Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘modelləşdirmə’

Bünyatovanın universal taqları ilə təbii Azərbaycan dilinin emalı və süni dilə çevrilməsi.

Bu məqalədə təbii Azərbaycan dilinin morfoloji cəhətdən universal taqlarla təbii və süni emalından bəhs edilir. Məqalə dörd hissədən: giriş, əsas hissə, müqayisə və nəticədən ibarətdir. Giriş hissəsində NLP inkişafının vacibliyindən, ingilis, rus və Azərbaycan dillərinin milli  korpuslarının yaradılmasında istifadə edilən taqlara nəzər salınlr. Bu  taqlara alternativ olaraq Bunyatovanın yeni «x1-xny1-yn»    «x0,1-xny0,1-y0,n» universal taqlarının hansı zərurətdən necə və nə cür yaradılması və harada tətbiq edilməsi haqqında qısa məlumat verilmişdi. Əsas hissə 3 bölümdən ibarətdir.1. Azərbaycan dilini morfoloji səviyyədə universal x y taqlarla taqlanmasının metodologiyası. Bu bölümdə Azərbaycan dilinin qaydalarının təsnifatı və onlara  taq (kod, işarə) verilməsində Bunyatovanın universal taqlarından necə istifadə edİməsi göstərilir. Universal taqlar rəqəmlərlə indeksləndirilmiş iki riyazi işarələrindən – x y-dən ibarətdi. İsveç gsixoloqu J, Piajenin idrak nəzəriyyəsinin anlamlarına əsaslanaraq Azərbaycan dilinin tamlıq modeli (ADTM) -təbii dil modeli qurulmuşdu. Bu modeldə  x1-x11-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y1-y8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi.

Azərbaycan dilinin tamlıq modelinə əsasan Lütfü –Zadənin qeyri səlis məntiqinin alətləri ilə Azərbaycan dilinin tamlıq və qeyri səlis modeli (süni dil modeli)  (ADTvəQSM) yaradılmışdı. Bu modeldə  x0,1-x1,1-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y0,1-y0,8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi.  Natural və süni Azərbaycan dilinin morfoloji qaydalarının dilin təbii və süni  modelində taq edilməsi, 11 nitq hissələrinin emalının nümunələri  və dil trafaretlərinin nəyə xidmət etdiyi göstərilmişdi.3-cü hissədə ADTvəQSM-nin qaydalarının  taq edilməsinin  nəticələri ingilis və  rus dillərinin morfoloji emalında istifadə edilən taqlarla müqayisə edilir. Dördüncü  hissə universal taqlardan harada istifadə edilməsindən və onun əsasında yeni kompüter texnologiyalarının  yaradılması barəsində bəhs edilir..

təbii və süni dil;  5.modelləşdirmə; 6. qaydalı trafaretlər.

Baxış: 65

Təlim strategiyaları və pedaqoji texnologiyalar

Fatma xanım Bunyatova

Presentation1Strategiya” yunan mənşəli sözdür  ( “sərgərdənin incəsənəti” )  və  təhsildə  təlim strategiyası  anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.

Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni,  siyasi və ictimai reallığı ilə bağlıdır.

Təhsil prosesində  təlim strategiyasının vacibliyi ondan ibarətdir ki  o   asan metod və usullarla  öyrənçilərə öyrənməyə imkan yaradır.  Təlim strategiyasının vacib amillərindən biri də interaktiv  və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma  təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır. Read the rest of this entry »Baxış: 37958

Təhsildə innovativ çağırış

 

acıq dərs İdrak mektebiAzərbaycan təhsil nazirliyinin  elan etdiyi müsabiqəyə “İdrak məktəbi” iki layihə ilə qoşulmuşdu.  Öncəki yazıda “Innovativ təlim olan konstruktiv təlim texnologiyası ilə öyrənməni öyrənirik və öyrədirik”  bir layihəmizi içtimaiətləşdirdik.

Kənarlaşdırılmış və ya  müsbət  qiymətə tüş gəlməyən  ikinci  layihəhəmizi “Tamlıq məntiqi və qeyri səlis məntiq ilə riyaziyyat, azərbaycan  dili və rus dilindən  fənn biliklərinin (dərsliklərin) nano-modelləşdirilməsi  onun pedaqoji  texnologiyasının verilməsi ilə  ibtidai məktəb  kurikulumun yeni dizaynı” ictimaiətləşdiririk ki, istinadsız yazıların müəllifləri istinad yeri qoymağı yaddan cıxartmasınlar.

Bugün Azərbaycanda təhsillə bağlı olan böyükdən kiciyə qədər hamısı dərsliklərimizin acınacaqlı halına bələddir. TQDK dərsliklərlə bağlı apardığı müzakirələrin birində ibtidai məktəb kurikulumun, belə desək, tələbləri ilə, yazılan  əsas 3 fənnin – Azərbaycan dili, Riyaziyyat, və Həyat bilgisi dərsliklərində  böyük elmi, metodoloji qusurluğunun olduğu birdə təsdiqləndi. Bu qusurun nəticəsi isə kütləvi Read the rest of this entry »Baxış: 1326

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe