiyyət’

Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi

trabzonMartın 21-25-i  Trabzonun  Zorlu Qrant otelində   “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES”  layihəsi  çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi  keçirilmişdir.  Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş,  Azərbaycandan Özəl “İdrak məktəbi”  Konstruktiv təlim məktəbinin yaradıcısı  Fatma xanım Bunyatova apardılar.

Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı,  Qəbələ müəllimləri,  Türkiyədən isə  Trabzon , Rizə , Ankara müəllimləri  iştirak edirdi.

Treninqin  3-cü  günü  Trabzonun BVƏ  ilk  öyrətim okulunun   IV sinifində   treninq iştirakçıları üçün  riyaziyyat  dərsindən  “Onluq kəsir”  mövzusunda  master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə  Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri  Fatma xanım Bunyatova  apardı.  Dərs  Konstruktiv  təlimlə  qurulmuşdur. Bu dərs xüsusilə  şagirdlərin biliklərinə əsaslanmışdır.  Şagirdlər  öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin  məntiqi sualları və əsasları əsasında  bir biliyi başqa biliyə  çevirərək, sadə  bilikdən   mürəkkəb  biliyə gedən yolda öz biliklərini  qurmuş oldular. Read the rest of this entry »

Baxış: 1730

Təbriklər!

         F. Bunyatovanın “Konstruktiv təlim mərkəzi”  yaradıcı müəllim Göygöl rayonunun  Üctəpə kənd orta məktəbinin müəllimi Nurlan Quliyevanı “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” metodik vəsaitinin işıq üzü görməyi ilə təbrik edir.

Kitab Azərbaycan Respublikasının TN əmrinə əsasən metodik vəsait kimi təsdiq edilmişdir

 Kitab riyaziyyatın konstruktiv təlimlə tədrisinə aid metodik , göstərişlərdən, dərs nümunələrindən və riyazi anlayışlarının   bədiləşdiyi elmi hekayələrdən ibarətdir. Müəllif, vəsaitdə riyaziyyatın həyatdakı rolunu göstərməklə , elmi həyatiləşdirməyə yaradıcı öyrənmənin mahiyyətini açmağa  çalışmışdır. Kitabdakı tövsiyələr elmin anlam yolu ilə qavranılması ücün yaradıcı təfəkkürün formalaşmasına xidmət edir.  Metodik vəsait orta   məktəb çagirdləri, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur.


Baxış: 3052
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe