Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘müəllim’

YENİ TƏLİM TEXNOLOGİYALARI – Konstruktiv yanaşma ilə interaktiv dərs.

Svetlana Əliyeva

Xızı rayonu Giləzi kənd tam orta məktəin  ibtidai sinif müəllimisvet

a.svetlana@box.az

 

Müasir dərsi layihələşdirərkən calışıram  ki, yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edim. Bu inteqrativ yanaşmada  bir çox   və  eyni zamanda müxtəlif  sayda texnoloji proqramları təlim   texnologiyaları   ilə   sintez   edərək   yeni   kontekstdə istifadə etmək  bir   pedaqoq    kimi   müəllimdən yüksək bilik və bacarıq tələb edir. Bu bacarıqlara yiyələnmək üçün daima   öz    üzərində    işləməli ,  müxtəlif   treninqlərdən,  kurslardan keçərək öz biliklərimi  artırmalıyam.

XXI  əsrin  texnologiyalar  əsri  olması   təhsilimizə  bir  çox  yeniliklər gətirdi.  Azərbaycan Respublikasının  “Təhsil Sahəsindiə İslahatlar Proqramı “ çərçivəsində Təhsil Nazirliyi tərəfindən aparılan treninqlər və digər təşkilatların  bu sahədə apardıqları iş   biz   müəllimlərə yardımçı olmuşdur. Read the rest of this entry »

Baxış: 4020

Təhsil kouçinqi müəllimlərin inkişafı üçün bir dəstəkdir

 İnkişaf dövründə hər bir insana dəstək, köməklik lazımdır.

Müəllimin inkişafında bu missiyanı təhsil kouçinqi yerinə yetirir. Təhsil kouçingini kouç aparır.

Kouç kimdir? – öz işinin yüksək səviyyədə bilən və başqalarını bu səviyyəyə çatdırmağa bacaran bir profesionaldır.

Təhsildə  kouçinq yeni bir bacarıq, profesionallıq, innovativlik və yeni davranış öyrənməsində, özü üçün qoyduğu məqsədə çatmaqda  qarşısına çıxan problemləri həll etməsinə dəstək müddətidir.

Bu dəstək müddətindəmüəllimə olduğu yerdən- sıravilikdən  olmaq istədiyi yerə -profesionallığa, , innovativliyə, liderliyə çatmasını təmin edən yol  göstərilir və bu yolun yolçuluğu öyrədilir.

 

Müəllimin kouçinq  sistemi.

Bu sistem:

-profesionallıqda, innovativlikdə, liderlikdə, təhsil hədəflərinin yerinə yetirilməsində, müəllim-şagird-     Read the rest of this entry »

Baxış: 1606

Uğurlu təqdimat!

Konstruktiv Təlim Mərkəzi Binəqədi rayon 182 saylı məktəbin biologiya müəllimi Cəfərova Fəridəni «Ən yaxşı müəllim» müsabiqəsinin 3-cü mərhələsini uğurla başa vurduğu münasibəti ilə təbrik edir və müəllimə professional inkişafında uğurlar arzulayır.

 

 

Baxış: 2077

Müəllimlər üçün təlim treninqləri.

 

 

Təlim treninqləri müəllimlərə ənənəvi təlim üsulundan yeni təlim üsüllarına keçmək üçün professionalların rəhbərliyi altında bir məşqdir.

Bu treninqlərdən keçən hər bir müəllim XXI əsrin müəlliminin kompetensiyasına  malik olur.

Bu kompetensiyalar hansılardır?

Pedaqoji və IKT texnologiyalarından dərslərdə tətbiq etmək bacarıqları.

Yeni müəlllim- şagird, şagird-şagird ünsiyyətinin qurulması bacarığı.

Yeni pedaqoji texnologiyalarla dərslərin keçirilməsi. Read the rest of this entry »

Baxış: 3431

Müəllimlərin diqqətinə!

Bu yol ayrı bir yoldur. Bu yol təfəkkür yoludu.

“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi “İlin ən yaxşı müəllimi-2011” müsabiqəsində iştirak etmək istəyən müəllimlər üçün fərdi treninq  keçirir. 2009 və  2010 –cu ildə Mərkəzə 8 müəllim müraciət etmişdı və onların  7-si müsabiqənin qalibi olmuşdular. Read the rest of this entry »

Baxış: 2812

«İlin ən yaxşı müəllim» müsabiqəsinə təqdimat

Bu təqdimat «İlin ən yaxşı müəllim» müsabiqəsinə Yaqubova Dursun tərəfindən təqdim edilmişdir. Müsabiqədə iştirakçı müəllimlərə  yardımçı olmaq məqsədi ilə təqdimatı təqdim edirik. İzləmək üçün buraya tıqlayın.

Baxış: 4141

İncinin inci söhbətləri…

İncinin inci söhbətləri.

İnci hazırlıqdan evə gedəndə mütləq yeməkxanaya gedib “Zəhmət olmasa bir stəkan verin” deyərək oradan stəkan alıb suyu icib nənəsi ilə evə gedir.
Bunu müşahidə edən müəllim bir gün İnciyə belə bir sual verdi:
— İnci, buranın suyu evin suyundan yaxşıdırmı?
Suyu içə-içə başı ilə təsdiqlədi. Sonra:
— Buranın suyuda, özü də mənim xoşuma gəlir.
Müəllim: — evdə bacın, qardaşın varmı?
— Yox.
— İstəyirsən olsun?
— Hə?
— Nə üçün?
— Onlara baxmaqa, onlarla oynamağa, onlara oyuncaqlarımı verməyə.
— Bəs kimlə oynayırsan?
— Kuklalarımla. Onlar coxdu. Mən onları yedirdirəm, soska ilə su içirdirəm, pampers geyindirirəm, yaş olanda dəyişdirirəm. Read the rest of this entry »

Baxış: 3104
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe